Xəbər lenti



İcbari tibbi sığorta çərçivəsində vətəndaşların sağlamlıq xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı mütəmadi artır.

 

“Qafqazinfo” xəbər verir ki, hazırda Agentlik tərəfindən 180-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanılıb.

Bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir.

Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər. Göndəriş verilən zaman və ya sonrasında konkret tibb müəssisəsinə yönləndirilmə kimi hallara yol verilməməlidir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.

Belə ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə pasiyentə SMS-lə birdəfəlik kod göndərilir. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş 3 vasitə ilə özəl xəstəxana arasından seçim edə bilər.

Bundan əlavə, vətəndaşların nəzərinə çatdırırıq ki, özəl tibb müəssisələrində xidmət almaq üçün SMS mətndə sizə təqdim olunan göndəriş kodu fərdi məlumatdır. Bu kod yalnız müraciət edəcəyiniz özəl xəstəxanaya təqdim olunmalıdır. 

Göndəriş əsasında özəl xəstəxanaya müraciət etdiyiniz zaman icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlər üçün əlavə ödəniş edilməməlidir. Vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən həmin xəstəxanaya ödənilir. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edildiyi halda isə pasiyent həmin xidmətin dəyərini xəstəxanaya öz vəsaiti hesabına ödəyir. 
Vətəndaşların göndəriş əsasında özəl tibb müəssisələrində xidmət almaları barədə tam və düzgün məlumatlı olmaları onların icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən maneəsiz və effektiv şəkildə yararlanmaları üçün mühüm əhəmiyyət kəsb edir. Bu həm də sui-istifadə hallarının qarşısının alınması və pasiyent hüquqlarının qorunması baxımından vacibdir.

Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin siyahısı ilə tanış olmaq üçün https://its.gov.az/ saytına keçid edə, əlavə suallarınız yaranarsa, 1542 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb
07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
07 Aprel 2025 İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik
07 Aprel 2025 MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır
07 Aprel 2025 Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır
04 Aprel 2025 İlham Əliyev Alparslan Bayraktarı qəbul edib
04 Aprel 2025 Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
04 Aprel 2025 Erməni təxribatları ara vermir: Növbəti antiterrorların da aqibəti eyni olacaq
04 Aprel 2025 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI
04 Aprel 2025 Hikmət Hacıyevə ağır itki üz verdi
04 Aprel 2025 Dünya üçün həyəcan təbili: "Tramp ticarət müharibəsinə başladığını təsdiqlədi"
01 Aprel 2025 İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi
01 Aprel 2025 İcmadan “Doyçe Velle”yə etiraz
01 Aprel 2025 Zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
01 Aprel 2025 Azərbaycanın səbri sonsuz deyil: Ermənistanın addımları bumeranq effekti verə bilər
01 Aprel 2025 DSX: Dövlət sərhədində uçuş aparatı zərərsizləşdirilib
01 Aprel 2025 Almaniya Azərbaycandan üzr istədi
01 Aprel 2025 Prezident Pezeşkianla danışdı
19 Mart 2025 QMİ həcc ziyarətinə getmək istəyən vətəndaşlara müraciət edib
19 Mart 2025 Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirildi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov