Xəbər lenti



"Azərbaycanla əməkdaşlığımız ilbəil artır. Biz tərəfdaşlarımıza Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərinə görə təşəkkür edirik"

Bunu Azərbaycan- Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşün yekunlarına dair birgə keçirilən mətbuat konfransında Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze bildirib.

"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu, regionda sabitliyin və sülhün təmin olunması baxımından olduqca önəmlidir. Münaqişələrin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Biz bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırıq", - deyə nazir bildirib.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan, Türkiyə və İrandan Gürcüstana gələn turistlərin sayı hər il artır: "Bizim ölkələrin nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün olduqca böyük potensialımız var. Cənub-Qərb yolu nəqliyyat dəhlizi Avropa və Asiyanı birləşdirəcək böyük layihədir. Biz ümid edirik ki, növbəti görüşdə praktiki işlərdən danışacağıq".
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov