![]() |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İngiltərənin atdığı addımlara cavab veriləcəyini bildirib.
Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək.
Bu gün Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Sabah Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.
Bu barədə Oxu.Az Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, 2017-ci ilin 6 sentyabr tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.
Ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində işlər davam etdirilməkdədir.
Angela Merkel dördüncü dəfə Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə təyin olunub.
Bizimaz.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, parlament sessiyasında səsvermə zamanı A.Merkel yenidən lazımi qədər səs toplaya bilib. 364 deputat ona dəstək olub, 315 əleyhinə səs verib, 9 nəfər isə etiraz edib.
Türkiyənin baş naziri Binəli Yıldırım martın 14-də Azərbaycana səfər edəcək.