Xəbər lenti



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 2-6 aprel 2025-ci il tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində işgüzar səfərdə olub. Səfər zamanı Hüseyn Hüseynov Beynəlxalq Kitabxana və Texnologiya Festivalına qatılıb, bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasından "Bizimaz.az"a verilən məlumata görə festival çərçivəsində kitabxanalarda süni imtellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi praktikası və perspektivləri barədə fikir mübadiləsi aparılıb, kitabxanalar üçün İT həlləri və avadanlıqlar hazırlayan bir sıra şirkətlərlə görüşlər keçirilib, bu həllərin MEK-də tətbiqi ilə bağlı ilkin razılığa gəlinib. Türkiyənin akademik kitabxanalarının 80%-i ilə sıx əməkdaşlıq edən, kitabxana avtomatlaşdırma sistemləri sahəsində yaradıcı xidmətlər göstərən Yordam şirkəti ilə öz məhsullarının MEK-də təqdimatı üçün razılıq əldə olunub, həmçinin Boclips, EBSCO və digər tanınmış rəqəmsal kitabxanalarla, eləcə də beynəlxalq məlumat bazalarının Türkiyə təmsilçiləri ilə həmin resurslara giriş qaydaları, ağıllı kitabxana idarəetmə sistemlərinin imkanları barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində MEK-in direktoru Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu və Avropanın ən böyük Kitabxanalarından olan Rami Kitabxanasının rəhbəri Əli Çelik ilə görüşüb. Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə

Rami Kitabxanasında baş tutan görüşdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ölkənin aparıcı kitabxanalarının rəhbərləri iştirak edib. Görüş əsnasında kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra MEK ilə Rami Kitabxanası arasında "Qardaş Kitabxanalar Anlaşma Memorandumu" imzalanıb.

Sənəd iki təşkilat arasında kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandumda elmi və mədəni işbirliyi, kitab, informasiya mübadiləsi və elektron kitabxanaların tətbiqi üzrə işlərin aparılması, eləcə də ortaq layihələrin, konfransların, tədbir və simpoziumların keçirilməsi nəzərdə tutulub.

Görüş zamanı MEK-in direktoru türkiyəli həmkarına Azərbaycan xəritəsinin əks olunduğu lövhə və kitablar hədiyyə edib.

Rami Kitabxanasında olarkən MEK rəhbəri burada tətbiq edilən inklüziv xidmət, avadanlıqlar və İT həllərinin funksional-texniki imkanları, həmçinin əski Azərbaycan əlifbasını rəqəmsallaşdırmaq üçün vacib sayılan OCR texnologiyası ilə tanış olub, bu həllərin MEK-də tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb.

Şuşada Əsəd bəyin evindən yeni VİDEO
 

İşğaldan azad edilmiş Şuşa şəhərində yerləşən Əsəd bəyin evinin yeni görüntüləri yayılıb.

"Gununxeberi.az " "Baku TV"yə istinadən xəbər verir ki, Şuşa əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində tikilib.


Çoxotaqlı olması ilə digər evlərdən fərqlənən binanın birinci mərtəbəsinin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbəsinin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunub.

Qeyd edək ki, Əsəd bəyin evi də digər abidələr kimi, erməni vandalizminin qurbanına çevrilərək yararsız vəziyyətə düşüb.
 




Dahilər dahisi, ay Heydər baba!
Ümumilli Lider Heydər Əliyevin Əziz və Unudulmaz Xatirəsinə

Sən dünyaya gəldin adi bir insan,
Yaşayıb yaratdın bir an durmadan!
Talehin hökmü ilə Ulu Yaradan,
Daim arxan oldu, ay Heydər baba!

Yetişdin xalqına, ağır günündə,
Sipər oldun doğma xalqın önündə.
Bütövlük şəxsində, söz əməlində,
Müdrik sərkərdə idin, ay Heydər baba!

Açıb gözümüzü aydın sabaha,
Səslədin sən bizi Günəşə, Aya.
Şöhrətin yayıldı bütün dünyaya,
Şöhrətdən səngərli, ay Heydər baba!

Müsəlləh əsgər tək öz mövqeyindən,
Geri çəkilmədin, qorxub heçnədən.
Döyüşdün sonadək zaman-zaman sən,
Zamanın insanlıq nümunəsisən.

Xalqa arxalandın, millətə yandın,
Daima vətəni düşündün, andın.
Ədalət yolunu müqəddəs sandın,
Tanrı arxan oldu, ay Heydər baba!

Gülzar Şəmkirli

Hazırladı: Jurnalist Afət İlkin



Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan Qadın və Ana adı həmişə hər yerdə uca tutulmuşdur.  Azərbaycan  qadını  hər yerdə,  hər zaman öz istedadı,  zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Mərd, cəsur, həyatın enişli-yoxuşlu çətinliklərinə sinə gəlib həyata öz sözünü demiş Azərbaycan qadınlarından biri də məhz Gülzar xanım Şəmkirlidir.

 Gülzar xanım Namazova (Şəmkirli) Şəmkir rayon Dəllər qəsəbəsində anadan olmuşdur. 1973- cü ildə Dəllər qəsəbə orta məktəbi, 1979- cu ildə Az.Pİ-ni, 1998-ci ildə Təfəkkür universitetini bitirmişdir. Hələ tələbəlik illərindən müxtəlif qəzet və jurnallarda öz şeir və məqalələrini çap etdirən Gülzar Şəmkirlinin özünə məxsus yaradıcılıq üslubu oxuculara yaxşı tanışdır. O, obyektiv, hümanist, sadə və işlək sözlərdən qələmə aldığı şeirləri və publisistik yazıları ilə yaradıcılığı dövründə böyük oxuyucu auditoriyası toplaya bilmiş özünə layiq nüfus qazanmışdır. Onun daxili aləmi, bəşəri və poeziya duyğuları ilə bizi əhatə edən aləmə laqeyd qalmamış və bütün yaradıcılığı boyu fikirlərini uzunçuluqdan kənar, oxucunu yormadan olduqca sadə və istək fikirlərdən istifadə etməklə təmiz, səlis sözlərlə, ehtiyatla davranmaq şərtilə, sözü sərrast hədəfə vurmaq məharətilə, məntiqi ardıcıllığa riayət etməklə, nəinki sadə oxucunun, hətta zəmanəmizin görkəmli yazıçı və şairlərimizin də diqqətini cəlb etmiş və buna rəğmən də onlar zaman-zaman öz ürək sözlərini səxavətlə Gülzar xanıma ərməğan etmişlər.



Gülzar Şəmkirlinin “ Elə bir məhəbbət istəyirəm ki...” (2006), “Sönməz günəşin ulduzları” (2008), “Döyüşəcəm sona qədər” (2012)  “Arayın məni” (2013), “İnsanlıq Manifesti” (2020) kitablarından sonra oxucularla beşinci görüşüdür. Gülzar Şəmkirlinin “Tale yolları” sənədli povesti zəmanəmizin tanınmış ziyalılarının təəssüratları, poetik dünyasından  nümunələrlə  aforizmləri  toplanmışdır.

Müasir dünyamızın fəlsəfəsi dəyərlərindən bəhs edən, dərgilərindən ibarət olan bu kitab da, sübut edir ki, Gülzar xanım kəsərli qələmi ilə daim döyüş meydanındadır. Cəsarətli və qeyri-adi qələm sahibi olan Gülzar xanımın cəmiyyətdə sevilməsinin bir sirri də ondadır ki, onun yazdıqları nə varsa, bütövlükdə özünü təsdiqləyir.  Gülzar xanım həm də 2000- ci ildən “Qoşa Ulduz”  jurnalını təsis etmiş və baş redaktoru kimi fəaliyyət göstərir. O, jurnalda zəmanəmizin görkəmli nümayəndələrindən, biri-birindən maraqlı və dəyərli məqalələr çap elətdirmişdir. Hazırda Gülzar xanım “44 günlük Vətən Müharibəsi Ensiklopediyası” kitabını çapa hazırlayır. Xalqımızın xoşbəxtliyi naminə çalışan Gülzar xanım həm də xoşbəxt anadır. İki oğul övladı və dörd nəvəsi vardır. Bu yaradıcılıq yolunda  Gülzar xanıma sağlıqlı bir ömür yolu,  yaradıcılıq həyatında uğurlar və bol nailiyyətlər arzulayırıq.

 

Hazırladı:  Afət İlkin

 

   
 

Azərbaycan əsgəri

 

Qalib Vətənimin qalib əsgəri,

Müzəffər ordumun şöhrət səngəri,

Başın uca olsin,uca zirvəli,

Cəsarətli,Azərbaycan əsgəri!

 

Sən güc alıb öz elindən, obandan,

İçindəki Vətən eşqi və vicdan,

Cəsarəti aldı Odlar

Yurdundan ,

Rəşadətli, Azərbaycan əsgəri!

 

Əldə silah, qəlbdə Vətən sevgisi,

Üzdə əzm,içdə qeyrət nərəsi,

Bütün bunlar mənfue düşmənin bəsi,

Mətanətli, Azərbaycan Əsgəri!

 

Döyüş meydanında öz mövqeyindən,

Geri çəkilmədin qorxub heç nədən.

Döyüşdün sonadək, Vətən oğlu sən!

Fəxarətli Azərbaycan əsgəri!

 

Bütün dünya bu döyüşə mat qalıb,

Bizi sevənlərsə şad xəbər alıb,

Nəhayət ki, ədalət zəfər çalıb,

Şərafətli Azərbaycan əsgəri!

 

Şanlı tarix yazdın öz hünərinlə,

Vətənə, Xalqına məhəbbətinlə,

Nümunəvi olan şücaətinlə,

Ali Baş Komandan gözün önündə,

Rəşadətli Azərbaycan Əsgəri,

Cəsarətli Azərbaycan Əsgəri!

 

Gülzar  Şəmkirli