Xəbər lenti




Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq teraktını törədən şəxslərin yaxalanması və ya zərərsizləşdirilməsi barədə göstəriş verib.

Bu barədə “İnterfaks” informasiya yayıb.

“Yeri gəlmişkən, dünən Federal Təhlükəsizlik Xidmətinin direktoruna quldurların tutulması istiqamətində çalışılması üçün göstəriş verdim. Əlbəttə ki, yalnız qanun çərçivəsində. Ancaq bizim əməkdaşlarımızın həyatına və sağlamlığına hər hansı bir təhdid olacağı halda qətiyyətli davranmağı, heç kimi əsir götürməməyi və quldurları yerindəcə məhv etməyi tapşırmışam”, - Putin deyib.

Qeyd edək ki, Peterburqdakı mağazalardan birində partlayış baş verib. Nəticədə 13 nəfər xəsarət alıb.







Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Ardını oxu...




“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Bakı şəhərindəki Qış Təsərrüfatı Sahəsi yenidənqurmadan sonra istismara verilib.

 

Qarlı-şaxtalı havalarda paytaxt yollarına yüksək səviyyədə xidmət göstərilməsi üçün sahədə hər-bir şərait yaradılıb.

 

Müasir tələblərə cavab vermədiyindən əvvəlki Qış Təsərrüfatı sahəsi sökülərək yerində yeni texniki baza yaradılıb.

 

Buz bağlanan yolların təmizlənməsi üçün tədarük edilən qum, duz və digər qatqıların saxlanması üçün yeni anbarlar inşa edilib. Bununla paralel yeni anbara ilkin olaraq 500 tondan artıq duz tədarük edilib. Texnikaların saxlanması üçün xüsusi meydançalar hazırlanıb.

 

Açılış mərasimində çıxış edən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən son illər ölkənin, eləcə də paytaxtın avtomobil yolları beynəlxalq tələblər səviyyəsində yenidən qurulub. Həmin yollara qarlı-şaxtalı havalarda yüksək səviyyədə qulluq göstərilməsi üçünsə belə bir təsərrüfat sahəsinə ehtiyac var idi. Sahədə texnikaların, zəruri materialların saxlanması və işçilərin normal fəaliyyəti üçün hər bir zəruri tədbir görülüb.

 

Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov isə bildirdi ki, paytaxt və ətraf qəsəbələrin yolları son illər əsaslı şəkildə yenidən qurulub. Bu yolların uzun ömürlü olması üçünsə belə sahənin olması təqdir ediləsi haldır.

 

Daha sonra Qış Təsərrüfatı sahəsində yaradılan şəraitlə tanışlıq oldu. Məlumat verildi ki,idarənin inzibati binası kiçik olduğu üçün yeni korpus inşa edilib. Bina davamlı internet, telefon, istilik və digər avadanlıqlarla təmin edilib.

 

Təsərrüfat sahəsinin həyətində də bir-sıra işlər görülüb. Həyət və ətraf ərazi abadlaşdırılıb.

 

Ümumiyyətlə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi bu ilin payız-qış mövsümünə hazırlığı hələ oktyabr ayında yekunlaşdırıb.



Türkiyənin Hakkari vilayətinin cənub-şərqində PKK terrorçuları ilə toqquşma zamanı 2 türk əsgəri ölüb, 1-i isə yaralanıb.Hadisə Şəmdinlidə baş verib




Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov