Xəbər lenti



Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb.

 

“Qafqazinfo” bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Prezident Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə ifadə etdi. Biz münaqişənin həllinə töhfə verməsini təmin etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk”, - ABŞ prezident administrasiyasının rəsmisi bildirib.

“Bloomberg”in məlumatına görə isə, Tramp müdafiə naziri Pit Heqsetə hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasının çatdırılmasını dayandırmağı tapşırıb.

“Bu, artıq təyyarə və gəmilərlə daşınan və ya Polşada tranzit zonalarda gözləyən silahlara da aiddir”.

Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov