Xəbər lenti

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_my.jpg



 

 









“Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il tarixindən 20 il keçir. 20 il hər bir vədə sadiqliyin, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin təqdimatıdır. Bu gün qürurla qeyd edirik ki, Prezident İlham Əliyev təkmil islahatları, yeniliyə, müasirliyə əsaslanan siyasəti ilə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldib. Onun şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildir ki, qalib ölkə kimi dünyanın diqqətindədir. Ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası Ümummilli Liderin ən böyük arzusu idi. Hər bir hədəfə nail olmaq üçün səylərin artırılması, hərtərəfli hazırlıq işlərinin görülməsi vacib faktordur. Cənab İlham Əliyev Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışına uyğun olaraq öncə iqrisadi müstəqilliyimizin möhkəmləndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Belə ki, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə jurnalistlərə ilk müsahibəsində “İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına çavabında bildirmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb. Bu hədəfi də açıqlamışdır ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcək. Sahibkarlar sinfi yaranacaq. Özəl sektorun fəaliyyəti nəticəsində  Azərbaycanın büdcəsi artacaq, yeni iş yerləri açılacaq. Bu mühüm məqam, çağırış da diqqətə çatdırıldı ki, bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının  Prezidentiyəm. Borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin.”



Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, ölkəmiz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla hər bir sınaqdan uğurla çıxmasını təmin etdi: “Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın qarşısında geniş imkanlar yaradır. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görür. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edilir. 3 Dövlət Proqramı icra edilib, dördüncü sənədin icrası bu il başa çatacaq. Regional inkişaf Proqramlarına uyğun olaraq mühüm  infrastruktur layihələri həyata keçirilir. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edir. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verir. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rolu artır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın istifadəyə verilməsinə nail oldu. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Ümumilikdə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.”

Ə.Salahzadə 20 ilin uğurlarının xronologiyasını belə təqdim edib: “Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz uğurlu  inkişafına nail olub. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması həyata keçirilən təkmil sosial-iqtisadi islahatların göstəricisidir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli addımları ilə təsdiqləyən cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin uğurlu icrasında da vətəndaş məmnunluğunun artırılması əsas hədəfdir.”

Millət vəkili Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib: “Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin qəhrəmanlığı, şücaəti ilə qazanılan Zəfərimizdən başlanan yolun hədəfi Qarabağımızı və Şərqi Zəngəzurumuzu cənnətə çevirmək, soydaşlarımızın Böyük Qayıdışını tam şəkildə  reallaşdırmaqdır. Mərhələli şəkildə dogma yurd-yuvalarına qovuşdurulan soydaşlarımız 30 ilə yaxın dövrdə bu günü səbirsizliklə gözləyirdi. Dövlət başçısı İlham Əliyev hər zaman bu inamı ifadə edirdi ki, biz öz dogma torparlarımıza qayıdacaq, bu əraziləri dirçəldəcəyik. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Artıq xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevdən növbəti müjdəni gözləyir. Tezliklə tarixi ədalətə söykənərək Qərbi Azərbaycana da qayıdışımız təmin ediləcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hər zaman gələcəyə baxır, nə vaxt, nəyi, necə emək lazımdır bunu bilir.”

 Gununxeberi.az 

Kamaləddin Qafarov: “Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır”

“Gürcüstan və Azərbaycan arasında artıq uzun illərdir ki, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı müttəfiqlik əlaqələri mövcuddur. Bu əlaqələrin təməlində ölkələrimiz və xalqlarımız arasında yüz illərdən bəri mövcud olan mehriban qonşuluq və qardaşlıq münasibətləri durur. Oktyabrın 8-də dövlətimizin başçısı növbəti dəfə Gürcüstanda işgüzar səfərdə olmuşdur. Səfər zamanı Tbilisi şəhərində mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətlərinin önəmini qeyd etmiş və çox qədim tarixə malik olan bu münasibətlərin müasir dövrümüzdə artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışlar”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Deputat deyib: “Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin müasir formatda formalaşmasında bu iki qonşu respublikaya həm sovet dönəmində, həm də müstəqillik illərində rəhbərlik etmiş Heydər Əliyev və Eduard Şevardnadzenin arasında mövcud olmuş şəxsi münasibətlər müstəsna təsir göstərmişdir. Xalqlarımız üçün ən ağır dövrdə, məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa, inkişaf etməyə başlamışlar.”

K.Qafarov bu amilin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi önəm kəsb etdiyini bildirib: “ Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Gürcüstan arasında olan dostluq və əməkdaşlıq əlaqələri bu gün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bu gün beynəlxalq aləmdə formalaşan geosiyasi vəziyyətin fonunda enerji təhlükəsizliyi məsələləri təkcə Avropa İttifaqı üçün deyil, bütün ölkələr üçün ön plana çıxır. Bu gün ölkələrimizi energetika sahəsində ənənəvi istiqamətlərdən başqa “Yaşıl enerji dəhlizi” layihəsi birləşdirir. Bu sahədə də Gürcüstan və Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Ondan sonra konkret işlərə start veriləcək. “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyini daha da gücləndirəcək. Dövlətimizin başçısı ölkəmizin Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirakının mümkünlüyünü də qeyd etdi. Nəqliyyat sahəsində əməkdaşlığın yaxın perspektivləri barədə önəmli fikirlər səsləndirildi. Xüsusi olaraq qeyd olundu ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.”

Deputat Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanmasının vacibliyi barədə ifadə etdiyi fikirlərin Cənubi Qafqazda davamlı sülhə və inkişafa nail olmağın real formulu olduğunu qeyd edib: “Möhtərəm dövlət başçımız öz çıxışında Azərbaycanın üç il bundan öncə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünü bərpa etməklə, həmçinin keçən ay keçirdiyi antiterror tədbirinin nəticəsi kimi bütün ölkə üzrə suverenliyini təmin etməklə Cənubi Qafqazda davamlı sülhə və iqtisadi inkişafa nail olmaq üçün unikal imkanlar yaratdığını vurğuladı. Qeyd olundu ki, regionda sülh hələ ki, tam bərqərar olunmayıb. Lakin buna nail olmağın artıq vaxtı çatıb. Bunun üçün Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmaq lazımdır. Buna nail olunacağı təqdirdə Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə bu əməkdaşlıq çox uğurlu ola bilər. Ölkəmiz Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesinə öz dəstəyini göstərməyə çalışan dövlətlərin səylərini alqışlayır. Cənab Prezident İlham Əliyev tarixi əlaqələr və coğrafi amil nəzərə alınaraq bu missiyanın Gürcüstan tərəfindən yerinə yetirilməsinin daha məqsədəuyğun olduğunu qeyd etdi. Heç şübhəsiz, bütün regional məsələlərin bilavasitə üç Cənubi Qafqaz ölkəsinin özləri tərəfindən həll edilməsi xalqlarımızın dinc və sabit gələcəyinə möhkəm zəmin yarada bilər”.


srail ordusu oktaybrın 7-dən bəri keçirdiyi əməliyyatlar nəticəsində 1500-dən çox terrorçunu məhv edib.

Bu barədə "Tayms of İsrail" ÇAXAL polkovnik-leytenantı Riçard Heçtə istinadla məlumat yayıb.

O bildirib ki, İsrail ərazisindən 1500-dən çox terrorçunun meyiti aşkarlanıb.

HƏMAS isə İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 950 nəfərin öldüyünü bildirib.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_1666601231_f0b6f4ce446b3fa28def98f2258c25e3.jpg“Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır. Qonşu dövlətlərlə əməkdaşlıq prioritetdir. Oktyabrın 8-də dövlət başçısı İlham Əliyevin Gürcüstana işgüzar səfəri həm region, həm də dünya üçün önəmli məsələlərin müzakirəsi, yeni hədəflərin müəyyənləşdirilməsi ilə yadda qaldı. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əsas faktordur. Cənab İlham Əliyev bundan əvvəl ötən ilin oktyabrında Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olmuşdur. Eyni zamanda, bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər etmişdir. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin davamlılığında əhəmiyyətli rol oynayır. Səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradılıb. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bir neçə aydan sonra Azərbaycana növbəti səfərə gələcəyini açıqladı və böyük qürur hissi ilə bildirdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var.”

 

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili onu da qeyd edib ki, iki dost ölkənin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilir: “Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Heydər Əliyev- Eduard Şevardnadze dostluğunun tarixindən bəhs etdi. Bildirdi ki, sovet dövründə onlar bir-birilə sıx təmasda idilər. O vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamış, fəaliyyətləri nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.

Bu gün onların davamçıları Azərbaycan-Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər.  İki dost ölkənin çağırışları da, problemlər də eynidir. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyir və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, ötən ay isə suverenliyini tam bərpa etmişdir. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmağın vacibliyini önə çəkən cənab İlham Əliyev belə bir hədəfi də açıqladı ki, əgər biz buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya və bir çox sahələr- nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb.”

Əliabbas Salahzadə iki ölkənin iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən geniş bəhs edib: “Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində reallaşan irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri bölgədə sülhə və sabitliyə xidmət edir. Əməkdaşlığın coğrafiyası genişlənərək regional çərçivədən beynəlxalq müstəviyə keçib. Dövlət başçısı İlham Əliyev energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsindən də danışdı. Bildirdi ki, iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur.  “Yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm Azərbaycan və Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyi gücləndiriləcək. Azərbaycan-Gürcüstan dostluğu, strateji tərəfdaşlığı layihələrin uğurlu icrasında əhəmiyyətli rol oynayır.”

Millət vəkili qeyd edib ki, hər bir səfər gələcək hədəflərə doğru atılan mühüm addımdır. Səylərin birləşdirilməsi, böyük inama və etimada söykənən münasibətlər hər bir hədəfə yüksək səviyyədə nail olmağa stimuldur. Azərbaycan və Gürcüstanın gələcəklə bağlı gündəlikləri zəngindir. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün daha fəal olmaq, Ermənistanla sülh müqaviləsinin imzalanmasına dəstək verməkdir. Dost Gürcüstan bu məsələdə vasitəçilik etməyə hazır olduğunu bildirdi.




Əliabbas Salahzadə,
Milli Məclisin deputatı 

Gununxeberi.az 

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_000099u8uyiuuyuyuyty7876.jpgCənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi əsas mesajlardan biri bu idi. Dövlət başçımızın da söylədiyi kimi, bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Sülh və təhlükəsizlik, sıx əməkdaşlıq regionun inkişafının əsas şərtidir.
Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Azərbaycan və Gürcüstan bu əməkdaşlığın tədəfdarıdır. Amma Ermənistanın da konstruktiv mövqe sərgiləməsi vacibdir. Bakı və Tbilisinin ərazi bütövlüyünə yanaşması eynidir. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu yanaşma regionda sülhün tam bərqərar olmasına dəstəkdir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili də bəyan etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Prezident İlham Əliyevin Tbilisidə bəyan etdiyi kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatların Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesinə dəstək cəhdlərini rəsmi Bakı alqışlayır. Təbii ki, bu, birtərəfli və qərəzli olmamalıdır. Azərbaycan bu prosesdə Gürcüstanın da töhfə verəcəyinə ümid edir.

Tbilisi də qonşu Azərbaycanla Ermənistanın sülh sazişini imzalayacağına ümid edir. “Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaq və ölkələrimizin firavanlığına xidmət edəcək, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün”, deyə Qaribaşvili ölkəsinin mövqeyini diqqətə çatdırdı.

Azərbaycanla Gürcüstan birlikdə və digər qonşu ölkələrlə uğurlu layihələr icra etməkdədir. Bu, güclü siyasi iradə və güclü infrastruktur hedabına reallaşır.Təbii ki, dövlət başçımızın da söylədiyi kimi, ən əsas amil Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Məlumdur ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Postmünaqişə dövründə nəqliyyat sahəsində əməkdaşlıq üçün də yeni mərhələ başlayıb. Təsadüfi deyil ki, ikitərəfli əlaqələrin önəmli hissəsi nəqliyyatla bağlıdır. Bakı və Tbilisi Orta Dəhlizin həyata keçirilməsində də uğurla fəaliyyət göstərirlər. Növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımların atılması gözlənilir. Azərbaycam və Gürcüstanın timsalında deyə bilərik ki, Cənubi Qafqaz regionun inkişafı ölkələr arasında ikitərəfli münasibətlərin dinamikasından birbaşa asılıdır. Ermənistanın da bölgə dövləti kimi məsuliyyətini dərk edib prosesə qoşulması regional inkişafa töhfə verə bilər. Bu mənada İrəvan Bakı və Tbilisidən nümunə götürməlidir.

Gununxeberi.az 
b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_2fa56c98-4b63-4a48-a996-03ecc5fc2f3c.jpgBu günlərdə mənim barəmdə sosial şəbəkələrdə şişirdilmiş və özündə bir çox yalan məlumatlar əks etdirən, böhtan xarakterli yazı dərc olunub. Bununla bağlı mənə və rəhbərlik etdiyim federasiyaya çox sayda zənglər gəldiyindən açıqlama vermək qərarına gəldim.


İşin mahiyyəti budur ki, idarə etdiyim avtomobillə yol hərəkəti qaydalarını pozmuşam və buna görə də 50 manat cərimə olunmuşam. Vəssalam. Amma görünür ictimai insan olaraq dövlətimizə və xalqımıza xidmətə yönəlmiş fəaliyyətim, eləcə də federasiyamızın əldə etdiyi uğurlar bəzi “sapı özümüzdən olan baltalar”ı çox narahat edir, onların paxıllığına və qısqanclığına səbəb olur. Məhz bu iyrənc hisslərin nəticəsində də belə kampaniyalar keçirilir. Əslində əvvəllər də mənə qarşı bir neçə dəfə belə şər və böhtan kampaniyaları təşkil edilib. Onların da məqsədi mənə və fəaliyyətimə qara yaxmaq, məni xalqımın və dövlətimin gözündən salmaq olub. Lakin onlar heç vaxt öz məqsədlərinə çata bilməzlər. Buna görə də üzümü həmin “sapı özümüzdən olan baltalar”a tutub deyirəm ki, özlərini hədər yerə yormasınlar və belə çirkin əməllərindən əl çəksinlər.
Uca Allah bu cür bədxahların layiqli cəzasını özü verəcək. Kimlərsə öz pis əməllərindən əl çəkmirsə, biz də öz yaxşı işlərimizdən heç əl çəkməyəcəyik.

Hörmətlə, Cəsarət Əhmədov

Gununxeberi.az 

 



“Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

O vurğulayıb ki, 2022-ci il sentyabr ayında sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu:

“Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı, döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi”.

E.Quliyev xatırladıb ki, döyüş əməliyyatları zamanı “Harop” və “Quzğun” zərbə PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycanın hava məkanını nəzarətdə saxlamaq imkanı verən yeddi ədəd “S-300” sistemi (44 günlük müharibədə isə səkkiz ədəd məhv edilib), döyüş dəstləri ilə birlikdə iki ədəd “S-125” kompleksinin idarəetmə stansiyaları, “P-18” radiolokasiya sistemi, “R-330” “Jitel” elektron mübarizə mərkəzi və sistemin antengücləndirici qurğuları, onlarla döyüş məntəqəsi məhv edildi:

“Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarla raketlərin və sursatların partlaması ilə müşayiət olundu.

Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi”.



“Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Aİ, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir. Bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında bəyan edib.

O bildirib ki, Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranadada iştirak etməməyə qərar verib:

“Biz, həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil. Bakı Brüsseldə Aİ, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır. Azərbaycan tərəfi, eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir”.

Azərbaycan Prezidentinin köməkçisi sonda İspaniyadan olan həmkarlarını Avropa siyasi icmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edib və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov