Xəbər lenti



Bu gündən etibarən qış mövsümü ilə əlaqədar yaşayış binalarına istiliyin verilməsinə başlanır.

Bu məlumatı Oxu.Az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı verib.

O qeyd edib ki, ötən il olduğu kimi, bu il də istilik mövsümü noyabrın 15-də başlayır.

"Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Həmin 14 rayondan 9-da - Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Həmin bu doqquz rayonda "Azəristiliktəchizat" ASC-nin 39 qazanxana və bir istilik məntəqəsi artıq işə salınıb.

Bakı şəhəri və regionlarımızda ümumilikdə "Azəristiliktəchizat" ASC-nin 557 qazanxana və 88 istilik məntəqəsi var və noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq", - deyə E. Basqallı bildirib.

Əzizə İsmayılova

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov