Xəbər lenti


Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs,yürütdüyü siyasət ölkə iqtisadiyyatının inkişafı,əhalinin firavan yaşayışı, ölkədə reallaşan layihələrın əsas amili Azərbaycan vətəndaşının uğurlu sabahına hesablanıb.

 


Aylıq əmək haqqının yüksəldilməsi,sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli, şəhid ailələri,Qarabağ qaziləri, hərbiçilər,jurnlaistlər,idmançılar, incəsənət və ədəbiyyat xadimlərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün verilən evlər prezident İlham Əliyevin Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının əsas göstəricisidir.2019-cu ildə imzalanan fərmanlar , əmr və sərəncamlar ölkə iqtisadiyyatının,neft sənayesinin əsaslı inkişafına dəstəkdir.

Prezident İlham Əliyev 2019-ci il yanvar ayında imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərmanı Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması naminə cənab prezidentin irəli sürdüyü siyasəti və gördüyü işləri biz gənclər görür ,diqqətdə saxlayır, təqdirəlayiq hesab edirik.

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il Soçidəki “Valday” forumundakı çıxışında söylədiyi " Qarabağ Azərbaycanındır və nida" Azərbaycanda eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan gənclərin günü bügün də əsas şüarlarından biridir.

Gənclərə həmişə diqqət və qayğı ayıran ölkə başçısı İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında söylədiyi nitq gənclərə stimul verir.Cənab prezident qeyd etmişdi ki, mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır. Əlbəttə, indi bizim dövrümüzdə də pozuntular, çatışmamazlıqlar var. Amma məsələ ondadır ki, biz bunlarla necə mübarizə aparırıq. Mən bir daha demək istəyirəm ki, biz bu mübarizədə təkcə inzibati, yaxud da ki, cəza tədbirləri ilə məqsədə müvəffəq ola bilmərik. Bütün bu tədbirlərlə yanaşı, institusional, sistem xarakterli islahatlar aparılmalıdır. İslahatların yeni dövrü keçən il prezident seçkilərindən sonra başlamışdır. Mən andiçmə mərasimindəki çıxışımda bizim əsas strateji inkişaf parametrlərini xalqın diqqətinə çatdırdım və hazırda biz ardıcıllıqla bu yolla gedirik. Baxın, Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunubdur. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır.

Cənab prezidentin gənclərə stimul verən çıxışı bu günlərdə respublikamızda keçiriləcək deputat seçkilərində böyük ümid və inam yaradıb.

Seçkilərdə iştirak etmək üçün Bakıda və respublikanın müxtəlif bölgələrində namizədliyini irəli sürmüş yüzlərlə gənclərimiz var. Özünə , təhsilinə, peşə və karyerasına güvənən gənclər parlamentə gedən yolun astanasında öz seçicilərilə görüşür,onların qayğı və problemlərini dinləyir.

Bu cür gənclərdən biri də 33 saylı Xətai rayonu 1 saylı Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Ramiz oğlu Tağıyevdir. Anar Tağıyev 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Orta təhsilini Xətai rayonunun 29 nömrəli məktəbində almıq Aqil Tağıyev Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Tikinti və iqtisadi idarəetmə fakültəsində ali ixtisasa yiyələnmişdir.

Hazırda sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan A.Tağıyev deputatlığa namizədliyinin məqsədi və öz qarşısına qoyduğu vəzifələri, həyata keçirməkdir.



Deputatlığa namizəd Aqil Tağıyev kimdir ?-TANIYAQ FOTOLAR
Deputatlığa namizəd Aqil Tağıyev kimdir ?-TANIYAQ FOTOLAR
Deputatlığa namizəd Aqil Tağıyev kimdir ?-TANIYAQ FOTOLAR
Deputatlığa namizəd Aqil Tağıyev kimdir ?-TANIYAQ FOTOLAR
Deputatlığa namizəd Aqil Tağıyev kimdir ?-TANIYAQ FOTOLAR
Deputatlığa namizəd Aqil Tağıyev kimdir ?-TANIYAQ FOTOLAR
Deputatlığa namizəd Aqil Tağıyev kimdir ?-TANIYAQ FOTOLAR
Deputatlığa namizəd Aqil Tağıyev kimdir ?-TANIYAQ FOTOLAR

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov