Təyyarə qəzası zamanı sərnişinlər əgər salonda konkret yer seçərlərsə xəsarət almaq riskini azalda bilərlər.
Ekspertlər ən təhlükəsiz hissənin təyyarənin quyruğundakı yerləri hesab edirlər.
Araşdırmalara görə ən yüksək ölüm göstəricisi – 39 faiz – təyyarənin ortasında qeydə alınır. Bundan bir faiz az göstərici hava gəmisinin qabaq hissəsində alınıb. Ən az xəsarət alma ehtimalı (32 faiz) isə təyyarənin quyruq hissəsindədir.
Bundan əlavə, “Aviation Safety Network” portalının 65 hava qəzası ilə bağlı apardığı təhlil təyyarənin arxasında daha yüksək təhlükəsizlik səviyyəsindən xəbər verir. Bu təhlilin nəticəsinə görə, həmin hissədəki oturacaqlardakı sərnişinlərin hadisələrin yarıdan çoxunda sağ qalmaq dərəcəsi 28 faizdir. (Lent.az)