Xəbər lenti

azer-zeynalov-istefa-verdi

 

Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib.

“Buizimaz.az ” xəbər verir ki, bu barədə NUHÇIXAN məlumat yayıb.

Qeyd edək ki, A.Zeynalov 1970-ci ildə Naxçıvanda anadan olub. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatıdır. O, 2015-ci ildən sədrin I müavini idi. 

b_500_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_c368e805ef01d1aff9fc84e1d32dcf58.png
 

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

"Bizimaz.az   xəbər verir ki, hazırda o, Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

 
xosbext-yusifzade-vefat-etdi

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.

 
Bu barədə “Gununxeberi.az ” Trend-ə istinadən xəbər verir.

Qeyd edək ki, Xoşbəxt Yusifzadə 14 yanvar 1930-cu ildə anadan olub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirib. 1987-ci ildə geologiya-mineralogiya elmləri doktoru  dərəcəsinə yiyələnib. X.Yusifzadə 1992 – 1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,  2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti id

Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi  həlledici  taktiki üstünlük idi”

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Bu müharibədə Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin suveren ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizim möhtəşəm Zəfərimizi təşkil edən parlaq qələbə idi. II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri də məhz 4 oktyabr tarixidir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırladıb ki, məhz 2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Dünyanın hərb taixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Bu parlaq qələbə hərbi əməliyyatların ilk günlərindən Azərbaycan əsgərinin qətiyyətini və gücünü bütün dünyaya göstərdi, işğalçı erməni ordusunu vahiməyə salaraq, onların döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurdu”

Deputat bildirib ki, Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərib: “Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan da çox önəmli hadisə idi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi olaraq vurğuladı. Müharibənin ilk günündə Cəbrayılın iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndləri erməni işğalçılarından təmizlənmişdi. Oktyabrın 3-də isə Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Bu qələbələr Şanlı Ordumuza əlavə güc verdi. Nəhayət, oktyabrın 4-də Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin işğaldan azad edildiyini bəyan etdi. Bununla da Cəbrayılın işğalına son qoyuldu. Məhz Cəbrayılın azad edilməsi Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Həmin möhtəşəm tarixi gündən artıq üç il keçir. Üç ildir ki, Azərbaycan möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqımızı çıxardığı zəfər yolu ilə uğurla irəliləyir, qələbələrimiz davam edir. Cari ilin aprel ayının 23-də Ermənistanla sərhəddə Laçın sərhəd buraxılış məntəqəsinin qurulması da, sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin nəticələri də xalqımızın əldə etdiyi möhtəşəm qələbələrdir.”

K.Qafarov qeyd edib ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Cəbrayılın azad edilməsindən danışarkən, bu hadisələrdən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını xatırlamamaq ədalətsizlik olardı. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlarına Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıya qayıdışla başlayıb” .
 
 


Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Qərar Ermənistan parlamentində müzakirə edilərək qəbul edilib.

Qeyd edək ki, Roma Statutunun qəbul edilməsi ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası İrəvan üçün məcburi olub.

Xatırladaq ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Artıq Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.

19-cu əsrin ortalarında Azərbaycan dünyada ilk neft hasil edən ölkə oldu. O vaxt biz dünya neft hasilatının yarısını verirdik. Bəlkə də çoxları bilmir ki, dənizdə neft ilk dəfə XX əsrin ortalarında Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı deyib .

“Bu gün müstəqilliyimiz dövründə təbii sərvətlərimiz Azərbaycan xalqının rifahı naminə istifadə olunub. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu göstərir ki, biz öz sərvətlərimizi düzgün idarə etmişik”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident Əliyev əlavə edib ki, Azərbaycan bu resurslardan güclü iqtisadiyyat qurmaq üçün istifadə edib.

“ Bu günün enerji və nəqliyyat xəritələrinə, o cümlədən boru kəmərlərinə baxsanız, hər yerdə Azərbaycanın izlərini görəcəksiniz. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və onları tərəfdaşlarımızla birlikdə uğurla həyata keçirmişik. Beləliklə, biz təkcə regionumuzun deyil, bütövlükdə daha geniş regionun enerji təhlükəsizliyini təmin etdik ”, - deyə İlham Əliyev bildirib . 

Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər tutulduğunu və onun mühüm elementi olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olduğunu və Avropa İttifaqı tərəfindən ümumi dövlət kimi qiymətləndirildiyini qeyd etdi. Avropa tədarükçüsü.

İlham Əliyev çıxışında onu da qeyd edib ki, Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmik klubun üzvüdür, iki telekommunikasiya peykinə və Yer kürəsini müşahidə edən bir peykə malikdir.

“Biz Azərbaycanda bu sahəni inkişaf etdirməkdə davam edirik”, - İlham Əliyev deyib .

Dövlət başçısı onu da bildirdi ki, “müstəqillik dövründə Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bizim siyasətimiz həmişə aydın, şəffaf və birmənalı olub, dostlar qazanmağa və əməkdaşlığı gücləndirməyə xidmət edir”.

İlham Əliyev çıxışında Azərbaycanın əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyət olduğunu da vurğulayıb: “Müstəqilliyin 30 ili ərzində biz bu amilləri gücləndirmişik”. “Biz bir ailə kimi yaşayırıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib .

"Aztelekom" Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

"Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir.

Bizimaz.az  xəbər verir ki, "Aztelekom" MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir.

"Aztelekom" MMC işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam hazır olduğunu bəyan edir.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib.
 
Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anası vəfat edib.

Bizimaz.az xəbər verir ki, şəhidin anası Şirmayə Mehdiyeva yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılıb. Ona Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə gizir rütbəsi verilib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov