“Sağlam yaşamaq üçün insan idmanla məşğul olmalıdır".
“ Sağlam bədəndə sağlam ruh olur” sözləri əbəs yerə deyilmiyib. İdman hər zaman həyatımıza rəng qatan, daha maraqlı edən, vaxt itkisinin qarşısını alan, yorulsaq belə ruh yüksəkliyini hər zaman saxlayan bir vasitədir.
Prezidentimiz İlham Əliyevin göstərişi ilə yeni idman mərkəzləri açılır və və bu da gənclərə idmana qarşı maraq oyadır. Prezidentimiz dəstəyi ilə bir çox idmançalarımız ölkəmizi dünyada təmsil edirlər. Son 10 ildir görürük ki, futbol sahəsində də inkişaf gedir. Son 8 ildə Avropada Azərbaycanı , Neftçi PFK və Qarabağ FK təmsil edir. Lakin ölkəmizin futbol tarixində ən böyük uğuru keçən il Qarabağ FK-nın “ Çempionlar liqası”na qatılaraq əldə etmişdir. Bu gün Qarabağ FK,. İngiltərənin böyük klublarından biri olan Arsenalla qarşılaşacaq. Bu çətin oyunda komandamıza uğurlar diləyir və uğurların bol olmasını istəyirik”.
Bu səmimi sözlərin müəllifi Bakı Dövlət Universitetinin “ Jurnalistika” fakultəsinin 1-ci kurs tələbəsi Muradov Davuddur. Bu gün həm də Davudun doğum günüdür. Biz Davudu ürəkdən təbrik edir, həyatında və təhsilində böyük uğurlar arzulayırıq.
YOLUN AÇIQ OLSUN, DAVUD. AD GÜNÜN MÜBARƏK!