2025-ci ilin büdcə layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
“Qafqazinfo” xəbər verir ki, layihə noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq.
Büdcə layihəsi nazirlərin iştirakı ilə birinci oxunuşda geniş formatda müzakirə ediləcək.