ABŞ-nin 46-cı və 47-ci prezidentləri Co Bayden və Donald Tramp Ağ Evdə bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Guardian” nəşri məlumat yayıb.
Bilidirilib ki, liderlər görüş zamanı hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı razılığa gəliblər.
“Danışdığımız kimi, dinc keçidi səbirsizliklə gözləyirik. Yerləşdiyinizə əmin olmaq üçün əlimizdən gələni edəcəyik və bu gün bəziləri haqqında danışmaq şansımız olacaq. Xoş gəldiniz”-, Bayden yeni prezidenti salamlayıb.
“Çox sağ olun. Siyasət sərtdir və bir çox hallarda gözəl deyil, amma dünya bu gün gözəldir” - , Tramp sələfinə cavab verib.