Soyuq aylarda külək, şaxta, rütubətli hava və yağıntılar öz gözəlliyinə biganə qalmayan xanımlar üçün arzuolunmaz hallar yaradır. Həmin havada üz və əl dərisi, göz ətrafı, dodaqlar quruyaraq kobudlaşır, saçlar öz təravətini və canlılığını itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektrikləşmiş saçlarla assosiasiya olunur.