Peyğəmbərimizin(s) adı olan Məhəmməd namı bütün dünyada çox məşhurdur.
Bizimaz.az: Moderator.az xəbər verir ki, “İndependent” nəşrinin yazdığına görə, hazırda planetdə 150 milyon oğlan uşağı və kişi Məhəmməd adını daşıyır.
İndi dünyada populyar olan bu ad, nəhayət, ABŞ-da da uşaqlar arasında ən çox yayılmış adlardan birinə çevrilib. “BabyCenter” valideyn saytı yazır ki, İslam Peyğəmbərinin(s) adı oğlanlar üçün ən populyar 10 ad arasında qiymətləndirilib.
ABŞ-da Məhəmməd adının populyarlığı 2013-cü ildə ilk 100-lüyə daxil olandan bəri davamlı olaraq böyüyür, lakin 2020-ci ilədək ilk 10-luğa düşməyib. Bu gün isə artıq Məhəmməd ilk onluqda olan müsəlman mənşəli yeganə ad deyil. Qadın adları arasında "səmavi", "uca" mənasını verən Aliya adı da fəxri onuncu yeri tutub.
Daha öncə saytımızda bildirildiyi kimi, Məhəmməd adı ötən il Norveçin Oslo şəhərindəki ən populyar kişi adları siyahısına başçılıq edib.