Əziz qardaş və bacılarım, bugünkü görüşə görə hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varsınız. Son 15 ildə mənə böyük mənəvi dəstək vermisiniz. Bunu heç bir zaman unutmaram. Hər birinizlə fəxr edirəm. Məni tanıyanlar bilirlər ki, millət vəkili kimi 15 ildə seçicilərimə layiq olmağa çalışmışam. Yenidən seçilərəmsə, yenə də layiq olmağa çalışacam. Çünki dövlətimin əsgəriyəm. Bundan sonra vətənə xidmətim davam edəcək. Yaşasın şanlı və qüdrətli Azərbaycanımız!
113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Vüqar İskəndərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər sakinləri ilə növbəti görüşü baş tutub.
16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun görüşünə, Seçki Qərargahına onlarla seçici gəlir. Onlar Ramin Əhmədovu özlərinə doğma bilirlər.
"Baş olan yerdə şəxsi qazanc olur. Gərək başınla işləyəsən. Heç nəyi gizlədib eləmirəm. Xətai stansiyasının böyründə 21 mərtəbəli bina var. Metronun yanında onu gəlib məndən icazəsini alan adama dedim ki, mən bunu işləyib sizə vermək üçün, 21 mərtəbəni yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur".