Xəbər lenti

Vaqif Xaçatryan Meşəlidə bu şəxsləri qətlə yetirib -

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı erməni terrorçu Vaqif Xaçaturyanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.

Bizimaz.az  xəbər verir ki, bu barədə Vaqif Xaçaturyanın ittiham aktında qeyd olunub.

Aktda göstərilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçaturyan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evləri və küçələri dağıdıb.

Onlar kənd sakinləri - 1936-cı il təvəllüdlü Quliyev Qədimi, 1936-cı il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət oğlunu, 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 1936-cı il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 1929-cu il təvəllüdlü Qasımov Ənvər Bahadur oğlunu, 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı Rayon Polis Şöbəsinin Meşəli Polis Bölməsinin polis serjantları - 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetiriblər.
Hərbi xidmətə çağırılanların tibbi müayinəsi qaydası

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir.

Bizimaz.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu qanunun 15.2.2-15.2.5 maddələrində (15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5.həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında) nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Eyni zamanda, qanun layihəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinədən keçirilməsi qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsini təşkil edən çağırış komissiyalarının qərarlarının verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yekun tibbi müayinənin aparılması nəzərdə tutulur. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Təklif olunan dəyişikliyin qəbulu nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırış prosesində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, çağırışçıların sağlamlıq vəziyyətinin daha dəqiq dəyərləndirilməsi üçün zəruri şəraitin yaradılması, qeyd olunan fəaliyyətin elektron informasiya sistemləri vasitəsilə təşkili və icrası proqnozlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 6 oktyabr 2023-cü il tarixli fərmanına əsasən, gələn il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Yekun tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılması, yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsinin nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi üzərindən həyata keçirilməsi nəzərdə tutulub.

Məsələ müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Bizimaz.az 
b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_liabbas.jpg“Oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın bu arzusunu da reallığa çevirdi.


İlk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdiyini böyük fəxr hissi ilə diqqətə çatdırdı. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün, sentyabrın 19-da isə lokal antiterror tədbirləri nəticəsində qarşı tərəfin ağ bayraq qaldırması, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tarixin zibilliyinə atılması bütün ərazilərimizdə suverenliyimizin tam təmin edilməsi kimi tariximizə yazıldı. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli Bayrağımızın dalğalanması hər birimiz üçün böyük xoşbəxtlikdir. Ölkə Prezidentinin Xankəndidən xalqa müraciətində qeyd etdiyi kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan addım-addım bu ana doğru irəlilədi: “Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlının böyük arzusu idi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 30 illik işğal dövründəki çıxışlarına diqqət yetirsək sonda belə bir əminliyin ifadə olunduğunu görərik ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Azərbaycan Bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq. Təbii ki, bu günü yaxınlaşdırmaq və reallığa çevirmək böyük qətiyyət, səylər tələb edirdi. Azərbaycan bu illər ərzində gücləndi. Ölkəmiz dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Hər bir ölkənin müstəqil siyasətində iqtisadi amilin rolunu önə çəkən Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi təbii resurslarından səmərəli istifadə edərək reallığa çevirdiyi enerji layihələrində özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini stimullaşdırdı. Dövlət başçımızın Xankəndidən xalqımıza müraciətində vurğuladığı kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Rəşadətli Ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində, bu ilin sentyabrın 19-da cəmi 23 saat davam edən lokal  antiterror tədbirlərində nümayiş etdirdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu.”

Əliabbas Salahzadə onu da bildirib ki, bu günün xoşbəxtliyini Müzəffər Ali Baş Komandan İlham Əliyev  belə ifadə etdi ki,  son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, “Allaha şükür” deyir. Bu günü 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz inanırdıq ki, bu gün gələcək.

30 ildə xalqımızın böyük faciələrlə üz-üzə qaldığını, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını önə çəkən millət vəkili vurğulayıb ki, tarixi Zəfərimizdən sonra bu torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür: “Bir dənə də olsun tikili qalmayıb, hamısı yerlə-yeksan edilib. Ermənilər bu torpaqlardan Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və dini abidələrimizi dağıdıb. Amma unudurdular ki, izləri silməklə, tarixi saxtalaşdırmaqla özgə torpağına sahib olmaq qeyri-mümkündür. Ədalət gec-tez zəfər çalır. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlyümüzün və tarixi ədalətin bərpasına nail oldu. 2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Qələbəyə nail olan Azərbaycan 3 ildən sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli bayrağımızın ucaldılmasının qürurunu yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndindən bu çağırışı etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Əliabbas Salahzadə bildirib ki, Prezident-Xalq-Ordu birliyi xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz həyatının dirçəliş mərhələsini uğurla yaşayır: “Dövlətimizin başçısının qeyd edilən səfəri çərivəsində atılan addımlara diqqət yetirmək kifayətdir. Bu səfər, eyni zamanda, 17 oktyabr Füzuli Şəhəri Gününə təsadüf etdi. Cənab İlham Əliyev oktyabrın 16-da Füzuliyə səfəri zamanı bir çox sosial obyektlərin təməlqoyma mərasimində iştirak etdi. Arxada qalan hər gün Böyük Qayıdış Proqramının icrasının tam şəkildə başa çatmasını yaxınlaşdırır. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı bir daha belə bir çağırışı özündə ehtiva edir ki, bu torpaqlar bizimdir və burada daimi olacaq, qurub-yaradacağıq.”

 
Gununxeberi.az 



Hizbullah ikinci cəbhədə müharibəyə başlayarsa, Livan yox ediləcək.

Axar.az xəbər verir ki, bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi deyib.

İsrail ordusunun nümayəndəsi Daniel Haqari isə Hizbullah qüvvələrinin hücuma davam edəcəkləri təqdirdə dağıdıcı nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq edib:

“Hizbullah Qəzzadakı müharibədə İsrailə meydan oxumaq üçün şimal sərhədində gərginliyi artırır və bunu İranın dəstəyi və göstərişi ilə edir, Livan və onun vətəndaşlarını təhlükə altına alır”.

Haqarinin sözlərinə görə, İsrailin iki və daha artıq cəbhədə müharibə aparmaq üçün güclü ordusu var.



15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Azırbaycan bayrağını qaldırması və separatçıların uzun müddət istifadə etdikləri binanı gəzməsi erməni mediasında da reaksiya doğurub.

Axar.az xəbər verir ki, gözlənildiyinin əksinə olaraq, erməni sosial şəbəkələrində bəzi şəxslərin çılğın reaksiyası istisna olmaqla, proses geniş əks-səda doğurmayıb. Əksinə, Ermənistan mediası İlham Əliyevin Xankəndi və ətraf ərazilərə, o cümlədən Kərkicahan və Malıbəyliyə səfərini geniş işıqlandırıblar.

Ermənilər arasında keçirilən sorğularda isə onların reallıqla hesablaşdıqları, həmçinin baş verənlərdə özlərini günahkar saydıqları görünür. Sorğu iştirakçıları “Azərbaycanlılar Qarabağı bizdən çox sevdikləri üçün o yerlərə sahib oldular” deyə münasibət bildiriblər.

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_374242546_776041511197203_6585336697955333205_n.jpg“Alpman” Taekvondo klubu 2017-ci il 16 oktyabr tarixində Zahid Nadirov tərəfindən təsis olunub.

Taekvondo üzrə IV dan qara kəmər sahibi Zahid Nadirov beynəlxalq dərəcəli təlimatçı və ADBTİA-nın taekvondo müəllimidir. 15 oktyabr 2023-cü il tarixində klubun 6 illik yubileyi münasibətilə Maştağa qəsəbəsində yerləşən “Görüş” restoranında təşkil olunmuş möhtəşəm Qala-gecəyə 200 nəfərə yaxın qonaq və idmançılar təşrif buyurmuşdular. Həmçinin tədbirdə media nümayəndələri də iştirak etmiş, Qala-gecənin gedişində TV kanalları tərəfindən çəkilişlər aparılmışdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə öz canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundular. Bundan sonra gecənin aparıcıları qonaqlara “Alpman” Taekvondo klubunun tarixi, adı və loqosu barədə maraqlı açıqlamalar təqdim etdilər.

        Giriş sözü ilə çıxış edən Zahid Nadirov qonaqları salamladıqdan sonra, ilk dəfə taekvondo ilə Cəlilabad rayonunda məşğul olduğunu  qeyd etdi və öz müəllimi, Cəlilabad Gənclər və İdman Sektorunun Uşaq və Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Yasər Babayevi tədbir iştirakçılarına təqdim etdi. Qeyd olundu ki, idman sahəsində 33 ildən artıq çalışan Yasər müəllim hələ sovet dönəmində yüksək nailiyyətlərə imza atıb və idmanın karate növü üzrə SSRİ çempionatının gümüş mükafatçısı olub. Həmçinin Zahid Nadirov tərəfindən klubun yetirmələrinin son bir ildə əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumatlar təqdim olundu. Zahid müəllim son bir ildə “Alpman” Taekvondo klubunun ən yüksək nəticələr göstərmiş 13 idmançısının bu Qala-gecədə xüsusi diplom və mükafatlarla təltif ediləcəklərini də anonsladı.

        Bundan sonra çıxış edən Yasər Babayev Azərbaycanda idmanın inkişafı üçün dövlətimiz tərəfindən ən yüksək səviyyədə şərait yaradıldığını vurğuladı. Öz yetirməsinin uğurları ilə qürur duyduğunu bildirən Yasər müəllim klubun bütün üzvlərinə yeni-yüni nailiyyətlər arzuladı.

        Həmçinin Qala-gecədə “Alpman” Taekvondo klubunun rəsmi tərəfdaşları – “Dr.Nihad” Müasir Stomatoloji Klinikanın rəhbəri doktor Nihad Əvəzbəyli, Maştağa qəsəbəsində fəaliyyət göstərən “Vüqar foto-studiyası”nın rəhbəri Novruz Mehdiyev, “Nizami” Tədris Mərkəzinin təsisçisi Hafiz Rəhimov, “Klass-Academy” Tədris Mərkəzinin rəhbəri Mahir Süleymanov, “Ziya” Tədris Mərkəzinin rəhbəri Rəsul Mirzəyev iştirak edirdilər. Tərəfdaş şirkət rəhbərləri təbrik çıxışı edərək öz ürək sözlərini dedilər və idmançılara bundan sonra da ən yüksək nailiyyətlərlə xalqımızı sevindirmələrini arzuladılar. Qeyd edək ki, “Alpman” Taekvondo klubunun ən yüksək nəticələr göstərmiş 13 idmançısına, o cümlədən iki gənc parataekvondoçumuza tərəfdaş şirkətlər tərəfindən pul mükafatları, qiymətli hədiyyələr və xidmət sahələri üzrə bonus-mükafatları təqdim olundu.

        Qala-gecədə təltif olunan idmançılar arasında taekvondo üzrə Avropa çempionatının qalibləri, beynəlxalq turnirlərin qalib və mükafatçıları yer alıblar. İlin idmançısı nominasiyasında bu ilin avqust ayında Estoniyanın Tallin şəhərində keçirilmiş Avropa çempionatında gənclər arasında gümüş medala sahib olmuş III dan qara kəmər sahibi Səlimə Quliyeva qalib elan edilib.

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_379259764_776810664453621_3229607140338471150_n.jpg




        Sentyabr ayında isə, qonşu Gürcüstanın Batumi şəhərində keçirilmiş Beynəlxalq açıq turnirdə 5 nəfər idmançı ilə təmsil olunan taekvondoçularımız həmin mötəbər yarışda 3 qızıl və 2 bürünc medal qazanmışdılar. Həmin turnirin qalibi, II dan qara kəmər sahibi Səidə Həsənova “İlin uğurlu təmsilçisi” nominasiyasında qalib elan olundu. Xüsusi olaraq qeyd edək ki, yüksək nəticələrinə rəğmən Səidə Həsənovanın hələ cəmi 13 yaşı var. Bir maraqlı fakt da budur ki, Səidənin bir bacısı və bir qardaşı da idamanın taekvondo növü ilə məşğul olurlar.

        Qala-gecənin gedişində tərəfdaş şirkətlərin rəhbərləri, məşqçilər və “Alpman” Taekvondo klubunun əməkdaşlrı da təşəkkürnamələr və fəxri diplomlarla təltif olundular.



Gununxeberi.az 

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_5ce555ff-f862-46bc-a002-0386717d406e_1.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_5ce555ff-f862-46bc-a002-0386717d406e_2.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_04720da7-af00-49f7-90db-0e4341a4e4a7.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_b6d8ff40-1e4d-486a-8332-22884a6117e0.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_867e55aa-c253-462a-804b-7589736d12b4.jpg

 

 

Düz 20 il bundan əvvəl, 15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi ölkənin Prezidenti seçərək öz gələcəyini ona etibar etdi. Sabitlik və inkişafın rəmzinə çevrilmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bugünkü Azərbaycan bu tarixi seçimin düzgünlüyünün ən yaxşı təsdiqidir.

Hələ 20 il bundan əvvəl Prezident İlham Əliyev geosiyasi tendensiyaları görərək ölkənin hansı istiqamətdə hərəkət etməli və strateji prioritetlərin harada müəyyən edilməli olduğunu bilirdi: Azərbaycan güclü iqtisadiyyat formalaşdırmalı, peşəkar və hərtərəfli təchiz edilmiş ordu qurmalı və dünya arenasında öz layiqli yerini tutmalı idi. Ölkə yalnız bu cür regionun lideri və böyük dünya siyasətinin aktoru ola bilərdi

Artıq 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların inkişafı üzrə ilk Dövlət Proqramı qəbul edilir. İlham Əliyev özü sonralar bu Dövlət Proqramını ilk ən ciddi siyasi qərarlardan biri adlandırıb, regionların inkişafı üzrə dövlət proqramları isə özlüyündə nəinki milli iqtisadiyatın inkişafının əsaslandığı təməl rolunu oynadı, həm də Azərbaycan tarixində ilk dəfə olaraq Bakı ilə ölkənin digər rayonları arasında infrastrukturun inkişafı baxımından qeyri-tarazlığı aradan qaldırıb.

Prezident İlham Əliyevin dövlət siyasəti ölkə qarşısında duran yeni çağırış və vəzifələrin həllinə yönəlmişdi. Prezident İlham Əliyev ölkəmizin yolunu dərhal müəyyən etdi: Azərbaycan transformasiya olunaraq inkişaf etmiş, müasir dövlətə çevrilməli, ardıcıl şəkildə siyasi, iqtisadi və sosial islahatların keçirməli idi.

Bunların həyata keçirilməsi üçün hələ 2004-cü ildə Prezident İlham Əliyev "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"nı təsdiq etdi. Strategiya neft sektorundan gələn gəlirin qeyri-neft sektorunun inkişafına yönəldilməsini nəzərdə tuturdu.

Sonrakı illər davamlı inkişaf illəri oldu: Azərbaycanda 2 milyondan çox iş yeri, yüzlərlə yeni istehsalat müəssisəsi açıldı, kənd təsərrüfatının bir zamanlar boş qalmış ənənəvi sahə və istiqamətləri bərpa olundu. Yoxsulluq aradan qaldırıldı və həssas əhali qrupları üçün çoxsəviyyəli sosial dəstək sistemi icra edildi.

Bununla yanaşı, ölkəmizin qlobal bazarlarda mövqeyi də möhkəmlənirdi: Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) layihəsini həyata keçirməklə faktiki olaraq Avropanın enerji xəritəsini yenidən cızdı. Qitədəki ən iddialı layihələrdən biri olan bu layihə sözün əsl mənasında zamanın önünə keçdi. Bir çox skeptiklər və Azərbaycanın "yaxşılığını istəyənlər" CQD-nin inşasının və icrasının real olmayacağını deyirdi, Azərbaycan isə əksini sübut etdi. Sonralar, Avropada böhran baş verəndə isə, Bakının elə həmin tənqidçiləri Azərbaycan qazının öz istehlakçılarına tədarükü ilə bağlı danışıqlar aparmaq məqsədilə növbəyə düzüldülər.

Neft strategiyası və neft-qaz gəlirlərinin idarə olunması konsepsiyası ölkə iqtisadiyyatını yenidən formalaşdırdı: 2003-2022-ci illərdə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 7,3 milyard ABŞ dollarından 78,7 milyard dollara, dövlət büdcəsinin xərcləri isə 1,2 milyard manatdan 36,6 milyard manata çatdı! Ölkənin strateji valyuta ehtiyatları 47 dəfədən çox artaraq,1,4 milyard dollardan 66,1 milyard dollara çatdı. 2003-cü ildə orta əmək haqqı cəmi 77,4 manat idisə, 2022-ci ildə 839,4 manat oldu. Görünməmiş rəqəmlərdir!

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xarici siyasətdə öz mövqeyini möhkəmləndirdi. Hələ 2011-ci ildə Azərbaycanın 155 səslə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini və iki il ərzində dünyanın böyük dövlətləri ilə yanaşı öz öhdəliklərini uğurla icra etdiyini xatırlamaq kifayətdir. Bu hadisə ölkəmizin və liderinin nüfuzunun dünya arenasında qlobal səviyyədə tanındığının ən mühüm təsdiqidir.

2019-cu ildə isə Azərbaycan yekdilliklə dünyanın ikinci ən böyük strukturu olan Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham Əliyevin sayəsində Qoşulmama Hərəkatı ikinci nəfəs qazandı, dirçəldi və qlobal strukturlardan biri olaraq yenidən əhəmiyyət qazandı. Azərbaycanın Qoşulmama Hərəkatının dirçəlməsindəki rolu o qədər yüksək qiymətləndirildi ki, təşkilat ölkəmizin sədrliyini daha bir il müddətinə uzatdı.

Dövlət başçısının siyasətinin ən mühüm istiqamətini Azərbaycan ordusunun əsaslı şəkildə modernləşdirilməsi təşkil etdi. Prezident İlham Əliyev özü ordu quruculuğunun təbii prioritet olduğunu vurğulayırdı, çünki Azərbaycan uzun illər ərzində erməni işğalçıları ilə mübarizə aparıb. Bu istiqamətdə də nəhəng yol qət edilib.

Azərbaycanın hərbi büdcəsi 2003-cü ildən etibarən 15 dəfədən çox artıb ki, bu da ölkənin Silahlı Qüvvələrinin ən müasir texnika və silahlarla təchiz olunmasına imkan verdi. Bundan başqa, ölkədə sıfırdan yeni müdafiə sənayesi yaradıldı, 20-dən çox hərbi zavod və müəssisə inşa olundu. Bu gün onlar 1200-dən çox müxtəlif növ hərbi təyinatlı məhsul buraxırlar.

Azərbaycan ordusunun hərbi potensialı, hərbçilərin peşəkarlıq səviyyəsi də əhəmiyyətli dərəcədə artıb. Hərbçilərin və onların ailələrinin təminat və sosial yardım sistemi təkmilləşdirildi, regionda qeyd-şərtsiz lider olan Azərbaycan ordusu isə dünyanın 100 ən güclü ordusu arasına daxil oldu.

Ordunun modernizasiyası ölkə başçısının əsas missiyasının - ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin - icrasında yekun mərhələ olmaqla, Prezident İlham Əliyevin adını Azərbaycan xalqının tarixinə əbədi həkk etdi. Vətən müharibəsində qələbə dövlət başçısının iqtisadi, xarici siyasət və müdafiə strategiyasının məntiqi nəticəsi oldu. Prezident İlham Əliyev sayəsində ölkəmiz postsovet dövlətləri arasında çox az ölkədəndir ki, həm bəşəriyyətə qarşı cinayətlərdə və etnik təmizləmələrdə təqsirkar olan hərbi cinayətkarları məsuliyyətə cəlb edə bilib.

Prezident İlham Əliyev azərbaycanlıların bir neçə nəslinin faciə və müsibətlərinə səbəb olmuş problemi birdəfəlik həll etdi, indi isə bu insanların və onların övladlarının arasından minlərlə insan işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura qayıdırlar. Yüzlərlə yaşayış məntəqəsinin bərpasını əhatə edən 2022-2026-cı illər üzrə "Böyük Qayıdış" dövlət proqramı qəbul olunub. Artıq onlardan 52-nin konseptual layihəsi hazırlanıb, Prezident İlham Əliyev şəxsən 29 yenidən qurulmuş şəhər və qəsəbənin təməlini qoyub. Bundan başqa, müharibə bitdikdən cəmi il yarım sonra - 19 iyul 2022-ci ildən etibatən keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıtmağa başlayıblar. Bütünlükdə bu müddət ərzində artıq 679 ailə, yəni 2700-dən çox insan doğma torpaqlarına qayıdıb. İlin sonunadək təqribən 1400 ailənin, yəni 5 mindən çox insanın qayıdacağı gözlənilir.

Qarabağ və Şərqi Zəngəzur yenidən formalaşır, xarabalıqdan yenidən doğulur. Qısa müddət ərzində Füzulidə və Zəngilanda aeroportlar inşa edildi, Laçında aeroportun inşası başa çatmaq üzrədir. Yüzlərlə kilometr yol salınıb, Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam edir. Bu yollar bölgənin iqtisadiyyatının təşkil olunması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Bundan başqa, bölgədə artıq 12 yeni elektrik stansiyası istismara verilib, digər zəruri infrastruktur bərpa olunub. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur normal həyata, inkişafa qayıdır. Artıq onların da ölkənin bütün digər əraziləri ilə birgə işıqlı, uğurlu və qələbələrlə dolu gələcəyi var.

Azərbaycan Respublikasında dövlətçiliyin beşinci dövrü ən uğurlu oldu. Yəqin ki, yalnız bizim övladlarımız Prezident İlham Əliyevin etdiklərinin tarixi miqyasını tam ölçüdə qiymətləndirə biləcəklər. Ölkəmizin tarixində dövlətin bütövlüyünü bərpa etmiş, onun uzunmüddətli inkişaf strategiyasını həyata keçirmiş, ətrafında milləti birləşdirmiş və milyonlarla soydaşını Qələbəyə doğru aparmış ikinci bu cür lider olmayıb.

Prezident İlham Əliyev ölkə lideri, tarixi miqyaslı şəxsiyyət, dünya səviyyəli siyasətçi, ölkəni işğalçılardan təmizləmiş Müzəffər Ordunun Ali Baş Komandanı, olduqca müasir Silahlı Qüvvələri formalaşdırmış, dövlətin ərazi bütövlüyünü bərpa etmiş və bütün dünyaya Azərbaycan dövlətinin gücünü göstərmiş, ölkəsinin nüfuzunu və Azərbaycan cəmiyyətinin dəyərini yüksəltmiş bir Prezidentdir.

Emin Əliyev

(Tərcümə: Rəna Əbdürəhmanova

Kamaləddin Qafarov: “Fransa normallaşma prosesinə zərbə vurur”

“MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının Bakıda keçirilməsi Azərbaycanın yerləşdiyi regionda ümumi təhlükəsizliyin təmin olunması işinə verdiyi önəmli töhfələrin yüksək qiymətləndirilməsindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 11-də Şura iclasının iştirakçıları qəbul edərkən təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu vurğuladı.”

Bunları mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib:” Daim operativ informasiya mübadiləsi aparmağın zəruriliyini qeyd edən dövlət başçımızın fikrincə, ölkələrimiz arasında sıx qarşılıqlı əlaqələr səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Cənab Prezident bir daha diqqəti üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktına yönəltdi. Məsələ bundadır ki, ölkəmizin sentyabr ayının 19-da uğurla keçirdiyi antiterror əməliyyatı, daha doğrusu bu əməliyyatın nəticələri öz təsirini sadəcə Azərbaycana göstərmədi. Ölkəmizin öz ərazisində tam suverenliyini təmin etməsilə bütün Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün yeni imkanlar yarandı.”

K.Qafarov deyib: “Azərbaycan ərazisinin təxminən iyirmi faizi otuz ilə yaxın Ermənistanın işğalı altında qaldı. Bu müddət ərzində həmin ərazilərdə etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu. Azərbaycan məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün bütün mümkün vasitələrə əl atdı. 28 il ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar aparıldı. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlara əməl olunmadı. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məsələlərə bir daha toxundu və son dərəcə dəqiq olaraq vurğuladı ki, bu münaqişənin nizama salınmaması ATƏT-də böyük dəyişiklik edilməsi zərurətini ortaya çıxardı. Birləşmiş Millətlər Təşkilatının öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilməməsi bu qurumun da birbaşa funksiyalarını icra etmək iqtidarında olmadığını deməyə əsas verir.”

Kamaləddin Qafarov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin bəzi Qərb ölkələri tərəfindən əngəlləndiyini və bunun məqsədyönlü şəkildə həyata keçirildiyini vurğulayaraq deyib: “Azərbaycan 2020-ci ilin sentyabrında başladığı və 44 günə tarixi Qələbə ilə başa vurduğu İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq torpaqlarının işğalına son qoydu. Həmin il noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanat imzalandı. Lakin rəsmi İrəvan ötən üç il ərzində Bəyannamənin bəndlərini yerinə yetirmədi. Ermənistan silahlı qüvvələrini Qarabağ ərazisindən çıxarmadı. Əksinə Laçın sərhəd buraxılış məntəqəsi qurulana qədər həmin hərbi birləşmələr üçün ölkəmizin ərazisinə külli-miqdarda döyüş silah-sursatları daşındı, minalar gətirildi, ərazi əlavə olaraq minalandı. Ermənistan ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduğunu rəsmən bəyan etsə də, bu il sentyabrın 2-də bu ölkənin baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı separatçı rejimin rəhbərlərinə təbrik məktubu göndərdi. Bundan həvəslənən “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları sentyabrın 9-da qondarma “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər. Bütün bunlar artıq sonra baş verənləri şərtləndirdi. Sentyabrın 19-da Azərbaycan öz legitim hüququndan istifadə edərək antiterror tədbirləri keçirdi. Bu o deməkdir ki, artıq Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını, ölkələrimizin, nəhayət ki, münasibətlərin normallaşdırılması istiqamətində irəliləmələrini əngəlləyən heç bir səbəb qalmayıb. Lakin hadisələrin gedişi göstərdi ki, Fransa kimi dövlətlərin timsalında belə əngəllər hələ kifayət qədərdir. Öz müstəmləkəçilik siyasətini XXI əsrdə də davam etdirən Fransa Azərbaycana qarşı hansısa uydurma ittihamlar irəli sürməklə ölkəmizə təsir etməyə çalışır. Lakin bunlar əbəs səylərdir. Prezident İlham Əliyevin dediyi kimi, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası artıq iki dəfə məhz bunu vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirinin gedişində də, ondan sonra da bütün humanitar normalara əməl olunub. Fransa isə, yaxşı olar ki, 30 il xalqımıza qarşı olmazın vəhşiliklər, vandalizm aktları və qətliamlar törədən erməniləri himayə etməkdənsə, milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduqları üçün məhv etdiyinə görə zamanı çatanda necə cavab verəcəyi barədə düşünsün” .
Qarabağda 2 nəfər minaya düşdü -

İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb.

Bizimaz.az  xəbər verir ki, onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.
fuzulinin-daha-62-sakini-dogma-yurduna-qayidir

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Bizimaz.az ” “Report”a istinadən xəbər verir ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib

 

 
b_500_300_16777215_00_https___qafqazinfo.az_uploads_1697166309_fgbb.jpeg
b_500_300_16777215_00_https___qafqazinfo.az_uploads_1697166309_hh.jpeg
b_500_300_16777215_00_https___qafqazinfo.az_uploads_1697166309_gh.jpeg
b_500_300_16777215_00_https___qafqazinfo.az_uploads_1697166309_hngh.jpeg
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov