Xəbər lenti



Tanınmış müğənni Şakira özünün Tvitter hesabında edam hökmü oxunan Təbrizin "Traktor" futbol klubunun oyunçusu Əmir Nəsr Azadaniyə dəstək verib.

Qeyd edək ki, İran rejimi məhkəməsi noyabrın 18-də İsfahan şəhərində həbs edilən tanınmış futbolçunu 3 nəfərlik silahlı dəstə quraraq dövlət məmurunun öldürməkdə ittiham edir. Əmir Nəsr Azadani ona qarşı irəli sürülən ittihamı qəbul etmir.



Azərbaycan Prezidenti İlham Əliyev Qətər Əmirini milli bayramı münasibətilə təbrik edib.

Bizimaz.az xəbər verir ki, təbrikdə deyilir:

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan ilə Qətər arasında güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq münasibətləri və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

 
 


Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 20-də arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5 dərəcə isti olacaq.
 
Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
 
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir.
 
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.


İranda etirazlar başlayandan bəri 496 nəfər ölüb, 18 mindən çox adam həbs edilib.

Bu barədə məlumatı ABŞ-da yerləşən “İranda İnsan Haqları Müdafiəçiləri” təşkilatı “Telegram”da yayıb.

 İlkin məlumatlara görə, ölənlər arasında 68 nəfər 18 yaşdan kiçik şəsxlərdir.

Qeyd olunur ki, sentyabrın 17-dən indiyədək 18 452 nəfər həbs edilib. Onlardan 3928 nəfərin kimliyi və saxlandığı yer məlum deyil.

Eyni zamanda, həbs olunanların 649-u tələbədir. Nümayişlərə 144 universitetdən tələbələrin qatıldığı vurğulanır.

Məlumata görə, ölkənin 160-dan çox şəhərini əhatə edən aksiyalar zamanı hüquq-mühafizə orqanlarının 62 nümayəndəsi öldürülüb.



“Biz artıq yeddinci gündür ki, dinc aksiya keçiririk. Biz yolu bağlamırıq, əksinə torpaqlarımızda yaşayan hər kəsə istənilən yardımı etməyə hazırıq”.

Bunu Azərbaycan Televiziyasının efirində Şuşa-Xankəndi yolunda aksiya keçirən ekoloqlardan biri qeyd edib.

 Onun sözlərinə görə, ekoloqların məqsədi yalnız Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasındakı Azərbaycan ərazilərində monitorinq aparmaqdır.

Digər etirazçı isə isə Xankəndidə yaşayan erməniləri ekoloji terrora birlikdə yox deməyə çağırıb.

 

 


Xəbər verdiyimiz kimi, Argentina Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qızıl medallarını qazanıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Argentina dünya çempionu titulunu qazanmaqla, 35 milyon funt-sterlinq əldə edəcək.

 Bu isə Azərbaycan ekvivalenti ilə 72 256 800 manat deməkdir.

Qeyd edək ki, hazırkı məbləğ dörd il əvvəlki məbləğdən 5,6 milyon funt-sterlinq artıqdır.

Ümumilikdə FİFA turnirdə 32 ölkə üçün 362 milyon funt-sterlinq ayırıb.

Qeyd edək ki, Argentina millisi Fransanı məğlub edərək tarixində üçüncü dəfə munidalın qalibi olub.



“TRT Haber” məlumat yayıb ki. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə amerikalı milyarder İlon Maskla görüşüb. 

Xatırladaq ki, Türkiyə Prezidenti Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin dəvəti ilə dünən Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentina və Fransa milli komandalarının oyununu izləyib. İlon Mask da oyunu canlı izləyənlər arasında olub.

 

 
 


Bakının Nərimanov rayonunda yeni salınacaq istirahət parkının layihə görüntüləri yayılıb.

Park Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin əhatə edəcək 30 hektar ərazini əhatə edəcək və meşə-park tipli olacaq. Parkda bir neçə stadion və tennis kortunun tikintisi də nəzərdə tutulub.

Bundan başqa yeni tikiləcək parkı yolun əks tərəfindəki Dədə Qorqud parkı və Bakı Zooloji Parkı ilə əlaqələndirmək üçün yerüstü keçidlərin yaradılması da layihəyə daxil edilib.

Layihə fotolarını təqdim edirik:

 

 


 
Kamaləddin Qafarov: “Bu Vətən bizimdir!”

“Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin, ermənilər nəinki bu prinsipləri gözləmədi, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoydular. Ermənilər işğal etdikləri ərazilərdə 30 il qiymətli sərvətləri amansızcasına dağıtdılar, Ermənistana daşıdılar, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vurdular. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla ərazini əhatə etməklə bərabər, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə ciddi ziyan vurdu. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib. Ermənistanın sabiq rəhbərləri R.Köçəryan və S.Sarkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərini və qeyri-qanuni iqtisadi əməllərini indi də kriminal iş adamı olan Ruben Vardanyan davam etdirir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, ərazini ən çox çirkləndirən Ermənistanın cənub-şərqində yerləşən Zəngəzur mis-molibden kombinatı, ikincisi isə Ermənistanın cənub-şərqində, Qafan şəhərindən 1,5 km şərqdə, Oxçuçay çayının aşağı axınında yerləşən Qafan mədən və emal zavodudur:” Son on ildə Ermənistan fabriklərindən ağır metalların sızması səbəbindən Oxçuçay çirklənmə mənbəyinə çevrilib. Üstəlik, son iki il ərzində Laçın yolu ilə Xankəndiyə davamlı silah, hərbi qüvvə axını olub. Bu da 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin şərtlərini, xüsusilə bütün erməni hərbçilərinin bu ərazidən çıxarılması ilə bağlı 4-cü bəndi pozur. Rusiya vətəndaşlığından imtina edib Qarabağa gələn kriminal iş adamı Ruben Vardanyan isə ekoloji fəsadları nəzərə almadan Qarabağ yataqlarında qızıl tərkibli və mis-molibden filizlərinin qanunsuz hasilatına başlayıb. Bunu nəzərə alaraq Azərbaycan ekoloqları təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq keçirmək istəsə də, dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədildi. Bu səbəbdən də bir neçə gündür Laçın-Şuşa yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası keçirilir. Dinc xarakterli bu aksiyada tələb ekologiyanı pozan, təbii sərvətləri talan edən separatçıların əməllərinə son qoyulması, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması, bütün təbii sərvətlərin istismarının Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməsidir.”

K.Qafarov bildirib ki, ermənilərin Laçın yolunun bağlanması iddiasına gəlincə, bu sadəcə erməni həyasızlığıdır:”Görünən odur ki, yolu Azərbaycanın vətəndaş cəmiyyətinin etiraz edən nümayəndələri deyil, məhz Rusiya sülhməramlı kontingenti bağlayıb. Azərbaycan isə dövlət səviyyəsində Qarabağda yaşayan bütün erməni vətəndaşlarına humanitar dəstəyi verməyə hazır olduğunu bildirib. Sadəcə su bulandırmaqla, məsələni yanlış formada şərh etməklə Ermənistan Azərbaycanın daxili işlərinə müdaxilə edir. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir. Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilmir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki inteqrasiya olunmayıb. Ona görə də Ermənistanın absurd bəyanatları heç nəyi dəyşməyəcək və Azərbaycan dövləti öz ərazisində ekoloji terror törədilməsinin, qanunsuz silahların daşınmasının, təbii sərvətlərin talan edilməsinin qarşısını qətiyyətlə alacaqdır. Bu Vətən bizimdir!”.


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Aksiyanın beşinci günündə etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov