Xəbər lenti



Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Üçüncü Dünya müharibəsinin başlandığını elan edib.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, o, bunu Rusiyanın Şimali Koreyadan hərbçi cəlb etməsi və İran və Çinin verdiyi dəstəklə əlaqələndirib.

O vurğulayıb ki, 2024-cü ildə müharibənin həqiqətən də başladığını hesab etmək olar, çünki Ukrayna təkcə Rusiya ilə deyil, həm də Koreya Xalq Demokratik Respublikasının (KXDR) əsgərləri ilə üz-üzədir.

Zalujnı qeyd edib ki, Ukraynaya Şimali Koreya istehsalı olan raketlər uçur və bu, gizlədilmir və Çin mərmiləri də partladılır, Çin komponentləri Rusiya raketlərinə daxil edilir.

O, Qərb tərəfdaşlarını vəziyyətin ciddiliyini dərk etmədiklərinə görə qınayıb. Zalujnı əlavə edib ki, Ukrayna ərazisində münaqişəni dayandırmaq hələ də mümkündür, lakin nədənsə tərəfdaşlar bunu həyata keçirmək istəmirlər.

Onun fikrincə, Ukraynanın düşmənləri həddən artıq çoxdur və texnologiya sayəsində ayaqda qala bilsə də, təkbaşına qalib gələ biləcəyi məlum deyil. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı qeyd edib ki, buna görə də artıq Üçüncü Dünya müharibəsi başlayıb.



Ukraynanın “Storm Shadow” ("Fırtına kölgəsi") raketləri ilə Kursk vilayətinə zərbəsi nəticəsində Şimali Koreyanın generalı ağır yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Generalın zədəsinin nə dərəcədə ağır olduğu açıqlanmır.



Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə baş tutan “Qlobal liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılması” mövzusunda panel müzakirələrində iştirak edib.

Bakıvaxtı.az-ın məlumatına görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva qonaqları salamlayaraq iqlim dəyişmələri və biomüxtəlifliyin itirilməsinin planetimizə vurduğu zərərin miqyaslarını vurğulayaraq beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib. Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda bir sıra heyvan növləri, o cümlədən Xəzər pələngi və Asiya şirinin keçmişdə yaşadığı, lakin nəslinin tükənməsi barədə tədbir iştirakçılarına məlumat verildi.

Leyla Əliyeva qeyd etdi ki, 2011-ci ildən etibarən IDEA İB tərəfindən ölkəmizin unikal təbiəti və ekoloji balansın qorunması məqsədilə bir sıra layihə və tədbirlər icra olunub. “Qafqazın Böyük Beşliyi”, zubrlar, ceyranlar və Xəzər nərələrinin mühafizəsi, eləcə də minlərlə könüllülər ilə birgə həyata keçirilmiş çoxsaylı fəaliyyətlər barədə müzakirə iştirakçılarına məlumat verilib. Çıxışının yekununda Leyla Əliyeva daha dayanıqlı və sağlam gələcəyin təmin olunması məqsədilə iştirakçıları yeni tərəfdaşlıqlar və birgə səylər göstərməyə çağırıb.

Daha sonra COP29-un Prezidenti Muxtar Babayev, BTMİ-nin Prezidenti Razan Al Mubarak, təşkilatın baş direktoru Grethel Aguilar, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməliyyatların koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami, Bioloji Müxtəliflik haqqında Konvensiyanın icraçı katibi Astrid Schomaker, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş direktoru İnger Andersen çıxış edərək müzakirə mövzuları ilə bağlı fikir və təkliflərinin iştirakçıları ilə bölüşüblər. Tədbirin davamında hökumət və özəl sektor liderləri, müxtəlif ölkələrin ətraf mühit və ekologiya nazirlərinin iştirakı ilə panel müzakirələri baş tutub.




Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb.

“Qafqazinfo” xəbər verir ki, hüquqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildirib:

“Bu ildən sabit pul məbləğində alimentin miqdarı 160 manat olduğundan köhnə aliment məbləğini yalnız məhkəməyə müraciət etməklə artırmaq olar”. 

“Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, məbləğlər aşağıdakı kimi müəyyən edilib:

Yaşayış minimumu ölkə üzrə - 180 manat, 

Əmək qabiliyyətli əhali üçün - 191 manat,

Pensiyaçılar üçün -149 manat, 

Uşaqlar üçün -160 manat,

Ehtiyac meyarı - 143 manat.

Əlilliyi olan şəxslərə verilən pensiyalar:

1-ci qrup - 74 manat, 

2-ci qrup - 61 manat, 

3-cu qrup - 52 manat”.

Günel Hacı



ABŞ-nin seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pamela Bondinin ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda öz “Truth” hesabında yazıb.

Tramp paylaşımında Pam Bondinin 20 il bu vəzifəni icra etdiyini və gördüyü işləri qeyd edib:

“Floridanın ilk qadın baş prokuroru kimi, onun narkotik qaçaqmalçılığı və “ağ ölüm”ün azaldılması məqsədilə çoxlu töhfələri olub.

Pamcinayətlə mübarizədə və Amerikanı yenidən təhlükəsiz edəcək. Mən onu uzun illərdir tanıyıram. Pam ağıllı və sərtdir. Baş prokuror kimi çox gözəl iş görəcək!”

Qeyd edək ki, dünən ABŞ-nin sabiq konqresmeni Mett Getz ABŞ baş prokuroru vəzifəsindən imtina etdiyini və bu vəzifə üçün namizədliyinin təsdiqi üçün mübarizə aparmayacağını açıqlayıb.


Azərbaycan Prezidenti İlham Əliyev 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Prezidentin sosial şəbəkə hesablarından etdiyi paylaşımda “Zəfər tariximiz – Ağdamın Ermənistan işğalından azad edilməsindən dörd il ötür”, - sözləri qeyd olunub.



Türkiyə prezidenti Ərdoğan noyabrın 18-də Rio-de-Janeyroda keçiriləcək G20 sammitində təqdim etmək niyyətində olduğu hazırkı cəbhə xətti boyunca Ukraynada müharibəni dondurmaq üçün plan hazırlayıb.

Lent.az bildirir ki, “Bloomberg“in öz  mənbələrinə istinadən xəbərinə görə, Ərdoğanın planı Ukraynanın NATO-ya daxil olması məsələsinin müzakirəsini ən azı 10 il təxirə salmaq üçün Kiyevin “Putinə güzəşt kimi” razılaşmasını nəzərdə tutur. 

Türkiyə prezidenti təzminat olaraq Ukraynanı hərbi texnika ilə təmin etməyi təklif edir. O, həmçinin Donbassın şərqində demilitarizasiya zonası yaratmağı və “əlavə təminat” olaraq orada beynəlxalq qoşunların yerləşdirilməsini təklif edir.

Türkiyə rəsmiləri Ukraynanın belə bir təklifi qəbul etməsinin çətin olacağı fikrində olduqlarını, lakin onların fikrincə, “ən real yanaşma budur”. Türkiyə rəsmiləri "işğal olunmuş ərazilərin taleyi ilə bağlı müzakirələri dayandırmaq və əsas diqqəti sabit atəşkəsin təmin edilməsinə yönəltmək istərdilər".

Ərdoğan ümid edir ki, o, Ukrayna prezidenti Vladimir Zelenskini İstanbuldakı danışıqlarda iştirak etməyə razı sala bilər, çünki Türkiyə lideri “döyüşlər dayandırılmasa, Ukraynanın yaxın aylarda daha çox əraziləri itirə biləcəyinə dair kəşfiyyat məlumatı əldə edib”.

 


Gələn il Azərbaycanda minimum əməkhaqqı artacaq. 

“Qafqazinfo” xəbər verir ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində minimum əməkhaqqının 400 manat olacağı qeyd edilib. 

Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 55 manat çoxdur. Belə ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

Nuranə Daxilqızı

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov