Uzunluğu 826 metrdən çox olan dəmir yolu xətti Bakını Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhəri ilə birləşdirəcək. Azərbaycan bu dəmir yolu vasitəsilə beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. BTQ dəmir yolu xətti ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq.
Ümumilikdə, bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.
