Xəbər lenti

Prezident Viktor Orbanla görüşdü - YENİLƏNİB
 

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

"Bizimaz.az " xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. O, Macarıstan xalqının ən xoş arzularını və Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.


Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluğunu ifadə etdi, ölkələrimizin ikitərəfli əsasda və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq etdiyini, həmçinin SPECA-nın işbirliyi üçün yeni format yaratdığını vurğuladı.

Viktor Orban Macarıstanın Türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir.

Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsinin böyük əhəmiyyətə malik olduğu qeyd edildi, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı vurğulandı.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu. Azərbaycan ilə Macarıstan arasında iqtisadi-ticari, investisiya əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Bu baxımdan ölkələrimiz arasında enerji sahəsində icra olunan layihələrin önəmi xüsusi vurğulandı, turizm, əczaçılıq, nəqliyyat-logistika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

*** 18:23

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



  • Prezident Viktor Orbanla görüşdü - YENİLƏNİB
  • Prezident Viktor Orbanla görüşdü - YENİLƏNİB
 
Mikayıl Cabbarov Peter Siyarto ilə

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət dinamikası, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüslər müzakirə olunub.

Bu barədə Bizimaz.az  -a  İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlər Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət dinamikasını, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüsləri vurğulayıb, SPECA Rəhbər Şurasının 18-ci iclasında müzakirə edilən məsələlərin regional əməkdaşlığın inkişafında önəmini qeyd ediblər.

Tərəflər “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsinin ölkələrimiz arasında biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətini bir daha vurğulayıb, bundan başqa enerji sahəsində əməkdaşlığın perspektivləri, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, “yaşıl” enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və s. məsələləri müzakirə ediblər.
Kamaləddin Qafarov: “8 noyabr Zəfəri- Azərbaycanın qürur və şərəf dastanıdır”

“Üç il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoydu. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik rədd etdi.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.


K.Qafarov bildirib ki, həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda dayandırılmağını dəstəkləmir, Xocalıya, Xankəndiyə, Xocavəndə niyə girmədiyimizi dönə-dönə sual edirdilər. “Budur, Qələbəmizin üçüncü ili tamam olmamış Azərbaycan bayrağı artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız olaraq bütün ərazilərində qürurla dalğalanır. Bu il oktyabrın 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində, eləcə də bir çox digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını şəxsən qaldıran Prezident İlham Əliyev bir daha hər kəsə bildirdi ki, hər işi öz vaxtında görmək lazımdır. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin nəticəsi olaraq işğal altında olan torpaqlarımız düşməndən azad edildi və Azərbaycanın bütün sərhədləri boyunca müqəddəs üçrəngli bayrağımız dalğalandı.”

Deputat vurğulayıb ki, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu işinin və iqtisadi inkişafın nəticəsidir: “30 ilə yaxın dövr ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi bu Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi. Bu ilin sentyabr ayında isə cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi. Bu gün xalqımız haqlı olaraq ölkənin Silahlı Qüvvələri ilə fəxr edir. Artıq oktyabr ayının 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldıran möhtərəm dövlət başçımızın dediyi kimi, təkcə ölkəmizin vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla soydaşımız Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”

K.Qafarov qeyd edib ki, Azərbaycan heç zaman müharibə başlamaq niyyətində olmayıb və yalnız 30 il davam edən beynəlxalq riyakarlıq qarşılığında bu addımı atmaq məcburiyyətində qalıb: “Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Lakin 30 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı sayılan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qaldı və icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Sonda Azərbaycan özünün bütün ölkə ərazisində tam suverenliyini təmin etdi. Bununla da illərlə həllini gözləyən münaqişə başa çatdı və bütün dünya Cənubi Qafqazın yeni reallıqlarını qəbul etməli oldu” .
 
 
Laçında “Bayraq yürüşü” keçirilib - FOTO







Laçın şəhərində “Bayraq yürüşü” keçirilib.

 

 

Bizimaz.az  xəbər verir ki, yürüşü Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə təşkil edib.

Qeyd edək ki, “Bayraq yürüşü” bu il ilk dəfə işğaldan azad edilmiş ərazidə baş tutub.

 

QALEREYA
Veteranlar bu ödənişdən

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bizimaz.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq dəyişikliyi təsdiqləyib.

Qanun 2023-cü il sentyabrın 1-dən tətbiq edilir.

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_123432321q1232q1q.jpgAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.


Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşmənə diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa edib. Tarixi ədalət bərpa olunub. Şəhidlərə rəhmət diləyir, qazilərə can sağlığı arzulayırıq.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızı cəmi 44 gün ərzində azad edərək Zəfər qazandıq. Bu il isə antiterror əməliyyatı zamanı Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq bayrağımız Xankəndidə, Xocalıda və Qarabağın hər yerində dalğalanır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib”, - deyə Gəncə Şəhər İcra Hakimiyyətinin baçısı Niyazi Bayramov çıxışnda qeyd edib.

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop da xalqımızı Zəfər bayramı münasibətilə təbrik edərək, Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə artan templə davam etdiyini deyib.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov çıxışlarında 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi müstəvidə əldə etdiyi Qələbənin nəticələrini siyasi-diplomatik müstəvidə daha da gücləndirib, yeni uğurlara imza atdığını diqqətə çatdırıblar.

Sonra Zəfər Gününə həsr olunan videoçarx tədbir iştirakçılarına nümayiş olunub.

Çıxış edən ADAU tələbələri - Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov, Həşim Həşimov və Ruhin Qasımov 44 gün davam edən döyüşlərdə Rəşadətli Ordumuzun qəhrəmanlıqlarından söz açıblar.

Daha sonra tələbələr tərəfindən hazırlanan ədəbi-bədii hissə təqdim olunub. Bədii hissədə tələbələrin ifasında təqdim olunan vətənpərvər ruhda şeir və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda bir qrup Vətən müharibəsi iştirakçısı fəxri fərmanla təltif olunub.

Bizimaz.az 

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268623gfdsasdcxcvb.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268587654ythythg.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_16992685709876tjmjmhb.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268t6789opnbnmcsaqe4567ui.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268635khfghbvcvbnm.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1699268578987678uhjhvhnm.jpg
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2023-11_ad0a8174-fe50-4491-98b8-23a7ff8c27e6.jpgBakı şəhərində dövlət qurumları və özəl təşkilatlardan daxil olan tikinti layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi, ictimaiyyətin məlumatlandırılması və ekoloji rəyin verilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Bizimaz.az  xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə “Bakı Metropoliteni” QSC tərəfindən Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində inşa olunan “B04” stansiyasının çıxışları, ADA Universitetinin yaxınlığında Azərbaycan-İtaliya Universitetinin tikintisi üçün ayrılmış sahədə, Nəsimi rayonu, Bakıxanov küçəsi, 631-ci məhəllədə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin yeni inzibati binasının tikintisi üçün ayrılmış torpaq sahəsində, eyni zamanda Xətai, Binəqədi, Sabunçu, Nizami və Nərimanov rayonları ərazisindəki tikinti şirklətləri tərəfindən inşa olunan layihələrdə layihə altına düşən yaşıllıqların köçürülməsinə dair müzakirələr aparılıb.

Əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqlarin bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu bildirilib.

Tədbirdə layihələri ictimai dinləməyə çıxarılan dövlət qurumlarının və şirkətlərin nümayəndələri tikinti zamanı götürüləcək yaşıllıqlarla bağlı öhdəliklərini, bərpa dəyərini açıqlayıb, ətraf mühitin mühafizəsi istiqamətində görəcəkləri tədbirlərdən danışıblar.

Agentlik daxilində fəaliyyət göstərən Rəy və icazələrin monitorinqi şöbəsinin əməkdaşları tərəfindən bir müddət sonra həmin ərazilər üzrə monitorinq keçiriləcəyi və nəticələr barədə məlumatların təqdim olunacağı qeyd olunub.

İctimai dinləmədə Binəqədi rayonunda ağacların kəsilməsi faktı ekoloqlar və qeyri-hökumət təşkilatları nümayəndələri tərəfindən də sərt şəkildə qınanıb, belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.
 
Bizimaz.az 
Dövlət Bayrağı haqqında yeni standart qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS 001-2006 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartının əvəzinə yenilənmiş AZS 001-2023 “Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartını qəbul edib.

Bizimaz.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, bu standart Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir.

Eyni zamanda, standartla Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

Məhkəmə ekspertizası:

Vaqif Xaçatryan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb.

Bizimaz.az  xəbər verir ki, bu barədə Vaqif Xaçatryan barədə keçirilən məhkəmə psixiatrik ekspertizanın rəyində bildirilib.

Rəydə qeyd edilib ki, V.Xaçatryan Meşəli hadisələrində hadisəni törədərkən güclü ruhi əsəb gərginliyi keçirməyib, özünü idarə etmək qabiliyyətində olub.

İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 1028 N-li və əlavə məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli K/284-2023 N-li rəylərindən görünür ki, Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək çuxuru nahiyəsində dörd ədəd əzilmiş yaraların sağalmış izləri olan köhnə çapıq toxumalar aşkar edilib, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənib, əmələgəlmə müddəti 3-5 ildən əvvəl yetirilməyə uyğun gəlir, cərrahi tikildikləri üçün sağlamlığa yüngül zərərvurmaya aiddir./report
Kamaləddin Qafarov: “Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığa böyük əhəmiyyət verir”

“ Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Xüsusilə son illər ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etdiyinin ən bariz göstəricisidir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycan ilə Türk dövlətləri arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib: “Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilmiş 10-cu yubiley Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu qeyd etdi və bildirdi ki, hazırda ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinə başlanmışdır. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılmışdır. Azərbaycanın Türk dövlətləri ilə iqtisadi münasibətlərində nəqliyyat və logistika sahəsi aparıcı yerlərdən birini tutur. Bu gün Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.”

K.Qafarov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə qardaş ölkələrin verdiyi töhfələrin səmimi dostluğun təzahürləri olduğunu qeyd edib: “Möhtərəm dövlət başçımızın təqdim etdiyi açıqlamalarda diqqəti cəlb edən məqamlardan biri də Özbəkistan və Qazaxıstanın ölkəmizə etdikləri hədiyyələrin yüksək dəyərləndirilməsi oldu. Məlum olduğu kimi, Azərbaycan üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra özünün işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri yalnız öz vəsaitləri hesabına, heç bir maliyyə yardımı almadan, kredit götürmədən həyata keçirir. Cənab Prezident İlham Əliyev öz çıxışında konkret rəqəmlər səsləndirərək bu məqsədlə artıq Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsaitin sərf olunduğunu və növbəti ildə ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağını vurğuladı. Təbii ki, bu, çox böyük rəqəmlərdir. Eyni zamanda , görülən işlərin fonunda dostluq və qardaşlıq jesti olaraq Füzuli şəhərində Özbəkistan dövlətinin inşa etdirdiyi orta məktəb və Qazaxıstanın hədiyyəsi olan yaradıcılıq mərkəzi ölkələrimiz və xalqlarımız arasında münasibətlərin səmimiyyətindən xəbər verir. Bu münasibətlər isə, əlbəttə ki, bütün Türk dünyasının daha da möhkəmlənməsinə xidmət edir”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov