Xəbər lenti


Rayonun ən böyük kəndi olan Dağkəsəmənin camaatı uzun illərdi ki, RİH-nin inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov və bələdiyyə sədri Ariz Bayramovdan mütəmadi olaraq  şikayətçi olmalarına baxmayaraq, başbilənlər nədənsə bu iki şəxs haqqında tədbir görmürlər. Görünür ki, həmin şəxslərlə Ağstafa Rayon İcra Hakimiyyətində onları müdafiə edənlərlə aralarında üstüörtlü nəsə vardır. Bu da hamıya məlumdur. Sadəcə kənd camaatı öz abırından utanır.

 

  Aldığımız məlumata görə, rayona yeni təyin olunmuş icra başçısı Nizaməddin Quliyev bu günlərdə kənddə abadlıq-quruculuq işlərinə start verdiyi dönəmdə kəndin bu rəhbər şəxslərinə sözünü deyib. Lakin hələ ki nəticə yoxdur.

  Budur, hər iki şəxs, yəni kəndin icra nümayəndəsi Fazil Bayramov və bələdiyyə sədri Ariz Bayramov son nəticədə icra başçısı Nizaməddin Quliyevi də aldadaraq, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Məmmədov Eldəniz Sübut oğlunun adına əbədiləşdirilmiş bulağı da təhqior etməli oldular. Belə ki, kəndə tez-tez baş çəkən, əhalinin problemləri ilə yerində maraqlanan icra başçısı Nizaməddin Quliyev Eldəniz Məmmədovun adına verilmiş bulaqdan su gəlmədiyi üçün göstəriş verib ki, təcili olaraq bura gələn suyu bərpa edin. Kəndin uzn illərdi ki, “qoçuları” hesab edilən icra nümayəndəsi və bələdiyyə sədri gecə plan cızaraq, su xəttini bərpa etmək əvəzinə, yaxınlıqdan keçən arx suyundan şəhid bulağına su xətti çəkirlər. Yəni, icar başçısı görsün ki, bulaqdan artıq su gəlir. Bu da hər iki kənd nümayəndəsniun axırıncı fırıladağı...  Məsələ burasındadır ki, həmin bulaqla kəndin tam orta məktəbi arasında cəmi 50 metr məsafə var. Susuzlayan məktəb şagirdləri yalnız bu bulaqdan su içməyə başlayıblar. ...Uşaqdılar, onlar haradan bilsinlər ki, şəhid bulağından saf su deyil, arx suyuy gəlir. Bu da birbaşa şagirdlərin tezliklə infeksion xəstəliklərə düçar olması deməkdir.

 

  Bu qədər kəndi yeyib-dağıtmalarına baxmayaraq, bələdiyyə sədri Ariz Bayramov yenidən növbəti bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini verib. O da məlumdur ki, Ariz Bayramov icra hakimiyyətindən bələdiyyə olamsı haqqında “dabro” sunu da alıb. İşdi seçilsə, yəqin ki, kənd camaatı eşitdiklərinin təsdiqinə əmin olacaq.

 Bələdiyyə sədri Ariz Bayramovla icra nümayəndəsi  Fazil  Bayramov əmi uşaüğıdırlar. İcta nümayəndəsi üstəlik hələ bir dəfə də kənddə həmin vəzifədə  işləyib, lakin işində yol verdiyi nöqasnlara görə işindən azad edilib. Sonradan “qayıdış” edilərək yenidən icra nümayəndəsi təyin olunub.
 O da məlumdur ki, hər iki əmiuşağı işlədiyi müddət ərzində çox şeylərə sahib olublar. Onların öz dədə yurdlarından əlavə, Bakıda evləri, kənddə torpaq sahələri, Ağstafanın təzə məhəllə deyilən yerində əlavə mülkləri, iki-iki minik avtomobilləri və sairələri vardır. Dövlətin əmlakını talan edən bu şəxslərin, siz deyin gözünə şəhid bulağı görünər, yoxsa görünməz?

 
Cənab Prezident İlham Əliyev həmişə öz çıxışlarında belə insanlara, acgöz məmurlara qarşı mübarizə apardığı halda, Ağsafanın icra başçısı Nizaməddin Quliyevin hər iki şəxsə son sözünü deməkdə ləngiməsi sual doğurur...

Zaur Vəliyev
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov