Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrində başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.
Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağır.
Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.