Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində qətiyyətlə və əzmlə apardığı inqilabi islahatlar 1,5 milyon nəfərdən çox üzvü olan həmkarlar ittifaqları tərəfindən də fəal surətdə dəstəklənir.

Çünki həyata keçirilən genişmiqyaslı islahatlar, layiqli əməyin strategiyasının realizə edilməsinə yönəlmiş tədbirlər zəhmətkeşlərin rifah halının yüksəldilməsinin şərtlərindən biridir. Dövlət proqramlarının, eləcə də “2016-2020-ci illər üçün layiqli əməyə görə Ölkə proqramı”nın realizə edilməsində özünün Konsepsiyasına malik olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da maraq dairəsinə daxil olan sosial sahədə Azərbaycan dövlətinin atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə bir çox ölkələrdən irəlidədir. Hər bir vətəndaş aydın şəkildə hiss edir ki, dövlət onun yanındadır və sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

Bildiyimiz kimi, dövlətimizin başçısının uğurla həyata keçirdiyi islahatlarda kadr siyasətində gənclərə üstünlük verilməsi prioritet təşkil edir. Bu məsələyə AHİK də çox həssas yanaşır.  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev hələ bu il martın 1-də "Gənclərin məşğulluğu: İşəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışında gəncləri kənd yerlərində çalışmaya həvəsləndirən imtiyazlar sisteminin daha da təkmilləşdirilməsinin, həyat səviyyəsi yüksəldilməsinin, həmçinin ordudan təxris olunan gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarətin gücləndirilməsinin, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmağın vacibliini vurğulamışdır.  AHİK sədri qeyd etmişdir ki, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta sistemini formalaşdırmaq və tədbiqini həyata keçirmək vacibdir. Yeri gəlmişkən, 2030-cu ilədək əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 15 faizə endirmək və 2025-ci ilədək bütün əhali qrupları, xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq nəzərdə tutulur.

Bundan başqa, AHİK indiyə qədər minlərlə tələbə gəncə təqaüd verib. Təqaüd verilən tələbələr yerlərdə seçilib bizə təqdim edilir. Yəni ali məktəblərə məktub ünvanlanır, orada həmkarlar ittifaqı təşkilatı ilə birgə əlaçı, fəal tələbələr seçilir, bizə göndərilir, komissiyada baxılır və təsdiq etdikdən sonra təqaüdlər verilir.

AHİK ilboyu aztəminatlı vətəndaşlara bayramlarda maddi yardımlar göstərmək ənənəsinə sadiq qalmışdır. AHİK sədri Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində Qarabağ müharibəsi veteranları və əlillər ilə görüşündə Qarabağ müharibəsi veteranlarının və əlillərin hər zaman AHİK-in diqqət mərkəzində olduğunu deyib, problemlərinin həllinə xüsusi həssaslıqla yanaşıldığını, istirahət və müalicələrinin təşkili istiqamətində atılan addımları da diqqətə çatdırıb. Görüşdə iştirak edənlər ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər.

2019-cu ildə həmkarlar ittifaqı təşkilatları daha da inkişaf edib, say tərkibi artıb. Bir çox sahələrdə iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına nail olunub. Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki sanatoriya və istirahət mərkəzlərinin əksəriyyətinin ziyanla işləməsinə baxmayaraq, Konfederasiya maddi durumu aşağı olan insanların istirahətə getmək imkanının məhdudlaşmaması üçün qiymətləri qaldırmamışdır. Sağlamlıq müəssisələrində çalışan işçilərin maaşlarının artırılması məsələsi də diqqətdə saxlanılmışdır.

2019-cu ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də xidmətində olan təhsil müəssisələrində işəgötürənlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsinə, Kollektiv Saziş və kollektiv müqavilələrin yerinə yetirilməsində üzv təşkilatların fəaliyyətlərinə xüsusi diqqət yetirib. Nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılması üçün  ATİAHİ-nin xidmətində olan həmkarlar ittifaqı komitələrinə, ilk təşkilatların sədrlərinə əməli köməklik göstərilib və müvafiq tövsiyələr verilib.

2019-cu ilin iyul ayında AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev BMT Beynəlxalq Mükafat Komitəsi tərəfindən “Elm və Sülh Səfiri” Beynəlxalq Fəxri adına layiq görülüb.

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, professor Səttar Möhbalıyev Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Mükafat Komitəsinin (Cenevrə, İsveçrə) qərarı ilə görkəmli mütəfəkkir Qotfrid Vilhelm Leybnis Medalı ilə təltif edilib və o, “Elm və Sülh Səfiri” Beynəlxalq Fəxri adına layiq görülüb.
Səttar Möhbalıyev Medala və Fəxri ada Azərbaycan Respublikasının inkişafındakı böyük xidmətlərinə görə layiq görülüb.

Başa çatan 2019-cu ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq əlaqələri də yüksək səviyyədə inkişaf edib. Bizim həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri xaricdə çoxsaylı beynəlxalq seminar, konfrans və uzunmüddətli kurslarda iştirak ediblər. Dekabrın 15-də Belçikanın paytaxtı Brüsseldə keçirilən Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyasında PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti haqqında Hesabat və 2020-2023-cü illər üçün Siyasi sənəd müzakirə edilib. Qeyd olunub ki, hesabat dövründə AHİK-in nümayəndələri PARŞ-ın 33 tədbirində iştirak ediblər.

Baş Assambleyada AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni müddətə qurumun vitse-prezidenti seçilib. Rəhbər orqanların seçkisində Azərbaycanın öz mövqeyini bir daha qorumasını, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsinin növbəti müddətə vitse-prezident seçilməsini cənab Səttar Möhbalıyev təkcə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin nəticəsi olaraq deyil, həm də Prezident İlham Əliyevin çox uğurlu xarici siyasətinin nəticəsi kimi dəyərləndirmişdir.

Sonda bir məsələni də qeyd edək ki, indi mediada Səttar Mehbalıyevin yeni formalaşacaq Milli Məclisdə yer alıb-almayacağı ilə bağlı müxtəlif mülahizələr gözə sataşır. Onu deyə bilərik ki, çox hörmətli Səttar müəllim onsuz da 1,5 milyon Azərbaycan vətəndaşının, yəni, millətin 15 faizinin vəkilidir.

Zaur Vəliyev

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov