Rusiya prezidenti Vladimir Putin "Zimnaya vişnya" ticarət mərkəzində 67 nəfərin ölümü ilə nəticələnən yanğının baş vermə səbəbini açıqlayıb.
“RİA Novosti”i xəbər verir ki, bu barədə Putin Kemerovada yanğının fəsadlarının aradan qaldırılması üzrə iclasda bildirib.
“Ölkəmizdə nə baş verir, bu axı hərbi əməliyyatlar belə deyil və ya şaxtada gözlənilməz şəkildə metan qazının yayılması deyil. İnsanlar, uşaqlar əylənməyə gəliblər. Biz demoqrafiyadan danışırıq və nəyə görə bu qədər insanlar itiririk? Səriştəsizliyə, səhlənkarlığa görə...”, - deyə Putin vurğulayıb.
Rusiya prezidenti İstintaq Komitəsinin sədri Aleksandr Bastrikini faciənin baş verməsinə şərait yaradan vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət verməyə çağırıb: “Pulsuz heç nəyi almaq olmur, pul müqabilində isə hər şeyə imza atarlar”.
Qeyd edək ki, Rusiyanın Kemerovo şəhərindəki "Zimnaya vişnya" ticarət mərkəzində baş verən dəhşətli yanğında ölənlərin sayı 67-yə çatıb. Ümumilikdə yanğın nəticəsində 131 nəfər xəsarət alıb. On dörd nəfər hələ də xəstəxanadadır.