Xəbər lenti

Türkiyədə prezidentliyə namizəd, İYİ Partiyasının başqanı Meral Akşener seçicilərin marağına səbəb olan vədlə çıxış edib. Bildirib ki, prezident seçiləcəyi təqdirdə Türkiyədə Dayanışma Fondu yaradacaq. Fond istehlak kreditləri, kredit kartları və depozit hesabına görə götürülmüş kreditlər üzrə borclara görə məhkəməyə verilən Türkiyə vətəndaşlarının borclarını satın alacaq.

Ardını oxu...


Fuad İsgəndərov

Faktinfo.az saytının baş redaktoru


Artıq falçılar,ekstrasenslərin əvəzinə proqnoz da verirlər.Hər ilin sonu,növbəti ilin əvvəli bunun şahidi oluruq.Bu il də vəziyyət dəyişmədi.Efirlərdə cahillik təbliğ olundu, bir neçə telekanala falçılar çıxarıldı.Onsuz da normal verilişlər hazırlayıb, tamaşaçı auditoriyası yığa bilməyən bəzi TV-lər şeytan əməli ilə məşğul olanlara tribuna verməklə tamaşaçıları xəyal qırıqlığına uğratdı.

Azərbaycan xalqının özünə hörmət edən ziyalılarının,vətandaşlarının hər zaman narazılığına səbəb olan məsələlərdən biri də falçıların efirlərə çıxardılması olub.Çünki ,TV-lər şeytan əməli ilə məşğul olan falçıları bununla həm də reklam etmiş olublar.Onları qəbul etməyənlərlə bərabər,belələrinə inananlar da az deyil. Bir sözlə, belə çıxır ki, kimin işi düz getmirsə, ona “əməl” olunub,ona görə də insanlar falçılara müraciət etməli, pulundan keçməlidir.

Rəvayətə görə, Mirzə Şəfi Vazeh Mirzə Fətəli Axundovla zarafatlaşarkən ondan kim olmaq istədiyini soruşur. Mirzə Fətəli Axundov da molla olmaq istədiyini bildirir. Bu zaman Mirzə Şəfi Vazeh bu peşənin əleyhinə olaraq, “sən də riyakar və fırıldaqçı olmaq istəyirsən?” deyə soruşur. Məhz bu söhbətdən sonra hər iki şəxs qəh-qəhə çəkib gülür. Bu hələ hər iki mütəfəkkirin dövründə falçılara olan inamsızlıq və nifrət hissinin göstəricisi idi.

 Bəzi insanların məşğuliyyəti - Fala inanmır, faldan da qalmır

Təəssüf ki, bu gün də bəzən belə hallar təkrarlanır.Bəzi insanlar talelərini fırıldaqçılara, falçılara etibar edirlər. Bəs nə üçün? Dünyanın inkişaf etdiyi bir zamanda bu qədərmi acizik ki, öz taleyimizi tanımadığımız birinə etibar edirik?! İşimiz bir balaca dolaşığa düşəndə falçı və yalancı ekstrasenslərin yanına qaçıb, “səndən başqa köməyim yoxdur, sən mənim son çarəmsən” deyə onlardan mədət umuruq.

Guya biri cinlə danışır, biri kart açır, biri təsbeh fırladır, biri də müqəddəs “Qurani-Kərim”dən istifadə edir. Yox, əsla, “Quran”ı aciz saymırıq,bu müqəddəs kitaba şübhə edənə min lənət! Adamı yandıran falçıların fırıldaqlarında bu müqəddəs kitabdan bir vasitə kimi istifadə etmələri, savadsız insanların da onların təsirləri altna düşmələridir. Hansı ki, bu cür əməllər “Quran”da haram buyurulub.

Əgər falçılar bu qədər çətin işləri yoluna qoyandırlarsa, onda niyə Qarabağ problemini həll etmirlər? Elə birdəfəlik Respublikanın “yüksək səviyyəli” falçı dəstəsini aparıb neçə illərdən bəri həsrətini çəkdiyimiz Şuşa meydanına, Qarabağa qoyaq, onlardan torpaqlarımızı azad etməyi xahiş edək. Əgər bacarırlarsa, erməni serjlərin dilini, ağzını elə bağlatdıraq ki, heç nə demədən özləri torpaqları qaytarsınlar.Bizimlə bir daha işləri olmasın,Qarabağın adını çəkəndə yuxularına cin-şeytan girsin. Həmin falçılar da Azərbaycanın milli qəhrəmanları elan olunsun.

Dəhşətdir, deyilmi?!

Bu gün elə insanlarımız var ki, falçıların yanına gedib öz talelərini qabaqcadan bilmək istəyir.Allahın bu bədbəxtləri anlamırlar ki, falçılar heç öz talelərini qabaqcadan bilmirlər, qaldı ki, başqasının gələcəyi haqqında proqnoz versin. Dərd budur ki, belə işlərə yalnız savadsız insanlar deyil, bəzən savadlı insanlar da inanırlar.Vəzifə artırandanmı deyim,sevgi dalınca qaçan qızlardanmı danışım, “yoldaşım mənə xəyanət edir” deyən qadınlardanmı söhbət açım, yoxsa uşağını ali məktəbə düzəltmək istəyənlərdənmi deyim, bilmirəm?!

Hətta, elə abuturiyentlər də var ki, qəbul imtahanı zamanı hansısa mollanın yazdığı “elmi əsəri”ni üzərində gəzdirir. Bu nə rəzalət, nə biabırçılıqdır?! Bizim bəzi Azərbaycan qadınları, onlardan geri qalmayan müəyyən kəsim Azərbaycan kişiləri belə verlişlərə baxıb falçıların yanında vaxtlarını, pullarını itirirlər. Soruşanda isə “heç, elə-belə, məzə üçün gedirəm” cavabını verirlər, savadsızlıqlarına bəraət qazandırmaq istəyirlər. Ya pulları

çoxdur, xərcləməyə yer tapmırlar, ya da bir prinsiplə yaşayırlar: “Fala inanma, faldan da qalma”.

Demək,hansı millətin təfəkkürü “mən kiməm,biz kimik” sualına cavab verirsə,o millətin nümayəndəsi özünə sahib çıxır.O millətin nümayəndəsinə ancaq realizmin ovqatları hakim kəsilir.Belə cəmiyyətdə falçılar,”gələcəkdən xəbər verənlər”cəmiyyət həyatında aparıcı rola sahib olub,aldada bilmir, meydan sulamırlar.


Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda – oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur. Həmçinin, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır. Nəticə etibarilə, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz.

Ötən dövr ərzində prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir.

Nəzərə almalıyıq ki, biz təkcə prezident deyil, həm də Ali Baş Komandan seçirik. İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm

düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı...

Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələrini təşkil edən Müdafiə Nazirliyi, Dövlət Xüsusi Mühafizə Xidmətinin, DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir.

Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Azərbaycanın hərbi potensial baxımından Ermənistandan hazırkı üstünlüyü heç də birdən-birə, təsadüfən meydana gəlməyib. Son 15 ildə Azərbaycan rəhbərliyi belə bir düsturu özünün əsas fəaliyyət prinsipinə çevirib ki, hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır. Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: «... Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq... Son illər ərzində

maddi texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir».

Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Ən inkarçı mövqedə dayanan qüvvələr və fərdlər də artıq etiraf edirlər ki, sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birilə sıx bağlıdır. Güclü iqtisadi inkişaf, gəlirlərin durmadan çoxalması hərbi xərclərin ilbəil artmasına imkan verir. Yalnız son 5 il ərzində bu xərclərin 7 dəfədən çox artması məhz qeyd etdiyimiz amillə əlaqədardır.

Lakin ordu quruculuğu elə bir spesifik sahədir ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət qədər bəhrələnməklə bitmir. Azərbaycan öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirmək, müasir standartlara uyğunlaşdırmaqdır. Yekun məqsəd, başlıca niyyət isə, heç şübhəsiz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağın və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən təmizləməkdir. Əvvəldə vurğuladığımız kimi, artıq bu qəti mərhələyə doğru gedən yolda hərbi və siyasi baxımdan xeyli mühüm nəticələr əldə olunub və bu proses davam etməkdədir. Müşahidələr göstərir ki, Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub. ...2 il əvvəl aprel ayında Ali Baş Komandan İlham Əliyev düşmənə unutmayacağı bir məğlubiyyət acısını yaşatdı. Qalibiyyət hərisi olan bir xalqın zəfər tarixinə daha bir şanlı səhifə - Lələtəpə zirvəsi yazıldı. Ilham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan öz sözünü deməyə qadir olan güclü bir dövlətdir. O zaman bütün Azərbaycan xalqı tək yumruq kimi öz Prezidentinin ətrafında birləşərək qalibiyyətə imza atdı. Bu xalq 2018-ci ilin aprel ayını da öz tarixinin zəfər səhifəsi kimi yazacaq. Bu qalibiyyət Azərbaycan xalqının haqqıdır. Qalibiyyətə gedən yolun açıq olsun, cənab Ali Baş Komandan

Zaur Vəliyev



“Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əlehimə bəzi "mənbə"lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında yazılar göstərdi. Nə deyim... Allah sizə ağıl versin. O qədər ağılsızsınız ki ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz”.

Bu sözləri millət vəkili Qənirə Paşayeva özünə qarşı aparılan “qara piar” kampaniyasına münasibət bildirərkən deyib.


Xatırladaq ki, dünən bəzi saytlar və sosial şəbəkə istifadəçiləri Qənirə Paşayevanın Avropada mühacirətdə yaşayan və Azərbaycan iqtidarına qarşı mütəmadi çıxışlar edən videoblogger Orduxan Teymurxanla birgə şəklini yayaraq, deputatı haqqında bəzi ittihamlarla çıxış ediblər.

Qənirə Paşayeva isə həmin şəxslərə belə cavab verib:

“Nə zaman işğalçı Ermənistanla, separatçılarla, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, onda əlehimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Və ya bəzi kimliyini bildiyim şəxslərin mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti.

Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə, adınızı yazmama belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan, yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərdir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı.

Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının sizinlə foto çəkdirəcəm deyərək, qəfil kənardan çəkdiyi bir selfi fotosunu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda, ağlına gələni yazaraq, guya, mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm: Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq, foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü də... Onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını da... Və ya kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də... Özünüzü bu qədər gülünc yerinə qoymayın”.



Əziz gənclər!

            Bildiyimiz kimi, aprelin 11-də  Azərbaycanda böyük siyasi hadisənin –Prezident  seçkilərinin şahidi olacağıq. Onu da bilirsiniz ki, Azərbaycan Respublikasının Konstitusiyasının nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclis, Prezident,bələdiyyə seçkiləri keçirildiyi gün irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq, 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək hüququ vardır. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını nəzərə alaraq qeyd etməliyik ki, qarşıdan gələn prezident seçkilərində də cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin iştirakı olduqca əhəmiyyətlidir.

            Danılmaz faktdır ki, azad və demokratik seçkilərin keçirilməsi və belə seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Çox sevindirici haldır ki, məhz gənclər də cəmiyyətimizin hər bir üzvü kimi öz konstitusion hüquqları olan seçmək və seçilmək hüquqlarından istifadə edirlər. Sizin çoxunuz bu hüquqdan ilk dəfə istifadə edəcəksiniz.

            Dünyada mürəkkəb siyasi proseslərin getdiyi və Azərbaycan torpaqlarının 20 faizinin hələ də düşmən işğalında olduğu bir dövrdə siz gənclərin öz potensialınızı maksimal şəkildə ortaya qoymağınız qaçılmazdır. Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti siz gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır.

            Dövlətimizin gənc nəslin tərbiyəsi və inkişafı, gənclərimizin ölkənin ictimai, siyasi, sosial, iqtisadi həyatında fəal iştirakının təmiuni ilə bağlı fəaliyyəti həmişə xüsusi xarakter daşıyıb. Bu ənənənin əsası hələ uzun illər qabaq Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə də bu istiqamətdə atılan addımlar gənclər siyasətinin yeni dövrə uyğunlaşdırılması xarakteri daşıyır. Dövlətin ən ali rəhbərliyinin gənclər siyasətinə xüsusi diqqət ayırması 2017-ci ildə Prezident Administrasiyasının strukturunun yenidən qurulması zamanı bir daha özünü göstərdi, burada Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı. Azərbaycan dövləti ölkə gənclərini sağlam, savadlı, vətənpərvər, müasir, eyni zamanda milli köklərə bağlı görmək istəyir. Dövlətimiz, ölkə başçısı cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva gənclərin müasir dövrün tələbatına uyğun inkişafında, onların ölkənin gələcəyinin qurulmasında rolunun artmasında maraqlıdırlar. Qəbul olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilməsinəzərdə tutulan layihə və tədbirlər gəncliyimizin daha böyük uğurlara nail olmasına imkan yaradacaq.

            Ümumiyyətlə isə, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdadır. Son illər Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev”ləri də gənclərin maraq dairəsinin genişləndirilməsi, asudə vaxtın mənalı və səmərəli təşkilində həlledici faktor kimi çıxış edir.

            1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri gənclərimizin düzgün qərar qəbul etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu gün Azərbaycan gəncləri öz seçimində yanılmırlar. Çünki, onlar vəziyyəti düzgün qiymətləndirir, ağı qaradan seçə bilirlər. Gənclər ölkəmizdəki inkişafı, reallaşdırılan layihələri görür və dəyərləndirirlər. Bu gün ölkə gəncliyi seçkilərə yalnız seçici kimi qoşulmurlar. Onlar öz potensiallarına, demokratik seçki mühitinin onlara verdiyi imkanlara arxalanaraq, seçkilərdə müşahidəçi, namizəd vəkili və ya nümayəndəsi, habelə namizəd kimi iştirak edirlər. Müşahidələr deməyə əsas verir ki, ildən-ilə gənclərin seçkilərdə iştirak və fəallıq göstəriciləri durmadan yüksəlir.

            Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 26 il bundan öncə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.

 

            2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində könüllülük daha böyük vüsət alıb. Sadaladığımız bir sıra mühüm tədbirlər, festivallar, simpoziumlar, habelə, idman və musiqi yarışları ölkə gəncinin vətənə sevgi və bağlılığını ortaya qoyub. Belə ki, gənc nəslin nümayəndələri ölkəmizin adının ucalacağı və xalqımız haqqında müsbət rəyin yaradılacağı həmin kütləvi tədbirlərdə özlərini ən yaxşı tərəfdən göstərərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini nümayiş etdirdilər. Bu, onların tək dövlət deyil, həm də vətən qarşısında bir xidməti oldu.

            Biz,  gənclərin təbliğat kampaniyalarına qoşulmalarını müsbət addım hesab edirik. Siz gənclər təbliğat kampaniyalarının ədalətli, mədəni şəkildə keçirilməsində də çox böyük rol oynayırsınız. Seçkilərdə müxtəlif namizədlərin apardığı təbliğat-təşviqat kampaniyasının əsas aparıcı qüvvəsi də məhz gənclərdən ibarətdir. Sizlər ölkəmizdə mədəni seçki mühitinin formalaşmasında əvəzsiz rol oynamaqla yanaşı demokratik cəmiyyətimizin qurulmasında iştirak edirsiniz. Əminik ki, apreldə keçiriləcək Prezident seçkiləri siz gənclərin aktivliyi baxımından digərlərindən çox fərqlənəcəkdir. Sizlər könüllü olaraq bu prosesə qoşulmaqla yanaşı, həm də demokratik seçki təcrübəsi qazanırsınız. Gələcəkdə müxtəlif seçkilərdə namizəd olmaq istəsəniz, bu seçkilərdə qazanacağınız təcrübələr sizə çox böyük kömək olacaqdır. Odur ki, sizi Prezident seçkilərində fəal iştiraka səsləyirik.

 Uğurlar Azərbaycan gəncliyinə!

Zaur Vəliyev



Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin may ayında Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bildirmişdir ki, Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. 

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov