Xəbər lenti

Xocalıda ələ keçirdiyimiz əsirləri sıraya düzüb, bizə qarşı döyüşənləri yerindəcə öldürürdük. Biz monqol iyi verən bu türk itlərini işgəncə ilə öldürüb, onların çığırtısını eşitdikcə çox zövq alırdıq. Bizə ən zövq verən isə Suriya ermənilərinin gətirdiyi xüsusi alət idi ki, o alətlə türklərin skalpını çıxarıb, bəzək əşyası, külqabı düzəldirdik.

Ardını oxu...



“ Əhaliyə mədəni xidmət göstərilməlidir “

Nəqliyyat işçilərinin çağrışı.

“ Qanunu bərpa etmək üçün qanunu pozmaq olmaz.”

Heydər Əliyev.

Allahverdiyev Rüfət Razim oğlu tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və yüksək texnoloqiyalar Nazirliyinə ünvanlanmış , təşkilatımıza Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daxil olmuş, Baki Beynəlxalq Avtovagzal Kompleksi işçisinin onun azyaşlı oğlu və qaynatasına davranışından şikəyəti “Azərbajan Ground Services” MMC - də araşdırıldı.

Ərizədə göstərilən qaynata mən, Avşarov Həsən Manaf oğluyam. Və sizin hazır olan, növbətçilik çəkən hazır cavabınızı oxudum.

Araşdırma zamanı müəyyən edilmişdir ki, şikəyyətçi Rüfət qaynatası və oğlu avtobusda biletləri ilə müəyyən edilmiş yerdə deyil, başqa yerdə əyləşmişlər.

Bəli: mən 4 yaşlı uşağa da tam biletin qiymətini ödəyərək, 06/04/2019 ci il tarixdə Baki Beynalxalq Avtovazqal Kompleksindən saat 10:00 da, avtobusa 9-10 yerlərə bilet əldə edərək nəvəm İlham ilə Bakidan Gəncəyə 90 L Z 925 dövlət nişanlı nömrəsi olan avtobusla yola düşməli idik. Mən müxtəlif səbəblərdən birinci sırada yəni 3-4 çi yerlədə nəvəm ilə əyləşdik və yerin sərnişinlərinin gəlməyini gözlədik. Saat 10:00 – da çıxmalı olan avtobus 10:30 da yola bizsiz düşdü və biletlərin pulu qaytarılmadı.

Avtobus yerindən tərpənməyib 3-4 ci yerlərin sərnişinləri gəlməyiblər, yer üstə heç kim mübaisə aparmır, 3-4 ci yerlərin qiyməti kassada 16.80 AZN dir böyük sərnişin üçün, mən isə körpəyə də böyük sərnişinin pulunu ödədim.

Avtobusda biletləri ilə müəyyən edilmiş yerdə deyil, başqa yerdə əyləşmişlər - bu əyləşməyin faktiki olaraq hansı sərnişinə istisi və yaxud  soyuğu var idi , kim onu göstərə bilər? İstisi soyuğu ancağ rəhbərliyə idi.Onun üçün ki ,həmin yerləri ya öz adamlarına, yaxud artıq qiymətə sərnişinə verə bilirlər. Sübut lazım gəlsə edə bilərəm.

Nazirlər  Kabinetinin 17 sentyabr 2009 ci il tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının 6.11 – ci bəndinin tələblərinə uyğun olaraq, müntəzəm şəhərlərarası və beynalxalq sərnişin daşımalarında tətbiq edilən biletin üzərində oturacaq yerinin nömrəsi göstərilir.

Hörmətli Baş direktor Cümşüd Bağırov qayda ilə qanunun  fərqi nədir ? Məktubu tərtib edən hüquqşunasdan soruşarsız, zəhmət olmasa.

Göstərdiyiniz 141 nömrəli qərar sərmişinlərin avtobusda məcbur etmədən yerləşməsini tənzimləyir və yerlərin qiymətləri eyni olduğu üçün, sərnişin avtobusda istədiyi yerdə həmin yerin sərnişini gələnə qədər əyləşə bilər. Qiymətlər eyni olduğu üçün biletdə göstərilən yerdə sərnişinin oturması vacib deyil, hansınıki avtovagzal rəhbərləri qaydanı - ganun hesab edirlər.

Qaydaların 10.1 – ci bəndinə əsasən, bilet sərnişinə məhz biletdə göstərilmiş yerdə gedişi həyata keçirmək hüququ verir.

Qayda 10.1 qayda olduğu üçün avtobusa bileti olan hər bir sərnişin avtobusda olan hər bir boş yerdə ( hər bir yerin qiyməti 8.40 AZN olduğu üçün ) əyləşib mənzilinə gedə bilər.

Bu səbəbdən də , perron nəzarətçisi və növbə rəisi sərnişindən nəzakət qaydaları çərçivəsində biletdə göstərilən yerdə oturmalarını xahiş etmişdir.

Növbə rəisi, perron nəzarətçisi, təhlükəsizlik və digər rəhbərlər öz işlərinin öhsəsindən gəlməyi bacarsaydılar biletdə göstərilən yerdə, 70 yaşında insanı, bütöv bilet alan 4 yaşında uşağı yerlərini dəyişməyi xahiş etməzdilər o səbəbdən ki ,yerlərin sərnişi gəldikdə sərnişin yerində əyləşə biləcəkdi.

Həmin hücuma keçən göstərdiyim işçilərə :

Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər.

Sərnişin daşımada bir başa müxtəlif kateqoriyada insanla təmas olduğuna görə bu misiyanı hayata keçirər personallar ədəb və nazakət qaydalarına və qanunlara tam rəyət etməlidirlər, və bu işlərinə görə məsuliyət daşıyırlar.

Sərnişin qanunu tələbinə əməl etməməkdə israr etdiyindən, BBA Kompleksi ərazisində xidmət aparan polis əməkdaşlarına müraciət etmək zərurəti yaranmışdır.

Mən bu fikirlə razı deyləm , perronun rəhbərliyi 4 – sərnişin yerinə (3-4;9-10) 2 sərnişini yerləşdirə bilməmişdir.Bu səbəbdən polis əməkdaşlarını sərnişin yerləşdirməyə köməyə çağırmışlar. Bu hala nə qiymət verərdiniz - mən hesab edirəm acınacaqlı haldı.Türklər deməli, yazıqlar olsun.

“ Azərbaycan Ground Services” MMC – nin işçiləri tərəfindən sərnişinə güc tətbiq edilməmiş, etik davranış qaydalarından kənara çıxılmamışdır.

Bu yazdığınızı necə sübut edə bilərsiniz,perronda təhlükəsizlik kameraları var,  onu mənə göstərin mən hamınızdan üzir istəyim.

Və bu səbəbə görə də saat 10:00 da Bakidan Gəncəyə çıxan avtobusa 2 böyük üçün bilet aldıq, bizi zor tətbiq edərək avtobusdan düşürtdülər və yenidən bilet alaraq 11:30 da çıxan avtobusla yola düşdük. Yəqinki yuxarıda yazılanlar bu yazıda təsdiqini tapmadı.

Əksinə , “Azərbaycan Ground Services” MMC – nin işçiləri sərnişinin onlara qarşı gobud davranışına dözümlülük nümayiş etdirmişlər.

Mən və qorxudan göz yaşında boğulan 4 yaşlı İlham nəvəm qəbəhət etmişdik ki, MMC – nin işçiləri gobud davranışımıza dözümlülük nümayiş etdirmişlər.Məntiqsizlik göz qabağındadıe və  4 yaşlı uşaq və 70 yaşlı kişi Sizin əməkdaşlara necə kobudluq edə bilər? Xahiş edirəm izah edəsiniz,təhlükəsizlik kameralarından görüntülər təqdim edəsiniz.

Nəzərə almağınızı xahiş edirik.

Hörmətli baş direktor Cümşüd Bağırov,

Məktubunuzu əyəni ( onlain birbaşa ) olaraq cavablandırdım.

Sizin məktubunuzu mənim ailə üzvlərim oxudu, ancaq mən yazdığım məktubları ölkədə olan minlərlə oxucu – sərnişin, sizin MMC – nin işi ilə tanış olurlar.

“ Qanunu bərpa etmək üçün qanunu pozmaq olmaz.” - Heydər Əliyev.

Bu kəlamı yerinə yetirməyən insan rəhbər işdə işləyə bilərmi? Belə insanın rəhbər işləməsi qanuna uyğundur? Tənqiddən nəticə çıxarmağı bacarmayan insan rəhbər vəzifəsində işləyə bilərmi?

Ulu Öndər Heydər Əliyevin qurduğu ölkədə ( bəziləri bu gün onun cörəyini yeyənlərdir ) qoyduğu qanunlara əməl etmirlər.Görünür dahi Heydər Əliyevdən üstün biliklərə malikdirlər.

Sərnişin daşımada müxtəlif katiqoriyadan olan insanla birbaşa təmas olduğuna görə, bu misiyanı hayata keçirən personallar ədəb və nazakət qaydalarına və qanunlara tam rəyyət etməlidirlər və bu işlərinə görə məsulliiyat daşıyırlar.

Təhlükəsizlik kamerasının görüntülərində mənə qarşı olan kobud fiziki zorakılıq və nəvəmin göz yaşında boğularaq fəryad etməsi var,

Mən telefonla əldə etdiyim görüntülər, telefonumun yaddaşından perron rəhbərləri ,polis işçilərinin köməyi ilə telefonumun yaddaşından sildirdikdən sonra bizi sərbəst buraxdılar. Növbəti 11:30 reysi ilə yenidən bilet alıb yola düşdük.

Hörmətli Cümşüd Bağırov, 70 yaşında insanı və 4 yaşında uşağın stres alıb göz yaşında boğulmağını nəzərə almağınızı və mənimlə nəvəmə verilən əzaba görə işçilərinizi ciddi məsuliyətə cəlb etməyinizi xahiş edirəm.

Hörmətlə Həsən Avşarov.

Dünən Bakıdan Gəncəyə BBA Kompleksindən Avtobusla yola düşmək qərarına gəldim.Əvvələr rastlaşdığım vəziyyətin ,yəni neqativ halların düzəlməsinə inam hissi az olduğundan əvvəlcə avtobus sürücüsünə yaxınlaşdım.15-30 da yola düşən 475 nömrəli avtobusun içərisinə,yəni salona nəzər yetirdikdə fikrimdə yanılmadığımın şahidi oldum.Sərnişin salonunda ilk yerlər nömrələnməyib,daha doğrusu desək oturacaqlar sıxlaşdırılaraq əlavə sıra yaradılıb.Həmişəki qaydalara uyğun bu yerlər sürücülərə məxsus və onların meyyarları ilə “ hərracda” çəkiclə satılır.Sürücüyə yerlərin boş olduğunu yəqin etdikdən sonra-ilk sırada mənə yer verməsini xahiş etdim.Müştəri gözü ilə məni süzüb-kassaya yaxınlaş ordan al dedi.Onun tövsiyyəsini qəbul etdim.Kassaya yaxınlaşdım.Cavab isə bir oldu-ilk sıralar yer bizdə satılmır.Naəllac qalıb 3-cü yeri aldım.Avtobus sürücüsü bütün yerlər tam dolduqdan sonra,çıxış qapısına asta-asta yaxınlaşaraq,növbə ilə daxili qaydalara uyğun olaraq hamı ilə görüşüb, xudafisləşdi və nəhayət yola düşdük.

Biletlə sürücüyə yaxınlaşdıqda ondan soruşdum ki. bəs deyirdiniz ki,kassadan ön sıraya bilet ala bilərsiniz,orda isə həmin yerlərə bilet satılmadığını dedilər.Sürücü bu cavab üçün hazırlıqlı idi- düz deyirlər o sıra xidməti yerlərdir,ora bilet satılmır.

Yol boyu xidməti yerdə əyləşən xanımlar da bütün sərnişinlər kimi bir nəfəsdən- ay qardaş istidən qırdın bizi ,sən allah keçir o sobanı və.s bu kimi narazılıqların ardı arası kəsilmədi.Hər bir vəziyyət üçün ayrıca şablon cavab verən “hazırcavab” sürücü istiyə bir şey edə bilmərəm ,kranı (açar) xarabdı.

Bu da Sizin son illər gördüyünüz işlər və yenilədiyiniz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin müasir tələblərə xidmət edən işi.

Məşhurların məşhur övladları - VİDEO

 Məşhurlarımız hər zaman göz önündədir. Bəziləri uşaq vaxtlarından, bəziləri isə sonradan həvəsə gəlib sənətdə addımlar atan məşhurların övladları məşhurluqda öz valideynlərindən heç də geri qalmırlar.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov