Ukrayna parlamentinin xanım deputatı sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Bizimaz.az Milli.Az -a istinadən bildirir ki, istifadəçilər İrina Allahverdiyevanı "tərif atəşinə" tutublar.
Parlamentari gözəlliyi və zövqlü geyim tərzi ilə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bəzi şəxslər isə onun bir neçə ay öncə sığorta paketləri satan satıcı olduğunu, indi isə xalqın müqəddəratını təyin edənlərdən biri olduğunu qeyd ediblər. İrina Allahverdiyevanın alış-verişə həddindən artıq pul xərclədiyi də yayılan söhbətlər arasındadır.
Qeyd edək ki, bu il Ukrayna Radasının deputatı seçilən İrinanın əri azərbaycanlıdır.