Xəbər lenti

bagcada-islemek-isteyenlerin-nezerine

 

Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən (ETN) “Qafqazinfo”ya verilən məlumata görə, ümumilikdə ölkə üzrə 17 mərkəzdə təşkil olunacaq imtahanlara 5 038 namizəd dəvət edilib.

Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara dair 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır.

Bu mərhələdə tapşırıqların hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Qeyd edək ki, namizəd şəxsi səhifəsində göstərilən tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.


Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji seqmenti sürətlə inkişaf edir”

“Bu gün Azərbaycan Avropaya ixrac etdiyi təbii qazla qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsində önəmli rol oynayır. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi də etibarlı tərəfdaş kimi tanıdıb. Bundan başqa, neft-kimya məhsulları və elektrik enerjisi də ölkə ixracatının bir hissəsidir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, hazırda ölkəmizdə Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi istiqamətində konkret addımlar atılır. “ Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bir müddət əvvəl aşkar olunmuş bu böyük potensial ölkəmizin enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Bu baxımdan oktyabrın 26-da keçirilmiş Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Tədbirdə iştirak edən Ölkə Prezidenti İlham Əliyev öz çıxışında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə əsasında inşa edilmiş elektrik stansiyasının təməlinin keçən ilin mart ayında qoyulduğunu xatırlatdı və Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsinin qürurverici hal olduğunu vurğuladı.”

K.Qafarov Prezident İlham Əliyevin çıxışında ölkəmizin yaşıl enerji sahəsində gələcək planları barədə yer almış açıqlamaların əhəmiyyətini vurğulayaraq deyib: “Diqqətəlayiq haldır ki, möhtərəm dövlət başçımız öz çıxışında Azərbaycanın yaşıl enerji sahəsində daha böyük planlarının olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün Azərbaycan “Masdar”la birgə işləməyi planlaşdırır və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq . Hazırda ölkəmizin zəngin yanacaq ehtiyatlarının olmasına baxmayaraq, Azərbaycan məhz yaşıl enerjiyə doğru irəliləyir. Bu, dövlətimizin təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəsidir. Azərbaycanda son illər ərzində formalaşmış əlverişli investisiya mühiti iri xarici şirkətləri ölkəmizə cəlb edir. Cənab Prezident öz çıxışında bu məsələni də xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda dövlətimizin iqtisadi hədəfi iqtisadiyyatı şaxələndirməyi davam etdirməkdir.”

K.Qafarov işğaldan azad edilmiş ərazilərimizdə olan nəhəng enerji potensialının reallaşdırılması barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm bir hissəsi olduğunu qeyd edib: “Möhtərəm dövlət başçımızın çıxışında yer almış vacib məqamlardan biri də Qarabağın və Şərqi Zəngəzurun ərazilərində mövcud olan hidroenerji potensialının hazırda fəal şəkildə inkişaf etdirilməsi ilə bağlı oldu. Qeyd olundu ki, artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Bütün bunlar ölkəmizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Bu təbii qazın bir neçə milyard kubmetr həcmdə ixrac üçün qənaət edilməsi Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolunu və önəmini daha da artıracaq”.
qaribasvili-azerbaycan-ve-ermenistan-bas-nazirleri-ile-gorusunden-yazdi

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşü haqda yazıb.

 “Bizimaz.az ” xəbər verir ki, bu haqda Qaribaşvili feysbuk hesabında paylaşım edib.

“Tbilisi İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın Baş nazirlərini qəbul etmək imkanım olduğuna görə çox şadam, biz Cənubi Qafqazın gələcəyini və hamımızın qarşılıqlı mənafeyi naminə həyata keçiriləcək irimiqyaslı regional layihələri müzakirə etdik. BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin rifahı naminə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”, - Qaribaşvili qeyd edib.



Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

DİN Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir:

“Vətəndaşların nəzərinə!

Son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb-səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır.

Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı “e-mail” xidmətinin oxşar versiyasına yönəldilir.

Xarici dövlətlərə aid mənbələrdən, eləcə də Europol və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanıb.

Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb-səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur”.



44 gün- həyatımıza, ömrümüzə bütövlükdə dünya tarixinə yazılan bu 44 gün-mənliyimizi, qürurumuzu qaytaran bir şanlı zəfər səhifəsi oldu.Bir zamanlar adı çəkiləndə bağrımızın başı yanan, gözəlliklərinə həsrət qaldığımız,yuxularımızda gəzdiyimiz Qarabağ indi fəxr yerimiz, qürur mənbəyimizdir.

Ardını oxu...



Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

 
Ombudsman:

"BMT-də ciddi islahatlara ehtiyac var, çünki mövcud çağırışlara cavab vermir".

Bizimaz.az  xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, artıq neokolonializm siyasətindən əl çəkilməlidir: "Xalqlar azad, sülh şəraitində yaşamalıdır. İnanıram ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti prosesə töhfə verəcək".

S.Əliyeva Ermənistanın təcavüzünə və mina probleminə də diqqət çəkib: "Azərbaycan da Ermənistanın təcavüzündən əziyyət çəkib. Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 330 nəfər olub. Bu günədək Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 000 azərbaycanlının taleyi barədə məlumat verməyib".

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

Kamaləddin Qafarov: “Zəngilan sürətlə  inkişaf edir”

“1993-cü ilə qədər Zəngilan rayonu ərazisində 1 şəhər, 5 qəsəbə və 83 kənd, onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. 45 mindən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Millət vəkili deyib:“Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”

K.Qafarov reallaşdırılan layihələr nəticəsində Zəngilan rayonunun beynəlxalq statusunun getdikcə yüksəldiyini qeyd edib: “Bu gün Zəngilan özünün yeni inkişaf dövrünü yaşayır. Rayonda yenidənqurma işləri surətlə davam edir. “Böyük qayıdış” proqramının ilk pilot layihəsi də məhz Zəngilanın Ağalı kəndində icra edildi. Hazırda Zəngilandan keçən logistik layihələr xüsusi strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Bu il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi bölgənin beynəlxalq statusunun durmadan yüksəldiyini göstərir. Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forum artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirilir. Ötən il 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində təşkil olunmuşdu. Bu il isə, estafeti artıq Zəngilan qəbul edib. Bununla Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir”.
Xankəndidə Azərbaycan Bayrağının ucaldılması böyük xoşbəxtlik və qürurdur

“Son üç ildə hər birimiz üçün qürurverici məqamlardan biri ölkəmizin həyatında əhəmiyyətli rol oynayan tarixlərin, bayramların işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunması və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məkanlardan mesajlarını çatdırmasıdır. Torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ölkəmizin həyatında yeni mərhələnin başlanması tariximizin zəfər səhifəsi kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək. Oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizin zəfər səhifələrini daha da zənginləşdirdi. Bundan xoşbəxt nə olar bilər ki? 30 il xalqımız bütün bayramlarda, tarixi günlərdə bu arzunu ifadə edirdi: “Gün gələcək üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Arzuları gerçəkliyə çevirən Prezident İlham Əliyevin Azərbaycan Bayrağını bu məkanlarda ucaldarkən keçirdiyi qürur hissi hər birimizi qürurlandırdı. Dövlətimizin başçısı Xankəndidən bu mesajı ünvanladı: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, “Heydər Əliyev İli”ndə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda ucaldan dövlətimizin başçısı Ümummilli Liderin 20 il bundan öncə Ona olan inamını, etimadını doğrultdu, verdiyi bütün vədləri yerinə yetirdi. Üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik: “Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir.”

Millət vəkili onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyevin Qarabağa hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, bu torpaqlarımızın bərpası və yenidən qurulması istiqamətində mühüm addımlarla yadda qalır: “Cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyini tariximizə qürurverici hadisə kimi yazdığı bu səfəri zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi, Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Dövlət Bayrağımızın ucaldılması mərasimləri keçirildi, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin, Şuşa rayonunun Malıbəyli kəndinin ərazisinə, Əsgəran qalasına və ərazisinə baxış, Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq oldu.”

Malik Həsənov diqqəti bir daha 2003-cü ildən başlanan Böyük Yolun davamına yönəldərək bildirib ki, 20 il bundan əvvəl Prezident seçilən İlham Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və ərazi bütövlüyümüzü qoruyacağına söz vermişdir: “Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı İlham Əliyev qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın. Bu gün həmin qürurlu anların sevincini və xoşbətliyini yaşayırıq. Müzəffər Ali Baş Komandan bir daha nəyi, necə, nə vaxt etmək lazım olduğunu nümayiş etdirdi. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimiz və dünyaya ünvanlanan bu mesajımızdır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Bu gün Xankəndinin mərkəzində, Azərbaycan Gerbi, Bayrağı altında olmaq böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə tariximizdə əbədi olacaq. Yeni nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.”

Millət vəkili bu mühüm məqama da diqqəti yönəldib ki, 17 oktyabr dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq Füzuli Şəhəri Günüdür: “Bu mühüm sənəd Zəfərimizin əbədiləşdirilməsinə və şəhər günlərinin təsis edilməsinə xidmət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfəri çərçivəsində Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci, üçüncü, yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlini qoydu. Bir səfər çərçivəsində atılan addımların miqyası ümumilikdə son üç ildə işğaldan azad edilmiş torpalarımızda görülən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır.”

Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, sözünə sahib, qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur.

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_363456tf.jpgYazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni şeirini
kitabxanaya təqdim etdi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının
Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının yeni şeirini
kitabxanaya təqdim etdi.
Müəllif şairə mürəciət edərək segisini vəsf etməsini istəyir. Şeirdə
aşiq öz böyük sevgisini bəyan edir.
Gəl vəsf eylə, şair
İndi gəl onu sən vəsf eylə, şair.
Mən bir-bir deyim, sən yarat, şair.
Mən onu gördüm çiçəklər arasında
Günəştək parlaq şölə saçanda.
Dedim bu gözəllik hardandır, nədir?
Işvəylə, nazilə söylədi o yar.
Aldınmı ağlını? Zəmanədəndir?
Axı könlüm həsrətindən viranədir.
Bil, hər aşiq öz eşqinə divanədir.
Bu qəlbim bil sənindir, deyil biganə...
Şəmdir üzünü bax bu pərvanədəndir
Sədəfdir sürətin dürdanədəndir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov