Xəbər lenti



Ukrayna Prezident Volodimir Zelenski ABŞ-nin ilk dəfə Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram kanalında videomüraciət yayımlayıb.

“Bu gün mediada çoxları müvafiq addımlar atmaq üçün icazə aldığımızdan danışır. Amma zərbələr sözlə vurulmur. Belə şeylər açıqlanmır. Raketlər öz sözünü deyəcək”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, Fransa və Böyük Britaniya da SCALP/“Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov