Xəbər lenti



Heydər Əliyevadına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan yenidənqurma və modernizasiya işləri çərçivəsində dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir.

Zavodun baş mühəndisi Rasim İbrahimov 2021-ci ildə zavodda aparılan işlərin başa çatacağını bildirib: "Dizel fazası ilə benzin fazasının başa çatması arasında cəmi 4 ay vaxt var. İlkin olaraq dizel istehsalına başlanılacaq. Modernizasiyadan sonra zavodda ildə təxminən 3 mln. ton həcmində "Euro-5" standartının tələblərinə cavab verən dizel istehsal ediləcək".

Benzin istehsalına gəlincə isə baş mühəndis qeyd edib ki, görülən işlərdən sonra benzin istehsalının həcmi hazırkı göstəricidən 1,2-1,3 mln. ton artıq olacaq: "Hazırda zavodda benzin istehsalının həcmi təxminən ildə 1 mln. ton təşkil edir. "Ai-92" markalı benzinə olan daxili tələbat tam ödənilir. İstehsalın həcmi artırıldıqdan sonra əlavə həcmlər ixraca yönəldilə bilər", - o əlavə edib.

Baş mühəndis həmçinin bildirib ki, yenidənqurma və moderniyasiya işləri çərçivəsində hazırda yeni bitum qurğusunun inşası davam edir, digər qurğular üzrə isə EPC (Mühəndislik, Satınalma və Tikinti) podratçısının seçilməsi gözlənilir.

Qeyd edək ki, bitum qurğusu gələn ilin III rübündə istifadəyə veriləcək.

BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin üç mərhələdə icrası nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatıdırılacaq.

Görülən işlərdən sonra müəssisədə istehsal olunacaq avtomobil benzininin illik istehsal həcmi 2,2 mln. ton, dizel yanacağının 3 mln. ton, ağ neftin isə 1 mln. ton təşkil edəcək.




“Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz”.

Ardını oxu...



Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanmış faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib.

Ardını oxu...



"Dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistanın xarici işlər naziri ilə görüşəcəyəm".

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan görüşə razılıq verib: "Biz həmişə vurğulayırıq ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlərin bu istiqamətdə danışıqları davam etdirəcəyi gözlənilir".



Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov