Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana yanvarın sonunda etdiyi səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn inkişafının parlaq sübutudur. Bu səfər iki ölkə arasında münasibətlərdə yeni səhifə açılıb.Macarıstana rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə kecirdiyi yuksək səviyyəli geniş tərkibdə görüş bir daha yuxarıda qeyd etdiklərimizi təsdiqləyir.
Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri,xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edildi. Macarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulanıb. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı qeyd olunub.
Ölkələrimizin ailə dəyərləri mövzusunda əməkdaşlığı barədə danışıldı, bu xüsusda beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanda və Macarıstanda ailə dəyərlərinə böyük diqqətin göstərildiyi bildirildi.
Söhbət zamanı tələbə mübadiləsinin, Macarıstan tərəfindən azərbaycanlı tələbələrə təhsil təqaüdlərinin ayrılmasının iki ölkənin gənclər sahəsində əməkdaşlığına töhfə verdiyi diqqətə çatdırıldı.
Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edilmişdir. Azərbaycan Prezidenti görüşlərində bildirib ki, bu, Azərbaycan-Macarıstan yaşılenerji sahəsində strateji tərəfdaşlığı çox böyük sərmayə və çox ciddi koordinasiya tələb edən layihədir: “Ona görə biz Bakıda keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”.
Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqları qeyd edilmişdir. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başlamışdır.Bu da onu göstərir ki,Azərbaycan regionda əsas söz sahiblərindəndir. 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanması da İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahəsində əməkdaşlıq uğurla inkişaf etdiyinindən xəbər verir. Eyni zamanda qeyd edim ki, Macarıstanın "Wizz Air" aşağıbüdcəli aviaşirkəti Bakı ilə Budapeşt arasında birbaşa reyslər həyata keçirir.
Macar şirkətləri həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər və bununla əlaqədar müvafiq layihələr təqdim ediblər. Həmçinin minaların təmizlənməsi sahəsində əməkdaşlığa da müzakirəolunur.Macarıstan həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyətin dəstəklənməsi üçün könüllü yardım qismində 25 min avro ianə edib.
Ötən ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış və Avropaya "yaşıl" enerjinin Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə tədarükünü nəzərdə tutan saziş bu geniş əməkdaşlığın daha bir sütununu təşkil edir.
Prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla görüşün yekunlarına dair mətbuat açıqlamasında da dediyi kimi, "yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək".
Sonda onu da qeyd edim ki, Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolunu qəbul edir.
Ceyhun Cahangirov
Goranboy rayon Quşcular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.