Xəbər lenti



Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək”.



Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.



Son günlər Azərbaycan Milli Kitabxanasının guya bağlı olması barədə yalan xəbərlər düzgün deyil. azərbaycan Milli Kitabxanasından verilən məlumata görə,hal-hazırda Milli Kitabxana açıqdır və hazırda Elmi - praktik konfrans keçirilr. 21 sentyabrda Gülüstan sarayında keçiriləcək Azərbaycan Milli Kitabxanasının 100 illik yubiley tədbiri mövcud vəziyyətlə əlaqədar təxirə düşüb.
Yubiley tədbirinə Milli Kitabxananın işçiləri,hətta təqaüddə olanlar da dəvətli idilər.




Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edən dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş tədbirlərlə ifşa olunub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, həmin şəxslərdən biri Azərbaycan vətəndaşı Pərviz İsmayılovdur.

Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanı tərəfindən verilən vəsatət əsasında İsmayılov Pərviz Rövşən oğlu barəsində Cinayət Məcəlləsinin 206-1.3-cü (xüsusilə külli miqdarda xaricdən və xaricə qanunsuz pul köçürmələri) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, Pərviz İsmayılov xarici ölkə vətəndaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə müxtəlif valyutalarda xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilir.

Milyonlarla dövriyyəsi olan qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə dövlət qeydiyyatından kənar Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında dövlət təhlükəsizliyinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.

Qeyd edək ki, kölgə iqtisadiyyatının imkanlarından istifadə edən casusların və terrorçu birləşmələrin maliyyələşdirilməsi, korrupsiya cinayətlərindən əldə edilən gəlirlərin xaricə çıxarılaraq leqallaşdırılmasına qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Prezidentinin Fərmanı ilə 2022-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə 206-1-ci maddə əlavə edilib, istintaqının İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində aparılacağı müəyyən edilib.

Analoji fəaliyyətlə məşğul olan şəbəkələrə qarşı ciddi tədbirlər görüləcəyi gözlənilir.



“Prezident İlham Əliyevin 20 ildə Azərbaycan dövləti və xalqı üçün elədiklərindən artığını biz ancaq xəyallarda arzu edə bilərik. Bundan artığını heç bir prezident, heç kəs edə bilməzdi, İlham Əliyev etdi”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov TV Müsavata verdiyi müsahibəsində bildirib.

Sabiq səhiyyə naziri qeyd edib ki, siyasi dialoq çox vacib məsələdir: “Bəzi partiyalar siyasi dialoqdan qaçırlar. Hər şeyə yox deyirlər. Bizim bəzi müxalif qüvvələri - onlara radikallıqmı deyim, inadkarlıqmı deyim, bəzən heç bilmirlər İlham Əliyev nə istəyir, nə deyir. Sadəcə yox deyirlər, bəyənmirlər. Bu gün kimdən, hardan nə tapşırıq alıblarsa, birmənalı qışqırırlar ki, Azərbaycan ordusu hərəkət etməməlidir, Xankəndiyə dəymək olmaz. Bu kimin tapşırığıdır, kimin istəyidir?! Sən istəmirsən biz Xankəndini nəzarətə götürək, bu necə yanaşmadır?”

Ə.İnsanov vurğulayıb ki, kim hakimiyyətə gəlmək istəyir və düşünürsə, Prezident İlham Əliyevin gördüyü işləri qaralamaqla buna nail olacaq, yanılır: “Prezident İlham Əliyev hələ uzun müddət Azərbaycana rəhbərlik edəcək. Siz istəyirsiniz "nə istəsək edə bilərik?", bəlkə düşünürsünüz camaatın maaşı 5 min olmalıdır? Xeyr, bu gün biz müharibə vəziyyətindəyik. Müharibə bizdən böyük xərclər tələb edir”.

Müxalifətə “Qardaşlar, siz nə qədər istefa qışqıracaqsınız?”, “Yorulmadınız?”, “Bu 30 ildə nəyə lazım oldunuz?”  kimi suallar ünvanlayan HƏP sədri əlavə edib ki, bu proseslərdən çıxdıqdan sonra müxalifət olmaq olar: “Bu çətin dövrdən çıxaq, sonra hamımız müxalifət olarıq. Heç olmasa susun, Prezident İlham Əliyev işini görsün, Azərbaycanın problemləri həll olsun, mən də sizə əl qaldıracam ki, müxalifətçiliyə davam edin”.



Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, bu cür qeyri-dost xarakterli bəyanatlar səsləndirilməməlidir.

Zaxarovanın sözlərinə görə, bu cür bəyanatlar qəbulolunmazdır və zərərlidir, çünki normallaşma vəziyyətini korlayaraq, gərginləşdirə və pisləşdirə bilər.

"Bu, iki ölkənin Rusiyanın vasitəçiliyi ilə razılaşdığı hər şeyin reallaşmasına mane olacaq. Bu cür bəyanatlar tənzimləmə planının icrasına zərər yetirir", - deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan vəziyyətin tənzimlənməsinə dair bütün bəyanatların "əsassız" olduğunu bildirərək, bununla da faktiki olaraq Azərbaycanla danışıqlar prosesindən çıxdığını bəyan edib.

Bundan başqa, guya "Dağlıq Qarabağ" adı altında ərazi vahidinin mövcud olduğunu xatırlatmaqla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair özünün bütün bəyanatlarını heçə sayıb.

Bakıdan göndərilən 40 ton un yüklü karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir (FOTO)

 

 

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

Gununxeberi.az -in Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

 

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Gununxeberi.az 

Kamaləddin Qafarov: “Antimilli qüvvələrin  məğlubiyyəti labüd idi”

“32 il bundan öncə, 1991-ci il avqustun 30 –da Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənəd –“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunub. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun təsbit edilməsi idi. Eyni zamanda Ali Sovet Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar da qəbul etmişdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada SSRİ-nin dövlət və partiya rəhbərliyinə qarşı ağır ittihamlarla dolu bəyanatla çıxış etdi və bundan sonra yenidən öz xalqının yanında olmaq üçün Bakıya gəldi. Lakin bütün antimilli qüvvələr vahid koalisiya halında Ulu Öndərin respublikada hakimiyyətə gəlişini əngəlləmək üçün səylərini birləşdirdilər. Lakin bu, Ulu Öndərin ölkənin siyasi həyatında iştirakını əngəlləyə bilmədi.”

Bu sözləri tarixi Bəyannamənin əhəmiyyəti ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilmiş Naxçıvan Ali Məclisinin iclasında Ulu Öndərin təşəbbüsü ilə muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul olundu. Həmçinin analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, bütün SSRİ-nin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərlərinin də günahkar olduqlarını qeyd etdi.”

K.Qafarov Naxçıvanda həyata keçirilən demokratik tədbirlərin bütün Azərbaycana nümunə olduğunu vurğulayaraq deyib: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi. Bu təhlildə böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəbləri göstərildi, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurlar qeyd olundu və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyi vurğulandı. Xalq öz dahi liderinin çağırışını böyük ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, həmin dövrdə ağır blokada vəziyyətində olan Naxçıvanın müdafiəsi və sonrakı inkişafı da məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsindən dərhal sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu. Birmənalı olaraq demək lazımdır ki, məhz Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı” .


 bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tviter) hesabında bildirib. 

“Diplomatik korpus nümayəndələri və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükü ilə tanış olacaqlar ”, - deyə o paylaşımında qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov