Xəbər lenti



Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Joy Awards” mükafatlandırma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, günlərdir müzakirə olunan tədbirdə türkiyəli aktyor və aktrisalar geyim və performansları ilə diqqət çəkib.

 
 
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Onların arasında tanınmış simalar – Tuba Büyüküstün, Hande Erçel, Afra Saraçoğlu, Barış Arduç, Özge Özpirinçci, Fahriye Evcen və Burak Özçivit cütlüyü yer alıb.

Dünya ulduzlarının qonaq olduğu mükafatlandırma mərasiminə meqastar Tarkanın 5 dəqiqəlik çıxışı ilə yekun vurulub.

Tədbirdən fotoları təqdim edirik:

 

 











 


2025-ci ilin ilk məftunedici mərasimi “Golden Globes 2025” gecəsi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Golden Globes 2025”də məşhurlar öz stilləri ilə göz qamaşdırıb.

Həmin gecədən görüntüləri təqdim edirik:

 

 

























 


Xalq artisti Röya Ayxan küsülü olduğu Niyam Salamiyə barışıq addımı ataraq onun bayramını təbrik edib.
 
Bütün bunlar Afaq Gəncəlinin yenilənmiş "ATV10-lar" verilişində baş verib.
 
Niyam, daha öncə verdiyi müsahibədə illərdir Röya ilə küsülü olduğunu etiraf etmişdi:
 
"Röya ilə illərdir danışmıram. Hər bayramda onun ətrafında olan dostlarımı təbrik edirəm. Röya da mənim bayramımı təbrik etsə, bu mənimçün gözlənilməz olar".
 
Atv10-lar komandası müğənninin bu istəyini həyata keçirib və Xalq artisti müsahibəsi zamanı Niyamın bayramını təbrik edib:
 
"Bayramın mübarək, mənim əzizim Niyam. Sənə sağlamlıq və bol ruzi bərəkət arzu edirəm. Daha sonra isə yaxşı-yaxşı mahnılar" deyə Röya bildirib.
 
Xalq artistinin bu jesti qarşısında təccübünü gizlədə bilməyən Niyam "İllərlə onun evində çörək kəsmişik. O mənim ən ağır günlərimdə yanımda olub. Bunları unuda bilmərəm. İllərdir Röyadan bu addımı gözləmişəm" deyərək Röyaya təşəkkür edib.
 
Aysel


Amerikalı model Cici Hadid “Double Vision” Rəqəmsal Yaradıcılıq Platforması üçün kamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, o, fotolarını instaqram hesabında izləyiciləri ilə bölüşüb.

Modelin şəkillərinə 1 milyon 300 mindən çox bəyənmə gəlib.

Fotolar “Luigi & Lango” (Luci Murenu və Lanqo Henzi) tərəfindən çəkilib.

 

 





 


Xalq artisti Röya Ayxan yeni təqdim etdiyi layihələrin uğuru davam edir.
 
AZXEBER.COM xəbər verir ki, pop ulduzun bir müddət əvvəl təqdim etdiyi  "Zülmətəm” mahnısı "Apple Music” platformasında birinciliyini qoruyub saxlayıb. Klipə yutubda 6 milyondan çox baxılıb. 
 
Xalq artistinin 5 gün əvvəl təqdim etdiyi "Sənə nə” bəstəsi isə "Apple Music”də 3-cü sırada öz yerini tutub və yutubda 300 mindən çox baxış toplayıb. Yutub trendində isə sözügedən mahnı 6-cı pillədədir.
 
Həmçinin, "Sənə nə” TikTok trendlərində, İnstaqram reels-lərində də aktiv istifadə edilir.
 
Aysel


Aktrisa Pərvin Abıyeva film və seriallardan aldığı qonorarını açıqlayıb.

Kult.az xəbər verir ki, bu haqda Pərvin qonaq olduğu "Dəyişən cavab" verilişində deyib.

O bildirib ki, gününə 1000 manat qonorar tələb edir:

"Son 7 ildir ki, mən heç bir seriala çəkilmirəm. Film sahəsinə gəldiyim zaman bir günə 500 manata çəkilmişəm. Seriallardan gələn təklifi qəbul etmirəm. Bir neçə dəfə təklif gəlib, amma mən qəbul etməmişəm. Misal üçün gedib rejissorla danışıb deyirəm ki, çəkilirəm, amma günü 1000 manata. Razılaşırlar. Amma 1 ayda çəkilməli olan serialı mənə 10 gündə çəkdirirlər".



2023-сü ilin “Spotify” şəbəkəsindəki  reytinq nəticələr açıqlanıb.

Azərbaycanda fəaliyyət göstərən yerli sənətçilər içərisində ilk pillənin sahibi Xalq artisti Röya Ayxan olub.

İl ərzində müğənninin ifalarını 358 mindən çox “Spotify” istifadəçisi səsləndirib. Röya Ayxanın 5,3 milyondan çox “stream” alan mahnıları 297 min saatdan çox qulaq asılıb.

Pop ulduzunu dünyanın 142 ölkəsində dinləyiblər.

Qeyd edək ki, Xalq artisti “Spotify”da ilk pillədə olduğu üçün sevənlərinə video müraciət ilə təşəkkürünü bildirib.

 

Hadisənin milyonluq paltarı- FOTOLAR

Son günlər konsert proqramları ilə gündəmdə olan məşhur müğənni Hadisə sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, Hadisə çəhrayı rəngli uzun libası ilə fotosessiya etdirib.

Müğənninin sözügedən paylaşımına qısa zamanda xeyli bəyənmə və şərh gəlib.

Sosial media izləyicilərinin araşdırmasına əsasən, sənətçinin libasının qiyməti ortaya çıxıb.

Belə ki, paltarın qiyməti təxminən 79 473 84 TL-dir (təqribən 501.524,55 manat).

Xəyalə Rza




Azərbaycanda hind, ərəb, yəhudi və s. yad ritmlərlə müşayiət olunan mahnıların siyahısı tərtib edilib.
 
AZXEBER.COM xəbər verir ki, siyahı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.

 Həmin mahnılar aşağıdakılardır:
 
- Nazənin - "Səni sevərəm";
 
- Rübail Əzimov - "Divanə";
 
- Sevil, Sevinc & Nurlan Təhməzli - "Baş bəlası";
 
- Nurlan Təhməzli & Sevil, Sevinc - "Şəkər ilə bal";
 
- Nurlan Təhməzli - "Öp, yar, ürəyimdən";
 
- Nurlan Təhməzli- "Yox xəbəri";
 
- Könül Kərimova & Aydın Sani - "Bəs mən səni kimdən soruşum?";
 
- Mətanət Əsədova - "Sevdim";
 
- Nurlan Təhməzli "Mən aşiqəm";
 
- Abbas Bağırov - "Xızı dağları";
 
- Qurd - "Rəqs edir hər kəs";
 
- Pərviz Bülbülə & Türkan Vəlizadə - "Rin-narin";
 
- Aqşin Fateh & Nəfəs - "Qar çiçəyi";
 
- Mina Hüseyn - "Brend";
 
- Niyam Salami - "Kefimiz düzələr";
 
- Aynur Dadaşova - "Dünya hey fırlanır";
 
- Məryəm Şabanova-"Bayram";
 
- Nəfəs & Aqşin Fateh - "Yarəm";
 
- İman Zaman - "Könlümün maralı";
 
- Afşin Azəri-"Can, can";
 
- Əli Pormehr- "Naz eləmə";
 
- Aqşin Fateh & Aysel Manaflı - "Həbibim";
 
- Niyam Salami - Şeytan qadın";
 
- Şəbnəm Tovuzlu - "Olmaz";
 
- Aqşin Fateh-"Çarəsiz";
 
- Ülviyyə Namazova - "Halım yamandır".


“Mənim dərdim var. Ömür boyu yadımdan çıxmayacaq. Heç çıxmasın da”.

Bu sözləri müğənni Xatun Əliyeva “O üz” verilişində deyib. 

Sənətçi bir müddət əvvəl dünyasını dəyişən stilist qardaşı Balaşa yas saxlaya bilməməsinin səbəbini açıqlayıb: “Hərdən nəsə deyirlər. Deyirəm, nə istəyirsiniz məndən? Görürsünüz ki, mənim qardaşım rəhmətə gedib, bəzənirəm, toya gedirəm. Yas saxladım ki, ona? Nə istəyirsiniz məndən? Uşaqlar, karantin olmasaydı, kənarda bir az pulum olsaydı, bir il ona yas tutardım, heç bəzənməzdim. Deyirlər, həkimin də işi var, müəllimin də. Onlar mənim kimi bəzənmirlər axı. Onlar gözəl olmağa çalışmırlar axı, geyim, toy libası seçmirlər. Bizim işimiz çox çətindir. Bir də görürsən, kimsə məndən inciyir, yazır, cavab vermirəm. Deyirəm ki, mən sənə nə etmişəm ki? Dərdimi çəkməyə də qoymursunuz”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov