Xəbər lenti



Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan Qadın və Ana adı həmişə hər yerdə uca tutulmuşdur.  Azərbaycan  qadını  hər yerdə,  hər zaman öz istedadı,  zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Mərd, cəsur, həyatın enişli-yoxuşlu çətinliklərinə sinə gəlib həyata öz sözünü demiş Azərbaycan qadınlarından biri də məhz Gülzar xanım Şəmkirlidir.

 Gülzar xanım Namazova (Şəmkirli) Şəmkir rayon Dəllər qəsəbəsində anadan olmuşdur. 1973- cü ildə Dəllər qəsəbə orta məktəbi, 1979- cu ildə Az.Pİ-ni, 1998-ci ildə Təfəkkür universitetini bitirmişdir. Hələ tələbəlik illərindən müxtəlif qəzet və jurnallarda öz şeir və məqalələrini çap etdirən Gülzar Şəmkirlinin özünə məxsus yaradıcılıq üslubu oxuculara yaxşı tanışdır. O, obyektiv, hümanist, sadə və işlək sözlərdən qələmə aldığı şeirləri və publisistik yazıları ilə yaradıcılığı dövründə böyük oxuyucu auditoriyası toplaya bilmiş özünə layiq nüfus qazanmışdır. Onun daxili aləmi, bəşəri və poeziya duyğuları ilə bizi əhatə edən aləmə laqeyd qalmamış və bütün yaradıcılığı boyu fikirlərini uzunçuluqdan kənar, oxucunu yormadan olduqca sadə və istək fikirlərdən istifadə etməklə təmiz, səlis sözlərlə, ehtiyatla davranmaq şərtilə, sözü sərrast hədəfə vurmaq məharətilə, məntiqi ardıcıllığa riayət etməklə, nəinki sadə oxucunun, hətta zəmanəmizin görkəmli yazıçı və şairlərimizin də diqqətini cəlb etmiş və buna rəğmən də onlar zaman-zaman öz ürək sözlərini səxavətlə Gülzar xanıma ərməğan etmişlər.



Gülzar Şəmkirlinin “ Elə bir məhəbbət istəyirəm ki...” (2006), “Sönməz günəşin ulduzları” (2008), “Döyüşəcəm sona qədər” (2012)  “Arayın məni” (2013), “İnsanlıq Manifesti” (2020) kitablarından sonra oxucularla beşinci görüşüdür. Gülzar Şəmkirlinin “Tale yolları” sənədli povesti zəmanəmizin tanınmış ziyalılarının təəssüratları, poetik dünyasından  nümunələrlə  aforizmləri  toplanmışdır.

Müasir dünyamızın fəlsəfəsi dəyərlərindən bəhs edən, dərgilərindən ibarət olan bu kitab da, sübut edir ki, Gülzar xanım kəsərli qələmi ilə daim döyüş meydanındadır. Cəsarətli və qeyri-adi qələm sahibi olan Gülzar xanımın cəmiyyətdə sevilməsinin bir sirri də ondadır ki, onun yazdıqları nə varsa, bütövlükdə özünü təsdiqləyir.  Gülzar xanım həm də 2000- ci ildən “Qoşa Ulduz”  jurnalını təsis etmiş və baş redaktoru kimi fəaliyyət göstərir. O, jurnalda zəmanəmizin görkəmli nümayəndələrindən, biri-birindən maraqlı və dəyərli məqalələr çap elətdirmişdir. Hazırda Gülzar xanım “44 günlük Vətən Müharibəsi Ensiklopediyası” kitabını çapa hazırlayır. Xalqımızın xoşbəxtliyi naminə çalışan Gülzar xanım həm də xoşbəxt anadır. İki oğul övladı və dörd nəvəsi vardır. Bu yaradıcılıq yolunda  Gülzar xanıma sağlıqlı bir ömür yolu,  yaradıcılıq həyatında uğurlar və bol nailiyyətlər arzulayırıq.

 

Hazırladı:  Afət İlkin

 

   
 

Azərbaycan əsgəri

 

Qalib Vətənimin qalib əsgəri,

Müzəffər ordumun şöhrət səngəri,

Başın uca olsin,uca zirvəli,

Cəsarətli,Azərbaycan əsgəri!

 

Sən güc alıb öz elindən, obandan,

İçindəki Vətən eşqi və vicdan,

Cəsarəti aldı Odlar

Yurdundan ,

Rəşadətli, Azərbaycan əsgəri!

 

Əldə silah, qəlbdə Vətən sevgisi,

Üzdə əzm,içdə qeyrət nərəsi,

Bütün bunlar mənfue düşmənin bəsi,

Mətanətli, Azərbaycan Əsgəri!

 

Döyüş meydanında öz mövqeyindən,

Geri çəkilmədin qorxub heç nədən.

Döyüşdün sonadək, Vətən oğlu sən!

Fəxarətli Azərbaycan əsgəri!

 

Bütün dünya bu döyüşə mat qalıb,

Bizi sevənlərsə şad xəbər alıb,

Nəhayət ki, ədalət zəfər çalıb,

Şərafətli Azərbaycan əsgəri!

 

Şanlı tarix yazdın öz hünərinlə,

Vətənə, Xalqına məhəbbətinlə,

Nümunəvi olan şücaətinlə,

Ali Baş Komandan gözün önündə,

Rəşadətli Azərbaycan Əsgəri,

Cəsarətli Azərbaycan Əsgəri!

 

Gülzar  Şəmkirli