Azərbaycan əsilli məşhur fransız fotojurnalist Rza Deqati Xankəndi şəhərinin yeni fotolarını lentə alıb.
Bizimaz.az“Qafqazinfo”-a istinadən xəbər verir ki, şəkilləri öz sosial şəbəkə hesablarında paylaşan Deqati şəhərin tarixi ilə bağlı məlumatları da oxucuların diqqətinə çatdırıb.
“Xankəndi və yaxud “Xanın Kəndi”nin əsası 17-ci əsrin sonunda Qarabağ xanlığının və Şuşa şəhərinin banisi olan Pənah Əli Xan Cavanşir tərəfindən qoyulub. Şəhər əsas olaraq Xan və ailəsinin ailəvi olaraq toplandığı məkan kimi istifadə olunub”, - deyə fotoqraf yazıb.
Xankəndi şəhərinin yeni fotolarını təqdim edirik: