Xəbər lenti




Bakı və Abşeron yarımadasında yanvarın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 11-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 



“ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsi bu il ərzində müzakirə olunub. Belə fikirlər var və həmsədrlərin son bəyanatında bu məqam əksini tapıb”.

AzVision.az-ın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan bu təkliflərə müsbət baxır, amma şəxsi heyətin sayının artırılması münaqişənin həlli istiqamətində nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir.





“Dövlət qulluğu ilə bağlı elan olunan vakant yerlər və bu yerlərə qəbul olmaq üçün müsabiqədə uğur qazanan namizədlərin sayı arasında fərq var. Vakant yerlər daha çox, namizədlərin sayı isə azdır”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, insanlarda hələ həmin yerləri tutmaqla bağlı inam yaranmayıb.

“İnsanlar imtahan prosesindən qorxmamalıdırlar. Onlar öz üzərində işləyib imtahanlarda hər ay iştirak edə bilərlər. Dövlət qulluğu imtahanında uğur qazanan namizədlər əsasən gənclərdir. Bu, təxminən bütün namizədlərin 40 faizini təşkil edir. İmtahanda bakalavrlarla müqayisədə magistrlərin göstərdiyi nəticələr daha yüksək olub. Ümumilikdə, magistr təhsilli iştirakçıların imtahanda daha yaxşı nəticə göstərməsi ali təhsilin bu səviyyəsinə daha hazırlıqlı gənclərin qəbul olduğunu göstərir”.

DİN rəhbəri vurğulayıb ki, müsabiqənin test mərhələsində namizədlər məntiq, informatika və Azərbaycan dilindən daha yaxşı nəticə göstəriblər: “Lakin qanunvericiliklə bağlı sualların cavablandırılmasında çətinliklər müşahidə olunub ki, bu da qanunvericiliklə bağlı müəyyən sənədlərin tez-tez dəyişməsi ilə əlaqədardır. Məhz qanunvericilikdə olan dəyişikliklərlə əlaqədar bu il dövlət qulluğuna qəbul imtahanlarını il boyu keçirə bilmədik. Biz imtahanda mövcud qanunvericilik əsasında hazırlanmış suallardan istifadə edirik. Ona görə də namizədlər diqqətli olmalı və mütləq dəyişiklikləri izləməlidirlər”.

Mərkəz sədri onu da xatırladıb ki, hər bir icra orqanının rəhbərinin öz kadr siyasəti var: “Dövlət qulluğuna qəbul olmaq üçün iki növ (daxili və ümumi) müsahibə elan edilə bilər. Daxili müsahibənin keçirilməsi qərarını rəhbər şəxs özü verir. Yalnız həmin qurumda işləyən, vakant yerə iddiaçı olan şəxs daxili müsahibədə iştirak edə bilər. Qurumda hər hansı vakant yerə keçirilən ümumi müsahibədə isə dövlət qulluqçusu statusu olan başqa təşkilatlarda işləyənlər, eyni zamanda barəsində məlumatlar ehtiyat kadrlar bazasına daxil olan şəxslər iştirak edə bilərlər. Belə müsahibələr keçirilərkən icra orqanının səlahiyyətləri də məhdudlaşmır. Çünki keçirilən müsahibənin formasını biz yox, həmin orqanın rəhbəri müəyyənləşdirir.

Başqa məsələ budur ki, vakant vəzifələr regionlarda yerləşən dövlət orqanlarında olanda insanlar orada işləmək üçün həvəsli olmurlar. Bu sahədə müəyyən çatışmazlıq müşahidə olunur. Halbuki regionlarda yerləşən dövlət orqanlarında rəhbər vəzifələrə aid vakant yerlər mövcuddur və rayonlarda da yüksək ixtisaslı kadrlara ehtiyac var. Nədənsə, ölkədə insanların məhz Bakıda, amma aşağı vəzifədə işləməsi belə ailə-məişət mühitində uğur hesab olunur. Ancaq hamımız bilirik ki, paytaxtda işləyib yaşamaq daha çətindir. Çox vaxt gənclər valideynlərin himayəsi altında yaşamaq istəyirlər. Belə olmamalıdır. Gənclər öz sərbəstliyindən istifadə etməlidirlər. Öz üzərində çalışan hər bir insan regionda əmək fəaliyyətinə başlasa da, yaxşı vəzifəyə sahib ola bilər”.

DİM sədri qeyd edib ki, yeni ildən sonra inzbati icraçı (B növü) vəzifə qrupları üzrə müsahibələr elan olunacaq .



Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş əraziləri üzərindən Ermənistan və Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılması, əslində, Tiflisin özünə qarşı bir təhqir olardı.

Ardını oxu...




Azərbaycan prezidenti İlham Əliyev gələn il Belarusa səfər edəcək. 

Bizimaz.az-ın APA-ya istinadən məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.

Səfir qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri 2018-ci ilin birinci yarısına planlaşdırılır.




Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq teraktını törədən şəxslərin yaxalanması və ya zərərsizləşdirilməsi barədə göstəriş verib.

Bu barədə “İnterfaks” informasiya yayıb.

“Yeri gəlmişkən, dünən Federal Təhlükəsizlik Xidmətinin direktoruna quldurların tutulması istiqamətində çalışılması üçün göstəriş verdim. Əlbəttə ki, yalnız qanun çərçivəsində. Ancaq bizim əməkdaşlarımızın həyatına və sağlamlığına hər hansı bir təhdid olacağı halda qətiyyətli davranmağı, heç kimi əsir götürməməyi və quldurları yerindəcə məhv etməyi tapşırmışam”, - Putin deyib.

Qeyd edək ki, Peterburqdakı mağazalardan birində partlayış baş verib. Nəticədə 13 nəfər xəsarət alıb.







Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov