Xəbər lenti



Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
 
Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
 
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.
  
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
 
Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi.
 
Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir. Gənc nəslin fəaliyyətinin ana xətlərindən biri də könüllülük hərəkatı ilə bağlıdır.
 
Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli, Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclər Fondunun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır. Gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış imkanlardan tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək istiqamətində qurulub. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) sayca 51-ci nümayəndəliyi Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. 
 
Ölkəmizin gələcək sosial-iqtisadi tərəqqisində mühüm rol oynayan təhsil sisteminin inkişafı, yüksək intellektə malik gənc kadrların yetişdirilməsi Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Gənclər siyasətinin uğurla reallaşdırılmasında Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən səmərəli layihələr həmçinin, gənclərin mənəvi-intellektual və yaradıcı potensialının möhkəmləndirilməsinə xidmət edir.
 
Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, sosial həyatın bütün sferalarında onlar çoxluq təşkil edirlər. Təbii ki, bu, gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyulan vəzifənin reallaşmasının göstəricisidir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. 
 
Naftalan şəhər sakini Fuad Əliyev


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayında Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda kecirilən tədbirlərə qatılıb. Qeyd edək ki,bu il Davos Forumunda rekord sayda - 130 ölkədən 2 700-ə qədər nümayəndə iştirak edirdi. 50-dən çox ölkənin dövlət və hökumət başçısı, yüzlərlə şirkətlərin rəsmiləri ikitərəfli əlaqələr qurmaq üçün Davos Forumunda iştirak edirlər.

İkitərəfli əlaqələr getdikcə genişlənir

Azərbaycan Prezidenti İlham Əliyev 17-ci dəfədir ki, bu Forumda iştirak edir. Bu iştirakla Azərbaycan özünün həm inkişafının təqdimatını keçirir, həm beynəlxalq və regional məsələlərin müzakirəsində iştirak edir, eyni zamanda ikitərəfli əlaqələr də qurmağa çalışır. Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun saytında Azərbaycan Prezidenti İlham Əliyevin kecirdiyi görüşlərlə bağlı xəbərləri,iştirak etdiyi plenar iclaslarla bağlı məlumatları gördükdə fikirləşirdim ki, ölkəmizin gələcəyi ücün cox vacib addımlar atılır. Prezident İlham Əliyev hər il Davos Forumunda iştirak etməklə  Azərbaycanın uğurlarını dünyaya çatdırır. Bununla da, biz ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə təqdimatının şahidi oluruq. Cənab Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. 

İqtisadi tendensiyalar daima müzakirə olunur

Beləki, Dünya İqtisadi Forumu qlobal iqtisadi prosesləri, gündəmi və sosial-siyasi prosesləri müzakirə etmək üçün siyasətçiləri, iş adamlarını və ictimai təşkilatları bir araya gətirən ən böyük platformalardan biridir.

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında uğurlu əməkdaşlığın aparıldığını və bu əməkdaşlığın hər iki tərəfdən böyük önəm verildiyini qeyd etmək lazımdır. Forumda dünya iqtisadi tendensiyaları haqqındakı ətraflı məlumatlara geniş çıxış imkanı verir.

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Yeni enerji reallığının istiqamətləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada iştirak yuxarıda qeyd etdiyim kimi  ölkəmiz ücün böyük  əhəmiyyət kəsb edir.

Prezident  İlham Əliyev bu tədbirlərdə sadəcə çıxışlar etmədi, həmçinin iqtisadiyyatımızın daha da inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması üçün beynəlxalq  korporasiyaların rəhbərləri ilə görüşlər keçirərək onlara ölkəmizə dəvət edib uğurlara birgə imza atmaq ücün mesajlar verdi. Bu  görüşlər ölkədə sənayeləşmə prosesinə təsir göstərə biləcək bir addımlardır ki, nəticə etibarilə iqtisadiyyatımızın şaxələndirilməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev Forum çərçivəsində dövlət və hökumət başçıları ilə kecirdiyi  görüşlərdə də qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunurdu.

Dünyada yeni enerji reallığı yaranır

Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkələr bu  təbii sərvətdən necə istifadə edir? Bu mövzuda biz cənab Prezidentin Forumda   mükəmməl çıxışlarıının şahidi olduq. Davos Forumu timsalında Azərbaycan ona görə güclüdür ki, ölkəmiz bölgəsəl düzəni dəyişən transmilli layihələrə müəlliflik edir. Orta Asiya, Xəzər regionunda reallaşan layihələrdə Azərbaycan aparıcı rol oynayır. Bütövlükdə, Davos İqtisadi Forumu  Azərbaycanın iqtisadi-siyasi maraqları baxımından çox böyük imkanlar açır. 

Yeni dəhliz,yeni fikir

Qeyd edək ki,Orta Dəhliz layihəsi, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri arasında daha da sıx əməkdaşlıq imkanları, Avropa bazarlarına təbii qaz ixracı həcminin artırılması perspektivləri və Avropa ictimaiyyətini maraqlandıran bir çox digər vacib məsələlər son dövrlərdə cənab Prezident İlham Əliyevin istər Avropa, istərsə də Orta Asiya ölkələrinə etdiyi çoxsaylı səfərlər də əməkdaşlıq əlaqələrinin şaxələnməsinə xidmət edir. Məhz bu baxımdan da Azərbaycanın iştirakçısı olduğu bütün digər beynəlxalq layihələr kimi, Orta Dəhliz layihəsinə də mühüm töhfələr verdiyini əminliklə demək olar.

Biz cənab Prezidentin hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin,  ictimaiyyətinin diqqətinə çatdırdığının şahidi olduq.Və inanırıq ki,cənab Prezidentimizin bütün səfərləri kimi Davos Forumundakı son iştirakı da ölkəmiz ücün xüsusi əhəmiyyəti olacaqdır.

Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.

 

Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə  regionda  dəstək verən ilk ölkə olub”“Hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər möhkəm platforma formalaşıb. Ölkə Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsinin gedişində dövlətmizin başçısına ünvanlanan suallar bunu deməyə əsas verir ki, dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin Azərbaycana, ölkəmizdə gedən proseslərə marağı kifayət qədər böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycanla Çinin bir-birinə etibar edən dost və tərəfdaş ölkələr olduğunu nümayiş etdirir. Önəmli məqamlardan biri budur ki, ölkələrimiz beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər və bir-birinin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyirlər.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq əlaqələrinin formalaşmasında və inkişafında “Bir kəmər, bir yol” layihəsinin xüsusi rolu var: “Hələ 2013-cü ildə Çin Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan etmişdi. Strategiyanın əsas məqsədi malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılması idi. Hələ o dövrdə Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə oldu. 2019-cu ildə Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun gedişində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpin demişdi ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir və Böyük İpək Yolunun bərpasında təbii tərəfdaşdır. Çin lideri “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini də xüsusi qeyd etmişdi. Öz növbəsində Prezident İlham Əliyev CGTN-ə müsahibəsində xüsusi olaraq vurğuladı ki, “Bir kəmər, bir yol” təşəbbüsü çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş müdrik bir təşəbbüs idi. Azərbaycanın bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşularaq hələ mövcud olmayan infrastruktura investisiya yatırmağa başlaması, artıq dövlətimizin məhz gələcəyə hesablanmış iqtisadi siyasətinin müdrikliyinin daha bir göstəricisidir. Azərbaycan bu təşəbbüsün ilk dəfə irəli sürüldüyü gündən keçən 10 il ərzində layihənin rellaşdırılması istiqamətində çox böyük işlər görüb. O cümlədən, Xəzər dənizində ən böyük ticarət limanı olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilib. Hazırda bu limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və bu göstərici 25 milyon tona qədər artırılacaq. Xəzər dənizi ilə yükləri daşımaq üçün Bakıda gəmiqayırma zavodu inşa olunub. Beləliklə, açıq dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Cənab Prezident öz müsahibəsində bir məqamı da xüsusi vurğuladı ki, “Bir kəmər, bir yol” təşəbbüsü həmçinin digər marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımaları fəallaşdırıb. İndi artıq Şimal-Qərb marşrutu üzərində işlər aparılır. Bu, uğurla inkişaf edən qlobal layihədir və marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.”

K.Qafarov daha sonra deyib: “Dövlətmizin başçısı müsahibəsində müasir dünyada getdikcə dərinləşən qütbləşmə prosesi fonunda Qoşulmama Hərəkatının mövcud potensialından düzgün istifadə edilməsinin zəruriliyini diqqət mərkəzinə çəkdi. Cənab Prezident Azərbaycanın timsalında müasir dünyada qarşılıqlı yardım və paylaşmaların nə qədər vacib olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Həm də ölkəmiz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən edib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər dünya liderləri ambisiyalar və virtual liderlik uğrunda mübarizədən əl çəksələr, silahları yerə qoyaraq bəşəriyyətin üzləşdiyi yoxsulluq, aclıq, bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması kimi fundamental problemlərə diqqətlərini yönəltsələr, bu zaman dünya daha gözəl və daha təhlükəsiz olar.”


Milli Məclisin ötən ilin dekabrın 16-da keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. İlk əvvəl qeyd edim ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanmışdır.

Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir. Bu qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl sənəd parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib. 

Yeni fəaliyyət, yeni yol...

Düzdür, indiyə qədər əvvəlki qanuna bir neçə dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklər də kifayət etmirdi. Ona görə də partiya təmsilçiləri Milli Məclisdə təkliflərlə çıxış edərək, qanunun yenidən işlənməsinin vacibliyini önə çəkdilər. Nəhayət, belə bir zaman yetişdi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciəti əsasında yeni qanunun hazırlanmasının vacibliyini qeyd olundu və aparılan müzakirələrdən sonra yeni qanun layihəsi qüvvəyə mindi. Bu, həm Milli Məclisdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiyaların demokratik siyasi mühitdə daha rentabelli fəaliyyətlərinə yol açmış oldu.

Və bu il yanvarın 11-də Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiqlədi.

 İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarır

Qeyd edim ki, indiki Azərbaycan 30 ilki dövrdən bütün sahələr üzrə tamamilə fərqlidir. Artıq ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən bir dövlətdir. Bügünədək həyata kecirilən islahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib, qazanılan uğurlar özünü açıq şəkildə büruzə verməkdədir.

Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.

Bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirildi. Yeni qanun layihəsini tərtib etməkdə əsas məqsəd bu sahədə təkmilləşdirmə işlərinin aparılması, siyasi mühitin yeni dövrün müasir çağırışlarına uyğunlaşdıırlması, güclü siyasi partiyaların formalaşdırılmasıdır. Qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını siyasi sistemin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.

Qabaqcıl ölkələrinin təcrübəsi tətbiq olunur

Təsadüfi deyil ki, qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib,bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb.  Ən əsası odur ki, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. 

Cənab prezidentimiz İlham Əliyevin təməlini atmış olduğu islahatlar siyasətinin davamlı parçası olan “Siyasi partiyalar haqqında” qanunun qəbulu da bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizin daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formalaşmasına böyük bir töhfə verəcəkdir. 

 Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd HakimCəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.

 

Kamaləddin Qafarov: “Azərbaycan enerji sahəsində geniş imkanlara malikdir”

“Bu gün Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında yanvarın 15-də keçirilmiş görüşdə bu fikir bir daha təsdiq olunmuşdur. Yanvarın 16-da Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin enerji ixracatı sahəsində perspektiv planlarına dair maraqlı açıqlamalar vermişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycanın əsas iqtisadi inkişaf göstəricilərindən biri ölkəmizin özünün enerji təhlükəsizliyini bir neçə il bundan əvvəl təmin etməsi və bu gün xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini digər ölkələrə ixrac etməsidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Azərbaycan enerji sahəsində nəhəng potensilala malikdir. Ölkəmizin bərpaolunan enerji ilə bağlı proqramı enerji ixracının daha da şaxələnməsinə xidmət edəcək. Nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni ekoloji təmiz sektorunun yaranması da böyük əhəmiyyət kəsb etmiş olacaq. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan cəmi iki il əvvəl Cənubi Avropaya inteqrasiya edilmiş boru kəmərləri sistemini qurmaqla Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Bu nəhəng layihə cari ildə təbii qaz ixracını 24 milyard kubmetrə çatdırmağa imkan yaradacaq. Lakin Azərbaycanın mövcud enerji potensialı bundan qat-qat böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin bu günə olan bərpaolunan enerji imkanları quruda 27 qiqavatlıq külək və günəş enerjisi, azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi kimi qiymətləndirilir. Bu potensilaın reallaşdırılması üçün kifayət qədər ixrac marşrutları lazımdır və Azərbaycan bu layihələri mərhələli şəkildə icra edir.”

K.Qafarov “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış razılaşmanın əhəmiyyətini qeyd edərək deyib: “Artıq neçə müddətdir ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq edir. Yanvarın 15-də isə “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanıb. Prezident İlham Əliyev bildirib ki, bu, hələlik qısamüddətli bir layihədir və növbəti, ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bütövlükdə isə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişləri ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Təbii ki, bu məqsədləri həyata keçirmək, həmçinin yeni enerji ixracı üçün marşrutlar da tələb olunacaq. Bu baxımdan 2022-ci ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş xüsusi əhəmiyyət kəsb edir. Bu Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabelin çəkilməsini nəzərdə tutur. Göründüyü kimi, Azərbaycanın enerji sahəsində planları kifayət qədər böyükdür və ölkəmiz bu işlərin öhdəsindən gəlmək üçün bütün imkanlara malikdir.”


Azərbaycan dövləti İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı. Dövlətimizin başçısı 2021-ci ilin noyabrın 8-də Zəfər Günündə xalqa müraciətində dediy söz hec vaxt yaddaşlardan cıxmayacaq: “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”.

Cinayətkar cəzasız qalanda...

44 günlük Vətən müqəddəs müharibəsi beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan Ordusu xilas etdi. Şübhəsiz, Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər heç birinə Haaqada hüquqi qiymət verilməyib. 2020-ci il noyabrın 10-dan sonra dünya gördü ki, “qurucu millət” ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası “əkib” və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı “Human Rights Watch”un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib.Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir.

Ali Baş Komandan İlham Əliyev 2021-ci il avqustun 16-dakı çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq, “çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz” demişdi

Ermənistan ədalət mühakiməsinə cəlb edilməlidir

Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir. Lakin Ermənistan bunlara əməl etmir.Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. Bu silahlar beynəlxalq səviyyədə qadağan edilib. Həmçinin Ermənistan Azərbaycan ərazilərini minalayıb.

Ümumiyyətlə, işğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasına vurulmuş ziyan, xalqımıza qarşı həyata keçirilmiş terror siyasəti, müharibə cinayətləri beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları sırasındadır. Ona görə də Ermənistan beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. İşğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması - beynəlxalq hüquq qarşısında cavab verməsi isə zərurətdir. Azərbaycan bu istiqamətdə müvafiq təşəbbüslər irəli sürür və adekvat qərarların qəbul edilməsinə nail olur. Bu, Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarında da öz əksini tapır. 

Nəzərə almaq lazımdır ki, BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi dünyada 6 əsas qurumdan biridir və onun üçün qərarının icra olunması prinsipial məsələdir. Ona görə də bəhs olunan qərarların çıxarılması Azərbaycanın beynəlxalq hüquq müstəvisində mühüm nailiyyəti kimi dəyərləndirilə bilər.




Erməni vəhşiliyi nə vaxt bitəcək?

Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

 Münaqişənin ilk illərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı "məzlum və əzabkeş erməni" vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir. Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki,Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri 366-cı sovet alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

 Ekoterrorizm davam edir

ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.Rus sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır. Onların böyük hissəsi isə hərbi qulluqçulardır. Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. 

İşğalçı rejim tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mövcud olan faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunur, flora və fauna sistemli şəkildə məhv edilir. 

“Rəsmi məlumatlara əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində özündə müxtəlif növ faydalı qazıntıları birləşdirən 163 yataq yerləşir. Məlumdur ki, Azərbaycan Respublikasının mineral ehtiyatlarının böyük bir hissəsi məhz işğal olunmuş ərazilərdə yerləşir. Azərbaycanın Kəlbəcər, Laçın, Tərtər, Ağdam ərazilərində yerləşən qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçını əhatə edən dəmir, xrom yataqları, Tərtər, Kəlbəcərdə yerləşən kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılır. 

uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi ağır ekoloji terrorla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti indi də ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır. Ermənistan Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətini, qeyri-insani cinayət əməllərini bununla da bir daha nümayiş etdirir.

“Ermənistan tərəfindən insanlara və ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayır və beynəlxalq hüquq müdafiəçilərini işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçılarının törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün təxirəsalınmaz addımlar atmağa çağırırıq”.

 Talana son qoyulmalıdır

Dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda 7-ci gündür həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Rəsmi İrəvanın qərəzli iddiaları əsassızdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.

Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd HakimCəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.



2020-ci ilin 44 günlük müharibəsinin sonunda imzalanmış 10 Noyabr bəyanatından sonra Rusiya sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsi Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətində vasitəçilik fəaliyyətlərində nə qədər səmimi olduğunu göstərməsi, 30 il ərzində səsləndirilən bəyanat və çağırışlarda nəyi hədəflədiyini sübut etməsi baxımından unikal imkan idi.

Lakin təbii ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından başlıca gözlənti 10 Noyabr bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermələriydi. Təəssüf ki, əvvəllər olduğu kimi, Rusiya və onun Ordusu Azərbaycan xalqını bu dəfə də yanıltmadı. Məramı sülh sayılan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlara yol verməklə diqqət çəkirlər.

Əsas məqam odur ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. Lakin iki il keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur.

Rusiya sülhməramlıları nə 10 Noyabr bəyanatına uyğun olaraq qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmağa çalışır, nə də öz fəaliyyətlərində tərəfsiz mövqe nümayiş etdirir. Əksinə, bu silahlı dəstələrə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan dəhliz və yollarla silah-sursat daşınır, Azərbaycan ərazilərinin çirkləndirilməsində istifadə edilən minalar çatdırılır. Cəmi bir həftə əvvəl Laçın rayonundakı Sarıbaba yüksəkliyinin şimal hissəsində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlanması faktı da bunu sübut edir. 2021-ci ildə Ermənistanda istehsalı edilmiş bu minalar Azərbaycanın humanist məqsədlərlə istifadə edilməsi üçün Rusiya sülhməramlılarının nəzarətinə verdiyi Laçın dəhlizi vasitəsilə separatçı qüvvələrə silah-sursat daşınmasına təsdiq edir.

Məhdud sayda hərbi qulluqçu ilə məhdud müddətə - cəmi 5 illik bölgəyə göndərilən Rusiya kontingenti həm də sülhü qorumaqla tərəflər arasında etimad inşasına şərait yaratmalı idi. Bunun üçün onlardan ilk növbədə öz öhdəliklərini yerinə yetirmələri, neytrallıq sərgiləmələri tələb olunurdu. Lakin sülhməramlı kontingentin komandanlığının, eləcə də Rusiya Müdafiə Nazirliyinin ötən müddətdə Azərbaycana qarşı yol verdiyi yanlışlıqlar bu istiqamətdəki gözləntiləri doğrultmur.

Yol verilmiş səhvlərə nümunə olaraq Azərbaycanın yaşayış məntəqələrinin qondarma erməni adları ilə təqdim edilməsini göstərmək olar. Ağdərə və Xocavənd rayonlarının Rusiya Müdafiə Nazirliyi tərəfindən Mardakert və Martuni kimi qeyd olunması ermənilərin Azərbaycan xalqının tarixi toponimlərini dəyişdirmək cəhdlərinə dəstək verməklə yanaşı, iki ölkə arasında müttəfiqlik münasibətlərinə kölgə salır. Bu, həm də Rusiyanın rəsmi mövqeyi ilə də ziddiyyət təşkil edir.

Rusiya sülhməramlı komandanlığı toponim məsələsinin Azərbaycan üçün həssas olduğunu çox yaxşı anlayır. Azərbaycan xalqı ermənilərin işğal altındakı tarixi yurd-yuvamızı eybəcər adlarla çağırmasını yaxşı xatırlayır və bu qondarma adlar həmin dövrdə işğalın alçaldıcılığını artırmaqdan savayı bir məqsədə xidmət etmirdi. Bəs Rusiya Müdafiə Nazirliyinin ərazilərini bu cür qondarma adlarla göstərməsi nəyə xidmət edir? Sülhə xidmət etmədiyi aydındır. Ona görə də Rusiya MN, sülhməramlı komandanlığı bu məsələ ilə bağlı anlaşılmaz mövqeyini düzəltməli, Rusiyanın rəsmi mövqeyinə uyğunlaşdırmalıdır.

Azərbaycan haqlı olaraq öz ərazilərində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi rayonlarında 3-cü növ hərbi birləşmələrin, qondarma qurumların və toponimlərin mövcudluğunu qəbul etmir.

Bundan başqa, Rusiya MN informasiya bülletenlərində birtərəfli, qərəzli mövqe tutaraq, Azərbaycan Ordusunun atəşkəsi pozmasına dair böhtan xarakterli məlumatlar paylaşır. Qeyri-qanuni erməni dəstələrinin atəşkəsi pozmasına dair Azərbaycan MN-in təqdim etdiyi faktları isə bülletenlərinə daxil etmir. Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlandığı əraziyə Rusiya sülhməramlı kontingentinin komandanının iştirakı ilə baxış keçirilir, ancaq bu fakt da Rusiya MN-in hesabatında əksini tapmır. Bəlkə yoldaş Volkov hesab edir ki, həmin minaları Sarıbaba yüksəkliyinə quşlar dimdiyində daşıyıb?

Bu arada isə separatçı rejim artıq Rusiya sülhməramlılarının bölgədəki mövcudluğunu özünün mövcudluğu kimi, de-fakto vəziyyətin davam etdirilməsinin qarantı kimi qəbul etməyə başlayıb və bunun uzadılması üçün əlindən gələni edir. Şübhə yoxdur ki, qanunsuz erməni dəstələrinin Rusiya əsgərinin arxasında gizlənərək Xankəndinin bir addımlığındakı Azərbaycan hərbçilərinə atəş açmasının məqsədi Qarabağda gərginliyin davam etməsi görüntüsü yaradaraq sülhməramlıların mövcudluğuna süni ehtiyac formalaşdırmaqdır.

Rusiya sülhməramlılarının komandanlığı isə bunu bilsə də, həmin dəstələrə heç bir təzyiq göstərmir. Əksinə, ordumuzla bağlı reallıqdan kənar məlumatlar yaymaqla, öz xəritələrində tarixi Azərbaycan toponimlərini qondarma adlarla təqdim etməklə neytrallığını pozur, xoşagəlməz abı-havanın ömrünü daha da uzadır. Sülhməramlılar bu davranışları ilə bir ovuc separatçının və qanunsuz erməni dəstəsinin alətinə çevrildiyini anlamırmı? Yoxsa bu vəziyyət onların özlərinə də sərf edir?

Əminliklə söyləmək olar ki, həm Ermənistan rəhbərliyinin, həm də Qarabağdakı separatçı tör-töküntülərinin hazırda yeganə məqsədi Qarabağdakı Rusiya sülhməramlılarının mandatını uzatmaqdır. Ermənistanın baş naziri Paşinyan da son iki ildə sülhməramlı missiyaya uyğun gəlməyən fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətinin etimadını gündən-günə itirən Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılmasını açıq şəkildə bəyan edir.

 Lakin bu kontingentin məqsədi ermənilərlə azərbaycanlılar arasında ədavətin canlılığını qoruyaraq təsir rıçaqlarının ömrünü uzatmağa xidmət etmək olmamalıdır.

Azərbaycan xalqı Rusiya sülhməramlılarından birmənalı olaraq tərəfsizlik gözləyir. Bu, yalnız beynəlxalq hüququn normalarına, xüsusilə də ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanıldığı zaman, eyni zamanda 10 noyabr bəyanatında göstərildiyi kimi, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması ilə mümkündür.

Son iki ildə Rusiya sülhməramlılarının davamlı olaraq anlaşılmaz mövqedən çıxış etməsi, ondan gözlənilənləri doğrultmaması “Azərbaycana sülhməramlı lazımdırmı” sualını meydana çıxarır. Rəsmi Bakı sülhməramlıların mandatının uzadılması məsələsini yəqin ki, məhz bu aspektdən qiymətləndirəcək.

Rusiya hərbi kontingentinin Qarabağdakı sülhməramlı fəaliyyəti 30 il davam etdirilən sülh danışıqları ilə bir çox paralelliyə malikdir. Sözügedən danışıqlar tarixi ədalətin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunmasına xidmət etməkdən daha çox, ermənilərin işğal altındakı ərazilərdə de-fakto vəziyyəti əbədiləşdirməsinə yardım edən alətə çevirilmişdi. Bir gün Bakının səbri tükəndi və onilliklər boyunca davam edən işğalı 44 günə öz biləyinin gücü ilə bitirdi.

Ermənilərin sülh sözü keçən bütün anlayışları öz məqsədlərinə çatmaları üçün vasitəyə çevirməsi bizə yaxşı məlumdur. 30 il “sülh danışıqları”nı alətə çevirən ermənilər indi “sülh fəaliyyətini” öz məqsədləri üçün istismar etmək niyyətindədirlər. Lakin sağlam məntiq separatçılar və onların havadarlarının ötən dövrün hərbi-siyasi gedişatından nəticə çıxarmalı olduğunu deyir.

Həm ermənilər, həm də sülhməramlı kontingent de-fakto vəziyyətin saxlanılmasına deyil, bölgədə dayanıqlı sülhə çalışmalı və hər bir dövlət kimi Azərbaycanın da ərazi bütövlüyünə olan həssaslığını anlamağa borcludur.

30 il ərzində istehkamlar inşa edərək, müdafiə sədləri çəkərək möhkəmlənməyə çalışan ermənilərə Azərbaycan ordusu 44 günə alçaldıcı məğlubiyyət yaşatdı. İndi Xankəndini ovcunun içində görən, Laçını, Kəlbəcəri nəzarətə götürmüş, müasir müharibə təcrübəsi olan Azərbaycan ordusunun bu qanunsuz silahlı dəstələri tam zərərsizləşdirməsi üçün kiçik bir antiterror əməliyyatı kifayət edir.

Əvvəllər əbədi işğala inanan ermənilərin indi əbədi sülhməramlı fəaliyyətə inanması gələcək gərginliklərin toxumunu əkməkdən başqa bir şeyə xidmət etmir. Ermənilərin Azərbaycan ərazisindəki bundan sonrakı mövcudluğu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində əldə edilmiş dayanıqlı sülhlə mümkündür. Yaxşı olar ki, Rusiya sülhməramlıları da bunu anlasın və fəaliyyətlərini bu istiqamətdə qurub, müddətləri bitəndə ölkələrinə dönsünlər.

APA Analytics

 
 


Ekoloji təhsil və tərbiyə problemi bu gün hamını – alimləri, müəllimləri, metodistləri və ilk növbədə sosial cəmiyyəti düşündürən mühüm məsələlərdəndir. Dünyanın müasir elmi mənzərəsini əlçatan səviyyədə formalaşdırmaq, insan faktorunun bu dünyada yeri və onun təbiətlə münasibətlərinin xüsusiyyətləri haqqında təsəvvür yaratmaq üçün təhsil alanlara  mütləq olaraq ekoloji bilikləri öyrədilməsi vacibdir.

Bir çox aktual problemlərin  həllində təhsil müəssisələrinin özünəməxsus geniş imkanlarının olması sirr deyil. Ekoloji problemlərin tüğyan etdiyi bu günümüzdə ətraf mühiti qorumağı bacaran insanların yetişdirilməsi problemi həmişəkindən daha vacibdir və hər bir insanın, xüsusi ilə yeniyetmə və gənclərin ekoloji məsələlərdə savadlı olması mütləq sayılmalıdır. Təbiətlə harmoniyada yaşamağa qadir insan yetişdirilməsi məktəbin ən mühüm vəzifələrindən biridir.

Ətraf mühit amillərinin təhlilindən belə nəticəyə gəlmək olar ki, onların bir çoxu (temperatur, rütubət, işıqlandırma və s.) fiziki kəmiyyətlər və anlayışlardır ki, bu da ekoloji problemlərin həllində önəmli rol oynayır. Ona görə də bu məsələlərlə bağlı anlayışların təhsil müəssisələrinin Təhsil Proqramlarına gətirilməsi aktual olaraq gündəmdə  qalmaqdadır.

Məlumdur ki, ekoloji təhsil universal olmalıdır. Ümumbəşəri ekoloji təhsil strategiyası həm də onun davamlılığını, yəni fərdin inkişafına və fəaliyyət formalarının dəyişməsinə uyğun olaraq həyat boyu öyrənmə ehtiyacını nəzərdə tutur. Ekoloji təhsilin təməli isə orta məktəblərdə xüsusilə fizikanın tədrisi prosesi zamanı qoyulur.

Orta məktəb fizika kursunda  təbiətin  fundamental qanunları ilə yanaşı istehsal proseslərinin əsasları da öyrədildiyindən, burada şagirdlərə ekoloji  tərbiyənin aşılanması üçün geniş imkanlar mövcuddur. Fizika kursunun proqram materialının məzmunu məktəbliləri mövcud ekoloji böhranın fiziki-texniki aspektini və ondan çıxış yollarını göstərən bir sıra fikirlərlə tanış etməyə imkan verir. Fizika elmi müasir elmi-texniki prosesin özəyidir, onun nailiyyətləri müasir texnologiyanın əsasında dayanır. Bu, şagirdlərə insanın təbiətə təsirinin getdikcə artan miqyasını, bir sıra sosial nəticələrini və ətraf mühitin çirklənmədən qorunmasının müasir problemlərinin həllini göstərməyə imkan verir. Fizika fənnini tədris edərkən şagirdləri təbiətin və onun mühafizəsinin öyrənilməsinin müasir metodları ilə tanış etmək, dövrün digər fənləri üzrə bilikləri ümumiləşdirmək imkanı var.

Fizikanın tədrisi prosesində nəzərdə tutulan  ekoloji bilikləri 3 əsas istiqamət üzrə qruplaşdırmaq olar:

  1. Təbii mühit və insan fəaliyyətinin ona mənfi təsiri.
  2. Təbiəti qorumaq.
  3.  Təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji problemlərin həlli yolları.

Ekoloji biliklərin məzmunu seçilərkən bir sıra məsələlərə diqqət yetirilməsi vacibdir:

  1. Verilən ekoloji informasiya fizika kursunun məzmunu ilə əlaqəli olmalı və onların istifadəsi fiziki bilikləri dəqiqləşdirməyə və dərinləşdirməyə yönəldilməlidir;
  2. nəzərdən keçirilən ekoloji materiallar elmi xarakter daşımalıdır;
  3. öyrənilən məsələlərdə şagirdlərin təfəkkürünün yaşla bağlı xüsusiyyətləri nəzərə alınmalı və məlumatlar onların zehni fəaliyyətini aktivləşdirməli, assosiativ təfəkkürün inkişafına töhfə verməlidir.

 21-ci əsrdə bəşəriyyət təbiətlə münasibətini yeni prinsiplər əsasında qurmalı olacaq ki, bunlardan da ən əsası eko-səmərəlilikdir. Bu biliklər isə şagirdlərə daha sistemli və əlaqəli şəkildə təbiət fənn  müəllimləri tərəfindən aşılanmalıdır. Təhsil alanları  təbiət, insan və ətraf mühit, ekologiya və sağlamlıq arasında mürəkkəb qarşılıqlı əlaqə dünyası ilə tanış etmək-bu, mühüm və məsuliyyətli işdir, çünki gənc nəslin ekoloji əxlaqı onun nəticələrindən asılıdır. Təbiətimiz  bizim sahib olduğumuz hər şeydir və həyatın ən böyük dəyəri elə həyatın özüdür.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində

Azərbaycan Dövlət Pedaqoji Kollecinin fizika müəllimi

Cəmilə Səlimova

 



Heydər Əliyev – 100

 

Tarix yaradan və tarixdə yaşayan insan

 

Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının tarixində, təfəkküründə böyük iz buraxmış nadir incilərdən biridir. Bütün ömrünü öz xalqına xərcləyən, onun etmadını daim doğrultmağa çalışan dövlət xadimi çiyinlərində bütöv bir xalqın varlığını, dövlətçilik ideyalarını, sonadək daşıyan fenomen idi.

 Dövlət qurmaq, onu yaşatmaq heç də bütün xalqlara nəsib olmur. Tarixdə vaxtı ilə dövləti olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan neçə-neçə dövlətlər olmuşdur. Dövləti qurmaq və onu saxlamaq üçün böyük lider, şəxsiyyət lazımdır. Məhz bu faktor dövlətin uğurlarına, onun fəaliyyətinə təkanverici amillərdən biridir.

Müasir Azərbaycanın tarixinə nəzər saldıqda ölkənin gələcəyinə istiqamətlənmiş davamlı inkişafı təmin edən siyasi liderin təzahürlərini görürük. XX əsr tarixində dünya siyasətində qəbul edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik.

İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalacaqdır.

Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminə, mədəniyyətinə göstərdiyi diqqqət və qayğı onun müdrik siyasətinin başlıca prioritetlərindən biri idi. O, bütün fəaliyyəti dövründə elmin, ədəbiyyatın, incəsənətin nailiyyətlərindən faydalanırdı.

Ümummilli lider  Azərbaycanın ən yeni tarixində bütöv bir dövrü özündə izhar edən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.

Bu gün dünyada gedən proseslərdən kənarda qalmamağımız,  qlobal dünya ilə hesablaşmağımız onun siyasi potensialının nəticəsidir.  Bu gün bu siyasəti tam şəkildə uğurla həyata keçirən Ulu Öndərin siyasi davamçısı olan prezident İlham Əliyev vardır. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları vardır. Bu uğurların hər biri  Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev hələ Sovet Azərbaycanını idarə etdiyi bir zamanda milli təfəkkürün inkişafına, ana dilinin qorunub saxlanmasına ciddi cəhdlə çalışırdı. O,  Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Çünki milli özünüdərki sağlam ideoloji təməllər əsasında möhkəmləndirmək və buna nail olmaq  böyük əhəmiyyət kəsb edirdi. Bunun nəticəsi olaraq, Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu. 

Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, fikir, düşüncə sahiblərinin, yaradıcı insanların keçmiş ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tədqiqi və nəşri Ulu öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticələri idi.

Onun xalq üçün gördüyü xidmətlər və fədakarlıqlar "milli lider" çərçivəsinə, hüdudlarına sığmır. Məhz bunlar Ulu öndərin Azərbaycan xalqının yaddaşında, və qəlbində təmənnasız şəkildə yer alıb.  

Yerləşdiyi coğrafiya, zəngin təbiəti, Şərq və Qərbin qapısı adlanan Azərbaycan tarix boyu diqqət mərkəzində olmuşdur və belə bir dövlətin lideri olmaq daha da çətindir.

Məlumdur ki, 90-cı illərin əvvəlində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi vəziyyət o zamankı hakimiyyətin siyasi səriştəsizliyindən irəli gəlirdi.

 Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin təyin etdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratmış, dövlət müstəqilliyinin taleyini sual altına almışdı. 90-cı illərin çətin anlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi.

Erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edərək 1994-cü ildə atəşkəsin əldə olunmasını təmin etdi. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı.

Beləliklə, Ümummilli liderimizin siyasi bacarığı sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açıldı. Bunun ardınca bir neçə istiqamətdə paralel və ardıcıl şəkildə əhəmiyyətli işlər görüldü. 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.

Bu günlərdə Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd edildi. 90-ci illərin əvvəllində müstəqilliyinə yenicə qovuşmuş  Azərbaycan çox çətin dövr yaşamış, faciələırlə üzləşmişdi. Belə bir şəraitdə xalqın ziyalıları, vətənpərvər insanlar Heydər Əliyevə müraciət edərək xalqı çıxılmaz vəziyyətdən çıxarmağın yolunu məhz Ulu öndərdə görürdülər. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi epoxanın başlanğıcı qoyuldu.

Heydər Əliyev böyük məktəbdir. Heydər Əliyev böyük dühadır. Heydər Əliyev epoxadır. Onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətini dərk etmək bir çox onilliklər ərzində bitib tükənməz.

Müstəqil Azərbaycan  Ulu Öndərin nəsillərə ötürdüyü əmanətdir.

Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olması istiqamətində hərtərəfli inkişafa hədəflənmiş səmərəli dövlətçilik siyasəti prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyevin dərindən düşünülmüş, hazırlanmış və qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu bu gün bütün istiqamətlərdə uğurla davam etdirilir.

Ulu Öndərin vəfatının ildönümü yaxınlaşır. İliklərinə qədər azərbaycançılıq ideyalarını özündə ehtiva edən dahi insan 12 dekabrda heyatla vidalaşdı. Ümummilli lider cismani olaraq bu dünyanı tərk etsə də onun sınmaz sütünlar üzərində qurub yaratdığı Azərbaycan adlı dövlətdə yaşayan hər bir vətəndaş Ulu öndəri böyük ehtiramla anır və öz xilaskarını unutmur.

Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.

  

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin         
 nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin fizika müəllimi
Cəmilə Səlimova

 

 



Qarabağ münaqişəsinin bitməsindən sonra İran İslam Respublikasının qonşu olaraq Azərbaycana qarşı riyakar davranışıarı iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir və bu ölkə Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov