“EMA” MMC 1996-cı ildə fəaliyyətə başlaması həm sosial sifariş, həm də iqtisadi zərurət idi. Belə ki, Azərbaycan Milli Məclisi Respublikada aqrar islahatın keçirilməsi haqqında qanunu yenicə qəbul etmişdi. Həmin ilin 13 avqustunda ölkə Prezidenti bu qanunun icra olunmasına dair sərəncam imzalamış, bu kampaniyanın gedişinə nəzarət məqsədilə Nazirlər Kabinetinin yanında Dövlət Komissiyası təşkil edilmişdi. Komissiyasının yaradılması, hüquq- normativ sənədlərinin işlənib hazırlanması islahatın I-ci mərhələsinin başlanğıcı oldu. 1-ci mərhələnin əməli olaraq həyata keçirilməsi isə keçmiş sovxoz və kolxozların tabeliyində olan texnikanın və torpaq sahələrinin kəndlilərə verilməsindən və yeni yaranmış kiçik kəndli təsərrüfatları arasında bölünməsindən ibarət oldu. Respublikada kənd təsərrüfatı məhsullarını istehsal edən yeni istehlakçı – Azərbaycan Fermeri yarandı.
Əlbəttə, respublikada kiçik fermer təsərrüfatlarının yaradılması, ictimai istehsal sektorundan fərdi sektora keçid ölkədə ərzaq probleminin qısa bir zamanda çox asan həll olunması kimi qəbul edilə bilməzdi. Əksinə, kənd təsərrüfatı malları istehsalının sütunu sayılan toxumçuluqda, gübrə və bitki mühafizə vasitələrilə təminatda aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün zəruri texnika (traktorlar, kombaynlar, çiləyicilər, kotanlar, toxum səpənlər, ot biçənlər və s.) təminatında çətinliklərlə üzləşdi.
Çətinliklər sırasında texnika və bitki mühafizə sahəsi ilə əlaqəli məsələlər daha qabarıq nəzərə çarpırdı, çünki ölkənin kənd təsərrüfatının texnika və bitki mühafizəsi vəsaitlərinə olan tələbatını planlı, müntəzəm və lazımi həcmdə təmin edən kənd aqrotexnika və kənd aqrokimya birliyi artıq fəaliyyət göstərmirdi. Yenisi isə yaradılmamışdı. Müasir texnika olmadan və bitki mühafizə vəsaitlərindən istifadə etmədən (gübrələr və pestisidlər) məhsuldarlığı artırmaq, nə də məhsulun keyfiyyətini yaxşılaşdırmaq mümkün deyildi.
Odur ki, ölkəyə texnikaları və bitki mühafizə vəsaitlərini idxal edən və onun satışını təşkil edən bir sabit şirkət iazım idi. Məhz bu zərurətdən “EMA” şirkətinin yaranması və fəaliyyəti mənim qabağıma qoyduğum vacib məsələlərdən biri oldu. Bu gün “EMA” şirkəti yerli fermerlər arasında yüksək reyting və populyarlığa malikdir.
Hazırda Avropanın və Amerikanın bir neçə şirkətinin Azərbaycanda rəsmi distribüteri kimi çıxış edən “EMA” MMC Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış olduğu, yerli qurumlar üçün maşın və avadanlıqların, müxtəlif növ dərman preparatlarının satınalınmasını nəzərdə tutan müqavilələrdən irəli gələn öhdəliklərinə düzgün əməl edir.
Kənd təsərrüfatı sahəsində müxtəlif xidmətlər həyata keçirən “EMA” şirkəti 2019-cu ildə öz tərəf müqabilləri ilə birgə vaxtaşırı olaraq yerlərdə fəaliyyət göstərən fermerlər üçün seminarlar keçirmişdir. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşkilatçılığı ilə “Azərtütün ASK” MMC ilə birgə Şəki, Qax, Zaqatala, Balakən rayonlarında tütünçülərlə keçirilən seminarda fermerlər tütünün keyfiyyətinin və məhsuldarlığının artırılması istiqamətində düzgün aqrotexniki xidmətlərin həyata keçirilməsi, zəruri dəstəyin və nəzarətin təşkil olunması, fermerlərin tütün tədarükü mövsümündə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, tütün bitkisi üçün səciyyəvi olan xəstəlik və ziyanvericilərlə mübarizə aparılması, tütünçülükdə geniş istifadə olunan “Royaltac” adlı məhlulun düzgün istifadə qaydaları haqqında təlimatlandırılmış və ümumilikdə bu sahədə böyük əhəmiyyət kəsb edən informasiyaların çatdırılmışdır. Seminarlar “Azərtütün ASK” MMC və Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən aparılmış, onlar tütünçülük sahəsində öz təcrübələrini yerli fermerlərlə bölüşmüşlər.
Yayda cənub bölgəsində sitrus meyvə bitkilərinin və çəltik (düyü) bitkisinin düzgün yetişdirilməsinə dair tarla seminarı da əhəmiyyətli oldu. Aran rayonlarında pambıqçılarla keçirilmiş görüşlərdə fermerlərə pambıq bitkisinin aqrotexniki qaydada becərilməsi, kimyəvi preparatlardan düzgün istifadəyə dair məsləhətlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin, “Azərpambıq” MMC-nin, Türkiyənin meyvəçilik və bitkiçilik sahələri üzrə ixtisaslaşmış “Hektaş” şirkətinin nümayəndələrinin, pambıqçılıqla məşğul olan fermerlərin iştirak etdikləri həmin seminarlarda pambığın becərilməsi zamanı texniki təhlükəsizlik tədbirlərinə riayət olunması, xəstəlik və ziyanvericilərə qarşı aparılan mübarizə tədbirləri barədə fermerlər məlumatlandırılıb, sanitar-gigiyenik normalardan bəhs edilib.
2019-cu il may ayının ortalarında Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisində " EMA" şirkətinin "Əkinçinin dostu!" şüarı altında təqdim etdiyi məhsulları böyük maraqla qarşılandı..
Bəzən bitkilərin məhsuldarlığı və kefiyyəti arzuolunan səviyyədə olmayanda bunu kimyəvi dərmanların kefiyyətinin aşağı olması ilə əlaqələndirirlər. “EMA” MMC-nin prezidenti Əbdülhüseyn Abdullayev isə hesab edir ki, bitkilər arasında xəstəliklərin yayılması aqrotexniki qulluğun düzgün aparılmaması ilə bağlıdır, hər bir halda fermerlər mütəxxəsislərdən məsləhət almalıdır.
Təcrübəli mütəxəssis, bacarıqlı iş adamı Əbdülhüsen Abdullayevə və onun rəhbərlik etdiyi “EMA” şirkətinə yeni 2020-ci ildə də uğurlar arzulayırıq. İnanırıq ki, bu kollektiv Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdikləri köməkliklə ölkə əhalisinin rifah səviyyəsinin mühüm göstəricisi olan ərzaq bolluğunun yaradılması işinə sanballı töhfələr verəcək.
Ema şirkəti Dezinfeksiya, Deratizasiya və Fumiqasiya (DDF) sahələrində mütəxəssisləşən şirkətdir. İqtisadiyyatın bu sahəsində üzərimizə düşən işin vacibliyini yaxşı anlayaraq çalışırıq, ki iqtisadiyyatın bütün sahələrində, ictimayi, yeyinti, istehsalat, ticarət və turizm kimi yerlərin gigiyenik və sağlam mühitini təmin edək.
Bu baxımdan şirkətimiz tərəfdən göstərilən bütün xidmətdə lazım olan bilik və yüksək keyfiyyətli məhsulların istifadəsi olunur. Göstərdiyimiz xidmət ərzində bütün fəaliyyətimiz Beynalxalq DDF standartlarına uyğundur.
Xidmətlərimizdə istifadə etdiyimiz preparatların istehsalçıları dünyanın ən tanınmış və irəlidə gedən istehsalçılarıdır. Onlarla birbaşa və uzunmüddətli əlaqələrimiz sahəsində hər bir müasir preparatın və texnikanın istifadəsini həyata keçirərək partnyorlarımızdan həm xidmət, həm qiymət baxımından irəlidə gedirik. Biz fəxr edirik ki, dünyada ən görkəmli şirkətlər bizi həmişəlik bu sahədə partnyor olaraq seçmişlər.
Bizim broshurlardakı təqdimatda heç olmasa bir neçə dəqiqə ərzində, az da olsa sizin partnyorunuzun ilkin olaraq qısa məlumatını çatdırırıq.
Biz çox yaxşı bilirik ki, broşurlarda verdiyimiz qısa informasiya bizim sizinlə üz üzə danışığımızı əvəz edə biləməz, o baxımdan böyük sevinclə sizinlə görüşməyə hazırıq.
EMA şirkətlər birliyi öz fəaliyyətini 1997-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 29869 saylı şəhadətnaməsi ilə qeydiyyata alınmışdır. Şirkətin dezinfeksiya, deritisasiya və fumiqasiya xidməti 2000-ci ildən Səhiyyə Nazirliyi tərəfindən verilən 0148 nömrəli 03.06.2000-ci il , 01170 nömrəli 30.0 .2004 cü il və 026045 nömrəli 03.12.2009-cu il tarixli lisenziyaları əsasında fəaliyyət göstərir.
EMA Şirkətlər Birliyi olaraq həyata keçirdiyimiz kimyavi mübarizə xidmətlərində WHO (Beynəlxalq Səhiyyə Təşkilatı) tərəfindən qəbul olunmuş, müasir tələblərə cavab verən texnologiyalardan və ekoloji cəhətdən zərərsiz, yüksək təsiretmə qabiliyyətinə malik aktiv maddələrdən istifadə edirik.
EMA ŞB əsas prinsipi: xidmət zamanı istifadə lunan preparatları düzgün seçmək, onları zamanında düzgün üsul və texnika ilə tətbiq etmək, dezinfektorların bilik və iş təcrübələrini əsas götürməkdir.
Bizim təcrübəmiz, keyfiyyətimiz, idrəçiliyimiz və daimi təkmilləşməyimiz bizə Azərbaycan Respublikasının Dezinfeksiya, Deratizasiya və Fumiqasiya sahələrində lider olaraq qalmamızın səbəbidir.
Biz müştərilərimizin istəklərini öhdələmək üçün bu sahənin geniş imkanlarını həyata keçiririk. Bütün istifadə edilən preparatlar hamısı yüksək səviyyədə AR-nın KT-tı Nazirliyi tərəfindən sertifikatlaşdırılmışdır.
Əbdülhüseyn Abdullayev
EMA ŞB-in
Dezinfeksiya, Deratizasiya və Fumiqasiya servisinin xidməti göstərdiyi obyektlər
European Tabacco B.T. Mərkəzi
Avropa Otel Qafqaz Resort Otel
Buta Plaza İSR Plaza
Azercell Mc.Donald restoranları
Krown Otel Empire Otel
Sultan restoranı Qlobal T.M
Qoşa qala restoranı Ləzzət şirniyyat evi
C.S.S. catering Oskar restoranı
SAİPEM 5 qazan restoranı
BP Aristokrat restoranı
Dublin restoranı Yenilik ASC
Mesa restoranı Şəms K
Təbəssüm restoranı Fayton restoranı
Bakı və Bakı ətrafı bağ-bağçalar, həyət yanı sahələr
Xidmət sisteminin fəaliyyət istiqamətləri
- Dezinfeksiya-mikrob və virus əleyhinə mübarizə
- Dezinfeksiya-həşəratlar əleyhinə mübarizə
- Dezinfeksiya-gəmiricilər əleyhinə mübarizə
- Fumiqasiya-qaz üsulu ilə həşərat və gəmiricilər əleyhinə mübarizə
- İlan əleyhinə mübarizə
- Alaq otlarına qarşı mübarizə
- Bitkilərdə olan xəstəliklər və ziyanvericilər əleyhinə mübarizə
Mübarizə tədbirləri
- Sahə haqqinda ümumi məlumat
- Sahənin infrastrukturunun və fəaliyyət planının öyrənilməsi
- Yarana biləcək və olan ziyanvericilərin təyin olunması
- Təyin olunmuş ziyanvericiyə görə uyğun preparation seçimi
- Sahəyə və seçilmiş preparata uyğun texnikanın seçimi
- Mübarizə aparılan sahəyə xəbərdar edici lentin çəkilməsi və lövhələrin qoyulması
- Mübarizədən sonrs sahəyə təkrar baxış
- Mübarizə zamanı istifadə olunan preparatların sertifikatlarının əlaqədar şəxsə verilməsi
EMA ŞB-yi DDF servisində istifadə edilən preparatlar
Storm - Almaniya BASF
Tədbiq sahəsi - anbarlar, bunkerlər, istixanalar, kommunal sahələri, əkin sahələri və bağ-bağçalardır.
Üstünlükləri:
- İstifadəyə hazır
- Təsir uzun müddətli
- Kirlənmir, nəm çəkmir
- Gəmiricilər üçün cəzb edici
- Dada malik
- Bütün növ gəmiricilər üçün tədbiq olunur
- İstifadədə təhlükəsizdir
Famarin - Türkiyə HEKTAŞ
- Famarin - toz halındadır
- Famarin - siçanların gəzdiyi yerlərə, yuva ağızlarına səpilir və siçanların ayaq və tüklərinə yapışır
- Təsiri siçan tərəfindən yeyilib yeyilməməsindən asılı deyil.Siçan davamlı olaraq təmizlik baxımından ayaq və tüklərini yalayır və toz yalama yolu ilə orqanizmə keçir. Famarin qana keçdikdə qanda laxtalanma azalır və daxili qanaxma baş verir. Bu cer ölüm tədricən olduğu üçün siçanlar açığa çıxır və ölü siçanları tapıb atmaq asanlaşır.Bu səbəbdən Famarindən istifadə zamanı gizli və əl çatmayan yerdə siçan ölüsünün çürüyüb pis iy verməsi mümkün deyil.
Ecoreks - Alfa SE
- Tədbiq sahələri - parklar, uşaq oyun yerləri, baxçalar, məktəblər
- Restoranlar, otellər, bir sözlə bütün yaşayış. Istehsal və iaşə sahələrində tədbiq olunur.
Üstünlükləri
- Ağcaqanad, milçək, tarakan, bit, birə, gənə, əqrəb.
- Bir sözlə bütün yeriyən və uçan həşəratlara qarşı tədbiq olunur.
- 2 aydan 4 aya qədər davamlı qalıcı qalır.
- Aşağı dozada yüksək nəticələr əldə edilir.
Serpa - GEL
- Tarakanla mübarizədə müəyyən yerlərə çiləyici ilə intektisid çiləmək mümkün olmur. Buna misal açıq elektrik xətlərini göstərmək olar. Ümumiyyətlə Serpa Gel bütün bağlı sahələrdə istifadə olunur (mətbəx, hamam).
Üstünlükləri:
- Istifadəsi asan və rahatdır
- Maksimum təsirli
- Zəncirvari təsir ( ölü həşəratlar digər həşəratlar üçün belə yemdir, bu səbədən 5 gün ərzində nəticə əldə etmək olar)
Aqualner
- Aqualner Amerika Ətraf Mühitin Qorunması Təşkilatı tərəfindən təsdiqlənmiş, yüksək texnologiyaya malik, təbii solvent (portağal iyi) açıq sahə insektisididir. Baryer təsiri milçəklərə 100%, ağcaqanadlara qarşı 99% təsirlidir.
Brodi Mumblok - gəmiricilərə qarşı
- Gəmiricilərin əsas məskəni zibillik, boş sahələr və kanalizasiyalardır. Şəhər içində gəmiricilərə qarşı mübarizənin 1-ci mərhələsi kanalizasiyalardan başlanmalıdır. Bunlar üçün ən uyğunu
Brodi Mumblokdur. Nəm çəkmir və 3-4 ərzində tam nəticə görünür.
Deltamix T - EC
- Tərkibi deltametrin.
- Bütün növ həşəratlara təsirlidir.
- Az iyli
Zaur Vəliyev