Xəbər lenti



Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədədir.

Bu haqda “TRT haber” məlumat yayıb.



“İsrail işi tamamlanana qədər Yəmən husilərinə zərbələr davam edəcək”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Bir müddət əvvəl hava qüvvələri Yəməndə Husi terror təşkilatının hədəflərinə hücum etdi. Biz İranın şər oxunun bu terror qolunu kəsməkdə qərarlıyıq. Başladığımız işi bitirənə qədər davam edəcəyik”, – Netanyahu vurğulayıb.

 

Müşviq Tofiqoğlu
Globalinfo.az



“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı təmas və danışıqlara hazırdır”.

Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O, həmçinin Rusiya dövlət başçısının bu məsələ ilə bağlı ABŞ-də prezident seçkilərində qələbə qazanmış Donald Trampla da danışıqlara hazır olduğunu əlavə edib.



Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib.

Sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb.

İnfeksionist Aytən Ziyadova "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir.

Aytən Ziyadova qeyd edib ki, hazırda bu virusa ölkəmizdə rast gəlinməsə də, bütün ilkin tədbirlər görülüb və vəziyyət mütəxəssislər tərəfindən diqqətdə saxlanılır. Bununla yanaşı, meymunçiçəyi istisna hallarda öldürücü xarakter daşıya bilir.

İnfeksionistin sözlərinə görə, meymunçiçəyi virusu koronavirus kimi gizli yayılmır. Birbaşa təmas yolu ilə yoluxur və irinli səpkilərlə müşahidə olunur. Yoluxan şəxsdə yüksək hərarət və əzələ ağrısı müşahidə edilir.



slam İnqilabı Keşikçiləri komandirləri dəfələrlə iddia ediblər ki, İranın hərbi gücünün regionda istənilən düşmənlə üz-üzə gəlmək imkanı var. Hətta ABŞ-ın bölgədəki hərbi bazaları və İsrail şəhərlərini ballistik raketlərlə hədəf ala biləcəklərini də dəfələrlə dilə gətiriblər.

Tehran rejimi bu bəyanatlar fonunda yanvarın 16-da İraqın Ərbil şəhərində “Falcon Group”un rəhbəri Peşrev Dizayinin evini hədəf alıb. Bu şirkət İraqda neft-qaz, tikinti və təhlükəsizlik daxil olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərir.

“Falcon” şirkətinin amerikalı tərəfdaşlar da daxil olmaqla, onlarla xarici agentlik və şirkətlə mühafizə sahəsində müqavilələri var.

ABŞ-ın Ərbildə olan bazasına yaxın yerdə yerləşən Dizayinin evinin dörd raketlə hədəfə alınması daha çox ABŞ-a bu raketlərin dəqiqliyini nümayiş etdirmək üçün mesajdır. Demək istəyir ki, İran istəsə, ABŞ-ın bazalarını da dəqiq atəşlə vura bilər. Lakin bütün təhdidlərinə baxmayaraq, SEPAH ABŞ hərbi qüvvələri ilə birbaşa toqquşmadan çəkinir. İndiyə qədər İran hərbi qüvvələri və ona bağlı olan proksi qüvvələr heç bir ABŞ bazasına ciddi zərbə vurmayıb. Bəzi hallarda da İranın ABŞ bazalarına hücumu əvvəlcədən razılaşmalar əsasında baş verib.

Bu hücumlar əslində İrana daha çox daxildə lazımdır. Son bir neçə ayda İsrail ordusu Suriyada SEPAH-ın Qüds qüvvələrinin bir neçə yüksək səviyyəli komandirini öldürüb. Kirmanda Qasım Süleymaninin anım mərasimində partlayış nəticəsində İranın dinc vətəndaşları həlak olub. İran son günlərdə qisas alacağına dair bir çox təbliğat xarakterli fəaliyyətlər aparır. Daxildə və xaricdə ona qarşı hücumların cavabsız qalmayacağını bildirir. Bu səbəbdən nəsə etməsi qaçılmaz idi. İranlı komandirlər dəfələrlə “ağır qisas”dan danışıblar.

İran Ərbilə hücumla göstərmək istəyir ki, Qərb şirkətləri ilə işləyən kürd iş adamını hədəfə alaraq, MOSSAD-ın Ərbildəki qərargahını dağıdıb. İran mətbuatı xəbərləri yalnız bu istiqamətdə dərc edir. Amma həm İraq hökuməti, həm də Kürdüstan Regional hökuməti bu ittihamları rədd edir, İsrail isə belə hallara həmişəki kimi susur.

Eyni zamanda, çərşənbə axşamı səhər saatlarında Xuzistandan Suriyanın İdlib şəhərinə bir neçə ballistik raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu Kirmandakı son hücumlara cavab olaraq İŞİD-in İdlibdəki bazasını hədəf aldığını iddia edir.

“Təhrir əş-Şam” qruplaşması həmin ərazidə mövcud olsa da, orada İŞİD-in bazası olduğunu sübut edən heç bir sübut yoxdur.

Amma məhz Xuzistandan İdlibə qədər olan məsafəni nəzərə alsaq, görünür, İran özünün “Xeybərşekan” raketinin gücünü - 1450 km məsafəni nümayiş etdirmək istəyir. Həmin raketlər İranın digər ərazilərində və Suriyaya daha yaxın mövqelərdə də mövcuddur. Amma Xuzistandan raketləri atmaqla Təl-Əvivə mesaj verdi.

 
Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı

Ermənistanı 10 mindən çox Qarabağ ermənisi tərk edib.

Bizimaz.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, hazırda 11 minə yaxın erməni Ermənistan Respublikasının ərazisini tərk edib.

Məlumata görə, Paşinyan rəhbərliyinin ödədiyi müavinət onların kommunal xərclərini belə ödəmir.
Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib

 

Əfqanıstanda 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bizimaz.az-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Zəlzələnin episentri təxminən 272 min insanın yaşadığı Herat şəhərindən 36 km şimalda olub.

 

Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

"Müharibə yalnız bir şəkildə sona çata bilər" -

"Bu müharibə yalnız bir şəkildə sona çata bilər, o da HƏMAS-ın məhv edilməsidir".

Bizimaz.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu Əl-Əqsa tufanı başladığı 2023-cü il oktyabrın 7-nin yəhudi xalqının Holokostdan sonra yaşadığı ən pis gün olduğunu bildirib.

"HƏMAS İŞİD-dir. 11 sentyabr hadisələrindən sonra İŞİD və Əl-Qaidədən şoka düşən dünya HƏMAS-ı qınamalı və ona qarşı sanksiyalar tətbiq etməlidir" , - deyə o, vurğulayıb.
"İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" -

"İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır".

Bizimaz.az-ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hazırda keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla separatçılar arasında danışıqlarda iştirak etməyib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov