Xəbər lenti

Vətən müharibəsinin ilk böyük qələbəsi – Cəbrayıl Zəfəri

44 günlük Vətən müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri sabaha ümidləri artırırdı, soydaşlarımız torpaq həsrətlərinə son qoyulacağını böyük səbirsizliklə gözləyirdilər. Torpaqlarımız biri-birinin ardınca işğaldan azad edildikcə 30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın dilindən səslənən fikirlər öncə bu oldu: Artıq biz qaçqın deyilik. İşğalçı dövlət Ermənistan Vətən müharibəsində bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun şahidi oldu. 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atır, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Rəşadətli Ordumuz Ermənistanın öz ordusu barədə 30 il ərzində formalaşdırdığı mifi 44 gündə məhv etdi. Reallıq budur ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edərək, bizim bütün tarixi, dini, mədəni abidələrimizi  dağıdıblar. Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. Bu mənada Azərbaycanın Qarabağ savaşı - Vətən müharibəsi dünya savaş tarixinə ədalətli müharibə nümunəsi kimi daxil olmuşdur. Buna görə Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanına çevrilmişdir.
Biz bu gün Böyük Qayıdışın astanasındayıq. Artıq işğaldan azad olan yaşayış məntəqələrimizdə görüləcək işlərin planı hazır olmaqla yanaşı uğurla icra edilir. Hazırda düşməndən azad edilən ərazilərimizdə geniş miqyasda tikinti, bərpa-quruculuq işləri aparılır. Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında indi bir coşğunluq yaşanır, yeni layihələrin icrasına start verilir. “Böyük Qayıdış”ın başlandığı ilk rayon olan Cəbrayılda da yeni layihələr uğurla icra edilir. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin dediyi kimi: “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci böyük uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.”
5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Böyük Qayıdışa 2017-ci ildən başlayıb. 2016-cı ildə Azərbaycan Ordusunun Aprel Zəfərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və kənd sakinlərinin geri dönüşü Böyük qayıdışın başlanğıcı oldu. Aprel Zəfərindən bir il sonra 2017-ci il iyulun 14-də Cocuq Mərcanlı kəndində tarixi hadisə yaşandı. Yenidən öz yurd-yuvalarına qayıdan soydaşlarımızın yanında olan Prezident cənab İlham Əliyev bu tarixi hadisənin mənasını belə izah etdi: “Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq”. Bu, təsadüfən deyilən fikir deyildi. Sözünə, vədinə sadiq olan lider kimi İlham Əliyevin bu bəyanatı Azərbaycan xalqının qələbəyə inamını daha da artırdı və Aprel döyüşlərində ağır zərbə alan düşmənin canına vəlvələ saldı. Cocuq Mərcanlı erməni əsarətində qalan Qarabağ torpaqlarına aparan yolun başlanğıcı, Şuşaya, Ağdama, Zəngilana, Füzuliyə, Qubadlıya, Laçına, Kəlbəcərə və digər əsir torpaqlarımıza açılan ümid qapısı oldu. Elə kəndin girişindəki lövhələrdə əksini tapan "Cocuq Mərcanlıdan Şuşaya" lövhəsi də hər kəsi duyğulandırmaqla yanaşı, içimizdəki inam hissini getdikcə artırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərindəki uğuru Vətən savaşında qələbəni təmin etdi, böyük Zəfərin təməl daşı oldu.
44 günlük Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmağa başladı. Çünki düşmən 30 il ərzində bu torpaqlarda daşı-daş üstündə qoymamış, əsl barbarlıq xislətlərini ortaya qoymuşdu. Bunu təkcə biz deyil, bütün dünya gördü. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı layihələr isə onu deməyə əsas yaratdı ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur dünyanın ecazkar məkanlarından birinə çevriləcək, oradan məcburi köçkün düşən soydaşlarımız da yurd-yuvalarına qayıdacaqlar. Böyükdən-kiçiyə hər kəs inanırdı ki, Qarabağı 44 günə düşməndən azad edən Ali Baş Komandan qısa zamanda bu torpaqlarda möcüzələr yaradacaq, Qarabağ, Şərqi Zəngəzur cənnətməkana çevriləcək və "Böyük qayıdış" konsepsiyasının icrasına başlanılacaq. Bu gün artıq Qarabağda quruculuq işləri sürətlə davam edir. Yaxın zamanlarda bu ərazilərimiz regionda ən inkişaf etmiş bölgələrə çevriləcək.

Famil Məlikov,
Salyan şəhər sakini, Vətən müharibəsi iştirakçısı,
“Azərbaycan Bayrağı” ordenli
 
 
Milli iqtisadiyyatımızın “Əsrin müqaviləsi” zirvəsi



Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bu baxımdan 20 sentyabr tarixinin ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunması səbəbsiz deyil. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının 28 ildə müasir müstəqil Azərbaycana qazandırdığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı” sualının ümumi cavabı bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi “Zəfərimizdir.”

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın neft-qaz sənayesində yeni bir mərhələnin əsası qoyuldu. Ümummilli Liderin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin böyük xidmətləri olub. Məhz həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

“Əsrin müqaviləsi” Azərbaycanın dünəninə baxış fonunda gələcəyinin təqdimatıdır. Bu baxımdan ki, ölkəmiz daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana artan maraq uğurlarımızın xronologiyasında özünün aydın ifadəsini tapır. Ölkəmizdə sabitliyin, əlverişli biznes mühitinin yaradılması nəticəsində Azərbaycan yeni tərəfdaşlar, dostlar qazandı. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz mühüm hadisələrdən biri Azərbaycanın bu ilin iyun ayında enerji tərəfdaşlarını Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya gətirməsi oldu. Bakı Enerji Həftəsi çərçivəsində yekun tədbirin Şuşada keçirilməsi və bu məkanda tərəfdaşlar arasında hazırkı dövrdə enerji siyasətimizin əsas tərkib hissəsi olan bərpa olunan enerji mənbələrinə sərmayələrin yatırılması ilə bağlı sənədlərin imzalanması da “Əsrin müqaviləsi”nin ölkəmizə bəxş etdiyi uğurlar sırasındadır.

Artıq iki ilə yaxındır ki, ölkəmizin həyatında yeni dövr başlayıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdə görür və bundan böyük qürur hissi keçiririk.


Reyhanə Axundova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı
aia.az

 
 
Vətən müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanırTarix sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu var. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Dövlətçilik salnaməmizdə silinməz iz qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Təqvimimizin ulu öndər Heydər Əliyevlə bağlı daha bir əlamətdar səhifəsi də Onun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi 3 oktyabr günüdür. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın nicatı Heydər Əliyev ideyalarındadır. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Əvvəlcə Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü zamanında Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etmədiyi üçün dövlətimiz 20 Yanvar, Xocalı faciələrini, Laçın, Şuşa xəyanətlərini yaşamağa məcbur oldu.

Ulu Öndər hakimiyyətə gəlişi ilə ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa olundu. Ulu öndər Heydər Əliyev Qarabağ müharibəsində atəşkəsə nail oldu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı 30 illik işğaldan azad etdi.



Gülər Quliyeva,
Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru, YAP fəalı
aia.az

 

 
Siyasi uzaqgörənliyin gətirdiyi uğur

3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

Andına və xalqına sadiq qalmış Ulu Öndər, Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində Ulu Öndər “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və s. bu kimi adlar qazanmışdır. Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə Heydər Əliyevin fenomenallığı sübut olunmuş faktdır.

Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur. Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatlara başlamışdır. Məhz Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.


Əlidursun Mənsimov,
Salyan rayon Arxarası kənd ümumi orta məktəbin direktoru
aia.az

 
 
“Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir”
 

3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.

"Kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı addımlar atılır" - Xidmət rəisi
 
"Son illər Azərbaycanın informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı addımlar atılmaqdadır".

"Gununxeberi.az " xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.


Onun sözlərinə görə, Azərbaycan bu sahədə çox böyük addımlarla irəliləyir:

“Biz dövlət orqanı olaraq özəl sektorla çalışmağa çox önəm veririk. Burada vahid yanaşma olmalıdır. Bu ildən informasiya texnologiyaları sahəsinə qəbul ən yüksək ballarla olub”.

 
Kaizen – Gələcəyə Bu gündən hazırlaşdıranTəhsil Mərkəzi

Azərbaycanın təhsil sektorunda müasir yanaşma və infrastruktura malik, XXI əsr bacarıqlarını inkişaf etdirmək məqsədi ilə qurulmuş özəl təhsil şirkətlərindən biri də Kaizen Təhsil Mərkəzidir.

Kaizen Təhsil Mərkəzinin missiyası şagirdlərin meyl, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanması üçün lazım olan təhsil mühiti formalaşdırmaqdır.

Kaizen Təhsil Mərkəzinin çoxşaxəli tədris proqramları şagirdlərdə təfəkkürlə bağlı - yaradıcılıq (kreativlik), tənqidi təfəkkür, problem həlletmə, qərar qəbuletmə, müstəqil öyrənmə; fəaliyyətlə bağlı - ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı; dəyərlərlə bağlı - milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət kimi səriştələrin formalaşmasına dəstək olur.

Tədris Mərkəzinin peşəkar kollektivinin şagirdlərin XXI əsr bacarıqlarına yiyələnməsi üçün dərslər və müxtəlif dərsdənkənar fəaliyyətərin icrası üçün kifayət qədər təcrübəsi və potensialı vardır.

Kaizen Təhsil Mərkəzində geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya, kompyuter-İKT, STEAM laboratoriyaları, kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı mövcuddur. Müasir üslubda hazırlanmış tam təchizatlı laboratoriyalar şagirdlərin nəzəri biliklərini praktikada tətbiq etmək imkanı verir. Sinif otaqlarının hamısı müasir tipli interaktiv lövhələrlə təchiz olunmuşdur. Adi lövhələrdən bir çox üstünlüklərinə görə fərqlənən interaktiv lövhələr tədrisin daha yaxşı mənimsənilməsinə kömək edir.

Milli, eyni zamanda dünya ədəbiyyatı ilə zəngin geniş, işıqlı kitabxana asudə vaxtlarında, həmçinin sinifdənxaric oxu saatlarında şagirdlərin üzünə açıqdır. Basketbol, voleybol, mini-futbol zalı hər zaman şagirdlərin istifadəsindədir.

Eyni zamanda təhsil mərkəzinin həyətində açıq havada xalça sahədən ibarət idman meydançası, hərəkətli idman mexanizmləri də quraşdırılmışdır.

Məktəbəqədər hazırlıq 5 yaş üçün nəzərdə tutulmuşdur. Tədris mərkəzinin məktəbəqədər hazırlıq qruplarında uşaqların intellektual, əqli, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi, həmçinin məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığı həyata keçirilir.

İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri, estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır. Kaizen Təhsil Mərkəzinin ibtidai siniflərində milli kurikulum proqramına uyğun fənlərlə yanaşı informatikanın robotexnika və ya kodlaşdırma sahələri də tədris olunur. İngilis dili fənn saatı həftədə ən az 4 saat olmaqla tədris olunur.

5,6,7,8-ci sinif şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsil, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının,kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.

Kaizen Təhsil Mərkəzi dünyada məşhur olan “E2 Youngengineers” STEAM tədris proqramlarının Bakı şəhəri Nərimanov və Sabunçu rayonları üzrə rəsmi tərəfdaşı, Franşizasının sahibidir. Müxtəlif yaş qruplarına görə hazırlanmış Gənc Mühəndis tədris proqramları şagirdlərin dünya və ətraf mühit haqqında biliklərini artırır; cəmiyyət hissi və aidiyyət hissləri gücləndirir; müstəqil və yaradıcı düşüncəni təşviq edir; öz-özünə effektivlik hissi və problem həll etmə bacarıqlarını inkişaf etdirir; komanda qurma, əməkdaşlıq və qrup oyunları bacarıqlarını artırır.

Təhsil mərkəzində abituriyent hazırlığı həyata keçirilir. DİM-in qəbul proqramı əsasında tədris sistemi təbiq olunur, elektron lövhələrdə interaktiv dərslər keçirilir. Yeni qəbul qaydalarına uyğun aylıq sınaq imtahanları təşkil olunur, dərslərdən geri qalan zəif dinləyicilərə fərdi dəstək göstərilir.

YÖS (Yabancı Öğrenci Sınavı - Xarici Tələbə İmtahanı) Türkiyədəki universitetlərdə təhsil almaq istəyən əcnəbi tələbələrin istifadə etdiyi universitetə qəbul imtahanıdır. YÖS imtahanı 2023-cü ildən ÖSYM tərəfindən mərkəzləşdirilmiş qaydada MYÖS adıyla keçiriləcək. Türkiyədə təhsil həyatını davam etdirmək istəyən əcnəbi tələbələr üçün əhəmiyyətli bir imtahandır. Kaizen Təhsil Mərkəzində MYÖS hazırlıq kursları 9-10-11-ci sinif şagirdləri və məzunlar üçün nəzərdə tutulmuşdur. Kursda MYÖS imtahanının əhatə etdiyi mövzular izah edilir, kurs materialları ilə təmin olunur. Aylıq mövzu sınaqları təşkil edilir.

Təhsil mərkəzində dərsdənkənar istedadların artırılması və daha da inkişaf etdirilməsi məqsədilə sənət və yaradıcılığa marağı olan şagirdlər üçün də musiqi, rəsm, şahmat, dram və s. sahələr üzrə dərnəklər mövcuddur.

Mərkəzdə fənlər üzrə bilik yarışları keçirilir, fotostendlər hazırlanır, sürətli oxu və yazı müsabiqələri təşkil olunur. Bundan başqa digər sahələr (rəsm, kulinariya, toxuculuq, dizayn) üzrə də müsabiqələr və sosial fəaliyyətlər keçirilir.

Şagirdlər istəklərinə görə dərsdənkənar idman dərnəklərində - futbol, basketbol, şahmat, şaşki, voleybol, tennis, cüdo və s. iştirak edə bilirlər. Sosial fəaliyyətlərin təşkili şagirdlərdə gələcək karyeralarında komanda üzvü və lideri kimi işləmək vərdişlərini aşılamaq məqsədi güdür.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsi 478 ünvanda yerləşən Kaizen Təhsil Mərkəzinə qəbul müsabiqə yolu ilə həyata keçirilir.

Ceyhun Rüstəmov

 
 
 
 
Kamaləddin Qafarov: “ Azərbaycanın  Avrasiya məkanında nüfuzu getdikcə artır”

“Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərinin başçıları Şurasının 2015-ci ildə keçirilmiş iclasında Azərbaycan Respublikasına Təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında imzalanmış memorandumda əməkdaşlıq sahələri əks olunub. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Özbəkistan sədrlik edir. Bu ilin sentyabr ayının 16-da ŞƏT-in Səmərqənddə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak etmişdir. Sammitdə çıxış edən Azərbaycan Prezidenti təkilata üzv ölkələrin dövlət başçılarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verib, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu və son hadisələrə bağlı dolğun açıqlamalar təqdim edib. Prezident İlham Əliyevin Səmərqənd Sammitində iştirakı ölkəmizin dünyada, o cümlədən Avrasiya məkanında getdikcə artan nüfuzunun daha bir göstəricisidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Xəzər dənizi üzərindən yükdaşıma qabiliyyətini artırması Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşımaların həcmini də genişləndirəcək ki, bu da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin birbaşa maraqlarına cavab verən məqamdır: “Səmərqənd Sammitində çıxış edən Prezidenti cənab İlham Əliyev qeyd edib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaqla, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. O cümlədən Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə xüsusi səy göstərir. Bu marşrut həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat potensialından daha səmərəli istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Hazırda Azərbaycanın ərazisindən keçməklə Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə illik yükdaşımaların həcmində dinamik artım aşkar müşahidə edilir. Əlbəttə ki, yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Zəngəzur dəhlizinin açılması ilə Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb layihəsinin, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanları da dəfələrlə artacaq. Möhtərəm Prezidentimizin dediyi kimi, Zəngəzur dəhlizi mühüm beynəlxalq nəqliyyat arteriyalarının önəmli bir hissəsidir və o, artıq reallığa çevrilir”.

Deputat daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin Səmərqənd Sammitindəki çıxışı Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsi yönümündə ciddi səylər göstərdiyini bir daha nümayiş etdirdi: “Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu məqsədlə ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib və indi hər iki ölkə ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də destruktiv mövqe nümayiş etdirməklə sülh prosesini ləngidir. Sentyabrın 13-dən başlayaraq Ermənistan Azərbaycanla dövlət sərhədində bir neçə genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatların qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatları iki ölkə arasında münasibətlərin normallaşması prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

AİA.Az
 
 


Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü tamam olur.

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cu il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cu il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.

Saziş ratifikasiya olunduqdan sonra SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” “Delta Nimir”) təşkil olunmuşdu.

1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını üzərinə götürüb.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 %), SOCAR (25 %), MOL (16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib (9,57 %), “Inpex” (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), “Itochu” (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %).

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.

 


Eltun Süleymanov: “Azərbaycanın beynəlxalq platformalarda yüksək fəallığı və prinsipiallığı əksər beynəlxalq təşkilatlar üçün əsl örnək ola bilər”

“Ölkə Prezidenti cənab İlham Əliyev sentyabr ayının 16-da Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində etdiyi çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini diqqət mərkəzinə çəkərək ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini bir daha qeyd etdi. Diqqətəlayiq haldır ki, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. İldə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malik olan və istehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bu müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldırmaqla, Xəzər donanmasının müasirləşdirməyə imkan verib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu, xüsusilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynaya bilər. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut ŞƏT ölkələrinin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

E.Süleymanov bildirib ki, Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətməklə regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradır və bununla Cənubi Qafqazın inkişafını ləngidir: “Birmənalı olaraq deyə bilərik ki, bu gün Avropa ilə Asiya arasında iqtisadi ticarət əlaqələrinin inkişafınd Cənubi Qafqazda sülh və sabitlik amili zəruri şərtlərdən biri kimi çıxış edir. Lakin təəssüflər olsun ki, Ermənistanın hələ də nümayiş etdirdiyi destruktiv mövqei regional sülhün bərqərar olmasını ləngididr. O cümlədən sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri ölkəmizə qarşı yenidən genişmiqyaslı təxribatlar törətmişdilər. Əlbəttə ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Lakin Ermənistanın bu təxribatı iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə böyük bir zərbə oldu. Səmərqənd Sammitində çıxş edən Ölkə Prezidenti cənab İlham Əliyev bir daha vurğuladı ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Yaranmış vəziyyətlə bağlı təəssüf doğuran məqamlardan biri də bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətidir. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi illər uzunu kağız üzərində qaldı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmadı. Buna görə də Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və yalnız bundan sonra BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin olundu”, - deyə müsahibimiz qeyd edib.

Daha sonra E.Süleymanov Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəallığını bir örnək olaraq vurğulayaraq bunları deyib: “Biz bu gün qürur hissi ilə deyə bilərik ki, ölkəmizin son illər ərzində iştirak etdiyi bir çox beynəlxalq platformalarda nümayiş etdirdiyi yüksək fəallıq və obyektivlik göstəriciləri əksər beynəlxalq təşkilatlar üçün əsl örnək ola bilər. O cümlədən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa müddət ərzində Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. Nəticədə Təşkilata üzv ölkələrin 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi barədə yekdil qərar qəbul olunmuş və 2019-2022-ci illər üzrə Hərəkata sədrlik missiyası Azərbaycana verilmişdir. Həm də bu qərar Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin lehinə səs verdiyi yekdilliklə qəbul edilib. Əlbəttə ki, bu da təsadüfi deyil. Məsələ bundadır ki, Azərbaycan Hərəkata üzv olduğu ilk gündən yüksək fəallığı ilə seçilib və ölkəmizin irəli sürdüyü çoxsaylı təşəbbüslərdən hər biri Qoşulmama Hərəkatının dünyada nüfuzunun yüksəlməsinə xidmət edib. Elə 120 ölkənin yenidən yekdil qərarı ilə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-ci ilin axırına kimi uzadılması da ölkəmizə qarşı böyük hörmət və etimadın bir göstəricisidir”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov