Xəbər lenti



Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.

Bu barədə Haqqın.az məlumat yayıb.

 

“Kavkazskiy uzel” nəşri yazır ki, “Laçın administrasiyası” adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Əmlakını vaxtında daşımağa vaxt tapmayan ailələrə əlavə 5 gün, yəni avqustun 25-dək vaxt verilib. Həmçinin bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib.

44 günlük müharibədən sonra Sus kəndində dörd və ya beş ailə qalıb, onlar da artıq kəndi tərk ediblər, əhalinin 90 faizi Laçını və Zabux kəndini tərk edib. Laçından üç, Zabuxdan isə beş ailə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qalmağa qərar veriblər – onların Xankəndidə yerləşdiriləcəklərinə söz verilib.

Özünü “Laçın administrasiyası”nın rəhbəri kimi təqdim edən Muşeq Alaverdyan avqustun 25-dək şəhərin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib. Onun “həmkarı” özünü “Zabux kənd administrasiyasının” başçısı adlandıran Andranik Çauşyan isə bildirib ki, artıq ailəsini köçürdüyü Xankəndində müvəqqəti məskunlaşmaq niyyətindədir: “Hazırda Zabuxda cəmi 30 nəfər qalıb, hamı əşyaların daşınması ilə məşğuldur”.

Laçındakı mağazalardan birinin sahibi Aida Balikyan etiraf edib ki, işğal illərində burada məskunlaşıb: “Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”.

Yeri gəlmişkən, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar son toqquşmalardan sonra xüsusilə artıb.

“44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyinə zəmanət verdi. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Hər şey belə davam edərsə, o zaman bu ərazidə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik”, – deyə Xankəndi sakini bildirib.  

Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.

Nazirlər Kabineti “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 3 mart 1992-ci il tarixli qərarında dəyişiklik edib.

 

Ardını oxu...



Xəbər verdiyimiz kimi işğal dövründə Laçında məskunlaşdırılmış ermənilərə bölgəni tərk etməsi üçün avqustun sonuna kimi vaxt verilib. Ermənilər artıq evakuasiya işlərinə başlayıblar.
Bu gün isə erməni mediası Laçını tərk edən ermənilərin vəhşiliklərini əks etdirən daha bir video yayıb.

Görüntülərdə Laçındakı kilsəyə zərər vurulması əks olunub. Ermənilər ibadət evinin üzərindəki xaç ornamentlərini sökürlər.

Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyan məsələyə reaksiya verərək yazıb ki, ermənilər Laçının Azərbaycana təhvil verilməsi üçün bu formada "hazırlıqlar" görürlər.

Eks-deputat qeyd edib ki, xalqının tarixində ilk dəfədir ki, erməni məlum torpaqlardan türklər tərəfindən deyil, öz seçdiyi hökumət tərəfindən çəkiclə zorla çıxarılır.



Qeyd edək ki, bundan öncə də erməni vandallığını əks etdirən onlarla görüntü yayılmışdı. Onlar tarixi abidələrə ziyan vurur, hətta qoyub getdikləri evləri belə yandırırdılar.

Tural Tağıyev
AzVision.az


“Qarabağdakı gərginliyi tam olaraq erməni tərəfin hərəkətləri yaradır. Ermənistan hazırda nə demarkasiya, nə Zəngəzur dəhlizinin işə başlaması, nə də silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı razılaşmaları yerinə yetirir”.

Bunu AzVision.az -a rusiyalı politoloq Dmitri Solonnikov Qarabağdakı vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, indiki çətin beynəlxalq vəziyyətdə Ermənistan hakimiyyəti problemli birmənalı şəkildə bulanıq suda balıq tutmaqla həll etməyə çalışır.

“Doğrudan da dünya getdikcə mürəkkəbləşir, gərginlik nöqtələri artır: həm Çin-Tayvan təmas xəttində, həm də Serbiya ilə Kosovo arasında. Ermənistan da Cənubi Qafqazda gərginlik nöqtəsi yaratmağa çalışır. Əgər Amerikanın müttəfiqləri dünyanın müxtəlif yerlərində təxribatlar təşkil etməyə çalışırlarsa, niyə erməni diasporu Ermənistan rəhbərliyini bu cür hərəkətlərə sövq etməyə çalışmasın? Onlar da bunu etməyə çalışırlar”, - Dmitri Solonnikov bildirib.

Rusiyalı ekspert deyir ki, Moskva yeni müharibənin başlamasına mane olmağa çalışır: “Rusiya 44 günlük müharibə nəticəsində əldə edilmiş razılaşmaları tam dəstəkləyir. Ermənistanın silahlı qüvvələri çıxarılmalı, Zəngəzur dəhlizi açılmalı, sərhəd demarkasiya edilməlidir. Bu situasiyada Rusiya Azərbaycanın hərəkətlərini dəstəkləyir və biz Rusiyanın Azərbaycanın indiki hərəkətlərinə sakit yanaşdığını müşahidə edirik. Əlbəttə, insanların ölümü böyük faciədir. Lakin bu müharibənin qlobal xarakter daşımaması önəmlidir. Əgər Azərbaycan tərəflərin əvvəllər qaldırdığı məsələləri həll edə bilsə, bu, erməni təxribatlarına layiqli cavab olacaq”,- Dmitri Solonnikov bildirib.

Murad Nəcəfov
Nadir Quliyev

AzVision.az


"Bu il ali təhsil müəssisələrinə daha az subbakalavrlar qəbul olacaq”. 
 
AZXEBER.COM xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə əlaqədar mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, ötən il 6 min subbakalavr ali təhsil müəssisələrinə qəbul olub: 
 
"Bu il azalacağını güman edirik. Seçim zamanı subbakalavrlara daha az yer qalacaq”.


Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

 

Parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.

İcra hhakimiyyətindən verilən məlumata görə,ərazisi genişləndirilərək 4 hektardan 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilib, 9 hektar əraziyə qazon örtüyü döşənib, 7 km piyada və 1,1 km velosiped zolağı salınıb, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılıb, məlumat lövhələri qoyulub, 2500 m2 sahədə avtodayanacaq yaradılıb. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilib. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılıb, lazımi avadanlıqlar quraşdırılıb. Parkda monitor yenisi ilə əvəz edilib, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulub.

Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sosial-ekoloji hədəflərin reallaşdırılmasına, paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verəcək.

 

 









 

Samir Rəhimov


Bu sözləri mətbuata verdiyi açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, bu gün dövlətin qarşısında duran əsas məsələlərdən biri də əhalinin məşğulluğunun təmin olunması, işsizlik probleminin həlli ilə bağlıdır. E.Süleymanovun sözlərinə görə Azərbaycanda bu istiqamətdə kifayət qədər məqsədyönlü addımlar atılır: “Bu gün ölkəmizdə mövcud olan iqtisadi inkişaf, əhalinin rifah səviyyəsinin getdikcə yüksəlməsi və ictimai-siyasi sabitlik respublikada müsbət demoqrafik vəziyyətin formalaşmasını təmin edib. Ölkə əhalisi getdikcə artır və bu gün Azərbaycan vətəndaşlarının sayı 10 milyon nəfərdən çoxdur. Əlbəttə ki, bu çox müsbət bir haldır. İkinci bir tərəfdən isə, ölkə əhalisinin sayında müşahidə olunan artım bir çox vacib məsələlərin həllini də ön plana çıxarmış olur. Təbii ki, belə məsələlərdən biri də əhalinin işlə təmin olunması ilə bağlıdır. Öz müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev də bu məsələyə xüsusi toxunaraq bildirdi ki, yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki ölkə əhalisi artır və buna müvafiq olaraq iş yerlərinə tələbat da artır. Deyə bilərik ki, bu gün ölkəmizdə məhz bu istiqamətdə kifayət qədər səmərəli, məqsədyönlü addımlar atılır. O cümlədən regionların iqtisadi inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulan prioritet istiqamətlərdən biri də məhz yeni iş yerlərin açılmasını nəzərdə tutur. Dövlət öz tərəfindən həm bir sıra mühüm layihələrin icrası nəticəsində, həm də özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur. Bu baxımdan möhtərəm dövlət başçımızın avqustun 12-də açılışında iştirak etdiyi, Basqal qəsəbəsində yeni inşa olunmuş 179 otaqlı müasir otel də həm bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək, həm də yerli sakinlərə 300-ə yaxın iş yeri təqdim etməklə məşğulluq probleminin həllinə mühüm töhfə verəcək”, - deyə E.Süleymanov qeyd edib.

Daha sonra Eltun Süleymanov Prezident İlham Əliyevin müsahibəsində yer alan siyasi məqamlar barədə danışaraq bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlərdə eyni zamanda həm düşmənlərimizə yönəlmiş növbəti ciddi xəbərdarlıq, həm də bütün region xalqlarının rifahına xidmət edəcək sülh və əməkdaşlığa çağırış öz əksini tapıb: “Bu gün Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət həqiqətən özünün unikallığı ilə diqqəti cəlb edir. Bir tərəfdən Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə və bu əsasda formalaşmış yeni regional reallıqlar bütün region ölkələrinin və qonşu dəvlətlərin iqtisadi inkişafında irəliyə doğru möhtəşəm bir sıçrayış edə bilmək imkanları verir. Əslində Azərbaycanın indiyədək təşəbbüskarı kimi çıxış etdiyi bütün beynəlxalq layihələr iştirakçı ölkələrin hər birinin inkişafına, xalqlarının rifah yüksəlişinə mühüm töhfələr verib. Bu gün isə yaranmış imkanlar daha geniş və daha perspektivlidir. Bu imkanların düzgün qiymətləndirilməsi və reallaşdırılması Cənubi Qafqazı ən yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirə bilər. İkinci bir tərəfdən isə, bu gün Ermənistanın siyasi rəhbərliyinin, eləcə də bu ölkənin hakim dairələrinə təsir imkanlarına malik olan bəzi separatçı qüvvələrin qeyri-adekvat davranışı nəinki yaranmış imkanların reallaşmasını əngəlləyir, həmçinin belə mövqe Azərbaycan dövlətinin nəyin bahasına olursa-olsun qoruyub saxlamağa və möhkəmləndirməyə çalışdığı sülhü böyük təhlükə altına atır. Erməni tərəfinin artıq iki ilə yaxındır ki, imzaladığı 10 noyabr Üçtərəfli bəyanatının müddəalarına hələ də əməl etməkdən yayınması, ölkəmizə qarşı müntəzəm olaraq təxribatlar törətməkdən əl çəkməməsi birmənalı olaraq regional vəziyyətin gərginləşməsinə zəmin yaradır. Təbii ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu nəinki istənilən belə təxribatın qarşısını dərhal və qətiyyətlə almağa, hətta yaxın bir neçə onillik ərzində Ermənistanı belə əməllər barədə düşünmək iqtidarında belə olmayacaq bir vəziyyətə gətirmək imkanlarına sahibdir. Elə avqustun 3-də növbəti erməni hərbi təxribatına cavab olaraq ordumuzun keçirdiyi “Qisas” əməliyyatı da bunu sübut edən növbəti aşkar dəlildir. Ölkə Prezidenti cənab İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Həqiqətən də məğlub Ermənistanın bu gün öz xalqının gələcəyini hansısa bir ümidə bağlaması üçün ata biləcəyi yeganə addım, Azərbaycanla sülh müqaviləsini imzalamaq və münasibətlərin normallaşdırılması üçün çalışmaq ola bilər. Qarabağ mövzusu isə Ermənistanla danışıqlarda ümumiyyətlə müzakirə obyekti ola bilməz. Bu, Azərbaycanın daxili məsələsidir və heç bir xarici dövlət, heç bir kənar qüvvə bu məsələyə müdaxilə edə bilməz,” – deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.
 
 
 
Kamaləddin Qafarov: “Azərbaycan region ölkələrini sülh  və inkişafa dəvət edir”

“Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə gedən bərpa və quruculuq işlərinin dinamikası ilə dünyanın diqqətini cəlb edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin mütəmadi olaraq bölgələrə etdiyi səfərlər Azərbaycanda görülən bütün quruculuq və inkişaf tədbirlərinin ölkə rəhbərliyinin xüsusi diqqətində saxlandığını göstərir. Bu diqqətin sayəsində işğaldan azad edilmiş ərazilərimiz daha sürətlə bərpa olunur , eləcə də digər regionlarda həyata keçirilən dövlət proqramları səmərəli şəkildə icra edilir.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, avqustun 12-də Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdiyi obyektlər bu rayonların iqtisadi inkişafının daha da sürətlənməsində mühüm rol oynayacaqlar: “Dövlət başçısının regionlara hər səfərində yeni obyektlərin açılışında və yaxud təməlqoyma mərasimlərində iştirakı bir ənənə halını almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına etdiyi səfər də istisna olmadı. Səfər çərçivəsində dövlətimizin başçısı İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə, həmçinin “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Təbii ki, hər bir yeni istifadəyə verilən müəssisə ilk növbədə yeni iş yerləri deməkdir, xüsusilə bölgələrdə işsizlik probleminin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış bir addım kimi dəyərləndirilməlidir. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycanın əhalisi getdikcə artır və deməli, yeni iş yerlərinə tələbat da artır. Buna görə də iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Azərbaycan dövləti həm xüsusi proqram və layihələrin icrası ilə, həm də özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur”.

K.Qafarov daha sonra deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi, hər zaman olduğu kimi, önəmli açıqlamalarla zəngin idi. Diqqəti cəlb edən əsas məqamlardan biri ölkənin ərzaq təhlükəsizliyi barədə dövlət başçısının ifadə etdiyi fikirlər oldu. Bu gün bütün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük narahatlıq var. Bu vəziyyətin yaranmasına əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Məhz bu müharibə nəticəsində bir çox ölkələr hazırda öz əhalisini ərzaqlıq taxılla təmin edə bilmir. Bu ölkələr üçün ənənəvi olaraq taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olublar, indi isə müharibə təchizatda çox böyük əngəllər törətmişdir. Təəssüflər olsun ki, Azərbaycan da hazırda özünü taxılla tam təmin edə bilmir. Bununla belə, dövlətimiz tərəfindən vaxtında görülmüş tədbirlər, əldə olunmuş razılaşmalar sayəsində hazırda Azərbaycanda Rusiyadan taxıl idxalı ilə bağlı heç bir problem yoxdur. Buna paralel olaraq ölkədə ərzaqlıq buğdanın istehsalının artırılması istiqamətində də gərəkli işlər görülür. Bu məqsədlə xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib və bunun nəticəsində yaxın bir neçə ildə ərzaqlıq buğdanın Azərbaycanda istehsalının kəskin artacağı gözlənilir.”

Millət vəkili Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı yer alan fikirlərin mühüm siyasi əhəmiyyət kəsb etdiyini və faktiki olaraq bu fikirlərin dayanıqlı sülhə aparan yeganə yolun göstəricisi olduğunu qeyd edərək deyib: “Təəssüflər olsun ki, bu ayın əvvəlində baş verən hadisələr Ermənistanın hələ də Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqları tam dərk edə bilmədiyini söyləməyə əsas verir. Bu ölkənin hakim dairələrinin nəyə və kimə güvəndiklərini, baş verə biləcək hansı dəyişikliklərə ümid etdiklərini qətiyyən anlamaq olmur. Zaman keçdikcə Qarabağda da, Şərqi Zəngəzurda da, bütün regionda da dəyişikliklər olacaq, bu, labüddür. Lakin bütün bu dəyişikliklər, Prezidentimizin dediyi kimi, yalnız Azərbaycanın xeyrinə olacaq. Əgər Ermənistan da bu yeniliklərdən faydalanmaq istəyirsə, bunun üçün mövcud olan yeganə yol Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaq və münasibətləri normallaşdırmaqdır. Cərəyan edən hadisələr belə deməyə əsas verir ki, məhz Qarabağda yaşayan erməni əhalisi mövcud reallığı düzgün qiymətləndirməyə və qəbul etməyə daha yaxındır. Bunu dövlət başçımızın öz müsahibəsində qeyd etdiyi maraqlı bir faktdan da anlamaq olur. Yeni Laçın yolunun inşası prosesində son 6-7 ay ərzində həmin ərazidə Rusiyanın sülhməramlıları olmayıblar. Azərbaycanlı inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda olublar, hətta yerli sakinlərdən bəziləri gəlib işlərdə kömək də edirdi və təşəkkürünü bildirirdi ki, Azərbaycan dövləti belə keyfiyyətli yol tikir. Bu insanlar çox gözəl bilirlər ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi yalnız Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ermənistan isə birdəfəlik anlamalıdır ki, təxribatlardan əl çəkmədikcə, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatının nəticəsində olduğu kimi, hər dəfə cəzalanacaq. Azərbaycan öz torpaqlarında istənilən əməliyyatı istənilən zaman apara bilər. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Azərbaycan sülhün və inkişafın tərəfdarıdır və bütün region ölkələrini də məhz bu yola dəvət edir”.
 
 
 


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov