2018-ci ilin dövlət büdcəsinə Milli Məclisdə yenidən baxıla bilər. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, büdcəyə bu ilin may ayında baxıla bilər.
Z.Səmədzadə hesab edir ki, büdcəyə baxılması ölkə iqtisadiyyatının birinci rübünün nəticələrinə uyğun olaraq mümkündür.