Xəbər lenti



“Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər”.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: “Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”.

***

Prezident, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi.

Dövlət başçısı əlavə edib: “Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.

***

İlham Əliyev, həmçinin deyib ki, biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq.

“Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”, - deyə dövlət başçısı bildirib.

O əlavə edib ki, bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.

***

Prezident deyib ki, bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd, başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq.

“Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik”, - İlham Əliyev qeyd edib.

Dövlət başçısı müharibənin bütün beynəlxalq qaydalara uyğun olaraq aparıldığını və bütün mütəxəssislərin bunu yüksək qiymətləndirdiklərini də vurğulayıb.

11 Aprel 2025 “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Trampdan Əliyevə
08 Aprel 2025 19 aptekdə yoxlama aparıb
08 Aprel 2025 Qaçaqmalçılara rüşvət müqabilində kömək edən gömrükçülər HƏBS EDİLDİ
08 Aprel 2025 Ağdaban qətliamından 33 İL ÖTÜR
07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb
07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
07 Aprel 2025 İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik
07 Aprel 2025 MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır
07 Aprel 2025 Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır
07 Aprel 2025 Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
04 Aprel 2025 İlham Əliyev Alparslan Bayraktarı qəbul edib
04 Aprel 2025 Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
04 Aprel 2025 Erməni təxribatları ara vermir: Növbəti antiterrorların da aqibəti eyni olacaq
04 Aprel 2025 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI
04 Aprel 2025 Hikmət Hacıyevə ağır itki üz verdi
04 Aprel 2025 Dünya üçün həyəcan təbili: "Tramp ticarət müharibəsinə başladığını təsdiqlədi"
01 Aprel 2025 İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi
01 Aprel 2025 İcmadan “Doyçe Velle”yə etiraz
01 Aprel 2025 Zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
01 Aprel 2025 Azərbaycanın səbri sonsuz deyil: Ermənistanın addımları bumeranq effekti verə bilər
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov