ABŞ-nin seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pamela Bondinin ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, o bu haqda öz “Truth” hesabında yazıb.
Tramp paylaşımında Pam Bondinin 20 il bu vəzifəni icra etdiyini və gördüyü işləri qeyd edib:
“Floridanın ilk qadın baş prokuroru kimi, onun narkotik qaçaqmalçılığı və “ağ ölüm”ün azaldılması məqsədilə çoxlu töhfələri olub.
Pamcinayətlə mübarizədə və Amerikanı yenidən təhlükəsiz edəcək. Mən onu uzun illərdir tanıyıram. Pam ağıllı və sərtdir. Baş prokuror kimi çox gözəl iş görəcək!”
Qeyd edək ki, dünən ABŞ-nin sabiq konqresmeni Mett Getz ABŞ baş prokuroru vəzifəsindən imtina etdiyini və bu vəzifə üçün namizədliyinin təsdiqi üçün mübarizə aparmayacağını açıqlayıb.