Xəbər lenti



Yeddi nəfəri şantajda təqsirləndirilən, özünü Milli Fədailər Hərəkatının rəhbəri kimi təqdim edən Fuad Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.

Sail Ağasəlim



Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Propkurorluq məlumat yayıb.

Bildirilib ki, əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Baş Prokurorluq və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Fotoda Səidə Rüstəmova

 

 
 


Qazaxıstan rəsmiləri, bu ölkə parlamentinin deputatları və paytaxt Astananın sakinləri Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı vermək və dəstəklərini ifadə etmək üçün Azərbaycan səfirliyinə gəlirlər.

Bu barədə “Report”un Qazaxıstan bürosu məlumat verib.

Faciə təkcə Azərbaycanda deyil, Qazaxıstanda da dərin kədər doğurub. Qazaxıstan paytaxtının sakinləri və rəsmilər səmimi qəlbdən başsağlığı verməyə və mənəvi dəstək olmağa davam edirlər.

Qazaxıstan senatorları və deputatları xatirə kitabına ürək sözlərini yazmaq üçün Azərbaycan səfirliyini ziyarət ediblər. Paytaxt sakinləri isə Astanadakı Azərbaycan səfirliyinə gələrək binanın önünə gül və oyuncaqlar qoyurlar.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.



Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.



İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, pediatr intihar məktubu yazıb.

Bildirilir ki, oğlu 15 ildən çoxdur ki, Ukraynada yaşayır. İntiharın ailə münasibətləri fonunda baş verdiyi, xeyli müddətdir ki, ailəsi ilə yola getmədiyi deyilir. Qeyd edilir ki, məhz bu səbəbdən də mərhum bir müddətdir ki, depressiyaya qapılıbmış.

Məktub istintaq orqanı tərəfindən götürülüb.

14:20

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb:

“1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Almaz Qasımova

Metronun yaxınlığında ticarət obyekti yanır
 

 Binəqədi rayonunda metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında ticarət obyekti yanır.

"Bizimaz.az " xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
 

Saatlı rayonunda bədbəxt hadisə zamanı 53 yaşlı kişi ağır xəsarət alıb.

"Gununxeberi.az  report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Zeynalov Tofiq Əliheydər oğlunun üzərinə ağac aşıb.


Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Bakı-Quba yolundakı qəzanın VİDEOSU
 

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Gununxeberi.az "ın məlumatına görə, iki yük avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi noyabrın 8-də saat 12:35 radələrində qeydə alınıb.


Qəzanın görüntülərini təqdim edirik: 
 


 

Naxçıvanda su kanalından meyit çıxarılıb

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çomaxtur kəndində su kanalında müşahidə olunan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov