Polşanın kəndlərindən birinin rəhbərliyi oğlan uşağı olacaq valideynlərə mükafat vəd edib.
İş burasındadır ki, artıq 10 ildən çoxdur ki, bu kənddə ancaq qızlar dünyaya gəlir. Yaşlılar deyirlər ki, Meystse-Ocansk kəndində həmişə qadınlar çox olub, ancaq son illər baş verənlər isə anomaldır.
Traktorçular, yanğınsöndürənlər arasında qızlar var. Doğum evində ancaq çəhrayı konvertlərdən istifadə edilir. Bəs oğlanlar haradadır? Bu sual kənd üçün çox vacibdir. Buna görə yaşayış məntəqəsinin rəhbərliyi oğlan uşağına sahib olacaq valideynlər üçün mükafat elan edib.
Kəndin rəhbəri Raymund Frisçkonun sözlərinə görə, əgər hansısa valideynlərdə oğlan uşağı dünyaya gəlsə, onlara xüsusi üsulla mükafat təqdim ediləəck.
Kənd sakinlərinin böyük hissəsi qadınlardır. Gənc yanğınsöndürmə briqadasında cəmi səkkiz oğlan və 24 qız var. Sonuncu dəfə bu kənddə oğlan uşağı 10 il əvvəl dünyaya gəlib. Hazırda kənddə ən balaca oğlan uşağının 12 yaşı var.
Yerli sakinlər də məmurların mükafatında maraqlıdırlar. Ancaq sakinlər düşünürlər ki, müfakatın nə olacağı açıqlansa, rəqabət daha kəskin olacaq.
istinad