Xəbər lenti



"Dünyada müsəlmanlara qarşı Qərbin səlib yürüşü davam edir. Qərb müsəlman ölkələrinə qarşı təzyiqi davam etdirir. ABŞ başda olmaqla bu ölkələri zəbt, işğal edirlər, istismara məruz qoyurlar".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Turan İrfan deyib.

Ekspert bildirib ki, bunu "demokratiya, insan haqları, Avropaya inteqrasiya" və müxtəlif adlar altında gözlətməyə çalışırlar. Müsahibimiz qeyd edib ki, Ermənistanı da Türkiyə və Azərbaycan əleyhinə davamlı olaraq təhlükə mənbəyi kimi saxlamaq istəyirlər:

“Hindistan Pakistan ilə münaqişədədir. İslam ümmətinin tərkibi olaraq bu müsəlman ölkəsinə qarşı da Hindistanı Qərb dövlətləri təhrik edir və hər vəchlə aradakı problemin həllinə imkan vermirlər. Eyni zamanda Pakistanın Azərbaycan və Türkiyə ilə sıx dostluq əlaqələri var, Pakistan hər zaman ölkəmizi dəstəkləyib. Fransa, İran, Hindistan birliyi də Türkiyə, Azərbaycan və Pakistan əleyhinə koalisuya şəklində iş aparırlar”

T.İrfan bildirib ki, Ermənistan erməni xislətinə xas olaraq sülh görüntüsü ilə ictimaiyyəti aldadaraq gizli müharibəyə hazırlaşır:

“Hindistanın müsəlman ölkəsi olan Pakistana qarşı olması Fransa ilə Hindistanın, Ermənistanın maraqlarını birləşdirir. De fakto bu gün dünyada ABŞ və Qərb dövlətləri müsəlman Şərqini istismar etmək uğrunda mübarizə aparırlar. Orta Şərqdə münaqişə ocaqları yaradıb gərgin vəziyyəti saxlamaqla müsəlman ölkələrinin inkişafına ciddi maneə yararladırlar".

Turan İrfan, siyasi şərhçi

Həmsöhbətimiz vurğulayıb ki, iqlimi pozan ölkələr COP29-da iştirakdan imtina etdi ki, bunlardan biri də Hindistandır:

"Dünyanın ən çirkli ölkəsi sayılan bu ölkə öz ərazisində ən çirkli çay sayılan Qanq çayının təmizlənməsinə vəsait ayırmaq yerinə özündən min kilometrlərlə uzaqda yerləşən Ermənistanı silahlandırır. Həmçinin Fransa kimi Qərb dövlətləri dünyada sülhə ciddi təhdid yaradırlar. Hindistanın Ermənistanı silahlandırmasına heç bir münasibət bildirməyən Avropa birliyində olan bəzi ölkələr Ermənistan ilə Azərbaycan arasındakı sülhə qarşı olmaqlarını gizli səlibçi məfkurələri ilə büruzə verirlər. Qərb Ermənistanı Türkiyə, Azərbaycan və Rusiya əleyhinə silahlandırır. Bunu bəzən özü edir, bəzən də Hindistan kimi ölkələrə imkan yaradaraq etdirir. Bunun müqabilində Azərbaycan daha çox silahlanmalıdır. Türk və müsəlman ölkələri ilə, həmçinin Pakistan ilə daha geniş və sıx əlaqələr, əsasən hərbi müttəfiqlik inkişaf etdirilməlidir. Çünki bu dəfə savaş çıxsa bu təkcə Ermənistan ilə yox, həm də erməniləri silahlandıran güclərlə olacaq. Odur ki, Ermənistanın silahlanmasının mümkün qədər qarşını alıb regionda sülhə təhdid yaratmasının qarşı alınmalıdır".

Aydın Baxış

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov