Xəbər lenti



“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin ilə paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən ərazidə növbəti ağacəkmə aksiyası həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “IDEA” könüllülərinin də iştirak etdikləri budəfəki ağacəkmə aksiyası vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmiş ərazidə təşkil olunub.

Aksiya zamanı 230 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Qeyd edək ki, vaxtilə baxımsız vəziyyətdə qalan və iki hektar ərazini əhatə edən bu sahə bir neçə ay əvvəl “IDEA” İctimai Birliyinin təşəbbüsü və könüllülərin fəal iştirakı ilə tullantılardan tamamilə təmizlənib, torpaq qatı əlavə olunaraq rekultivasiya işləri görülüb. Həmçinin aprelin 16-da Leyla Əliyevanın iştirakı ilə ərazinin bir hissəsində ilk ağacəkmə aksiyası təşkil edilib. İndi isə ağacəkmə mövsümünün başlanması ilə əlaqədar həmin sahədə növbəti ağacəkmə fəaliyyətləri davam etdirilir.

Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər, yaxud mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” “qaynar xətt”i və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olan minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb. Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub.

 

 







 
27 Sentyabr 2024 Prezident Zəfər parkında
15 İyul 2024 400-dən çox şəxs namizədliyini irəli sürüb
15 İyul 2024 Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi
27 İyun 2024 Seçkilərlə bağlı qərar verildi
27 İyun 2024 Ceyhun Bayramov Ermənistan tərəfinin məlumatını TƏSDİQLƏDİ
27 İyun 2024 Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi
20 May 2024 Güllələnən Baş nazirin son vəziyyəti açıqlandı
20 May 2024 İranda milli matəm elan olundu
17 May 2024 Fransa tərəfi üzr istəməlidir- Azərbaycan XİN
17 May 2024 İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
17 May 2024 DİN: İnsan alverinə görə 12 nəfər İnterpol xətti ilə axtarışa verilib
15 May 2024 "ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtıdır"
13 May 2024 Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
13 May 2024 “Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
13 May 2024 Bu məhkəmələrə hakimlər təyin olundu - Siyahı
10 May 2024 YAP-dan parlament seçkiləri ilə bağlı acıqlama
10 May 2024 Prezident Füzulidə açılış etdi,xanımı ilə Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
24 Aprel 2024 Şoyqunun müavini saxlanıldı
24 Aprel 2024 Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
24 Aprel 2024 Bu ölkə Ağdamda məktəb tikəcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov